t s

» » Nazir ayaqlarını itirən əsgərə sahib çıxdı (FOTO)

Nazir ayaqlarını itirən əsgərə sahib çıxdı (FOTO)

5-03-2015, 12:09 Yazar:  Anar Baxılıb: 531 Çap et
Nazir ayaqlarını itirən əsgərə sahib çıxdı (FOTO)Qazini problemlərin həllinə kömək göstərilməsi üçün müvafiq tapşırıqlar verilib


Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlər, ona olan biganəliklə bağlı yayılan xəbərlərə Müdafiə Nazirliyi reaksiya verib.

Sərxan Tahirzadə AzNews.az-a açıqlamasında bildirib ki, məsələ ictimailəşəndən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, onu və anasını nazirliyə dəvət ediblər.

Nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilən qazinin qarşılaşdığı problemlə bağlı söhbət aparılıb. Onun mövcud durumu, qayğıları və problemlərinin məğzi ilə maraqlanılıb.

Görüşdə S. Tahirzadənin ehtiyacları barəsində söhbət aparılması ilə yanaşı, yaranan hər hansı problem zamanı Müdafiə Nazirliyində müvafiq qurumla əlaqə saxlaması üçün ona telefon nömrələri də verilib.

S. Tahirzadəyə deyilib ki, Müdafiə Nazirliyi hər zaman onun qayğılarına dəstək olmağa hazırdır. Daha sonra qazini narahat edən problemlərin həllinə kömək göstərilməsi üçün müvafiq tapşırıqlar da verilib.

Qeyd edək ki, Sərxan Tahirzadə 77 manat pensiya, 150 manat da prezident təqaüdü ilə dolana bilmədiyini, sığorta pulunu isə Dövlət Sığorta Şirkətindən ala bilmədiyini dilə gətirmişdi. Onun anası Mahisə Tahirova isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul şöbəsinin müdiri Bayram adlı şəxs tərəfindən təhqir olunduqlarını bildirmişdi. M. Tahirova əlavə etmişdi ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşə bilmir, müavini isə onlara qarşı hörmətsizlik edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:24 Qazimizə sahib çıxaq Media nümayəndələrindən xahiş edirəm, bu qazimizə sahib çıxaq, onu millətdən və dövlətdən küsdürməyək. o bu millət və dövlət üçün sağlamlığın itirdi. Mediaxeberleri.az xəbər verir ki, bunu D18 Hərəkatının başqanı Ruslan İzzətli özünün facebook hesabında qeyd edib. Sevgili dostlar, 2014-cü ilin
12:10 Fond sədri pensiya artımından danışdı "Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu aradan qaldırılacaq". Trend-in məlumatına görə,
22:56 Sığorta şirkətləri 50 milyon qazanıb 2015-ci ilin yanvar ayına olan məlumata görə, sığorta şirkətləri könüllü sığortalar üzrə cəmi 50 milyon 883 min 723,88 manat qazanıb. Könüllü sığorta ümumi sığortanın 80,9%-ni təşkil edir. Bu barədə Mediaxeberleri.az-a Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib. Məlumata görə, 7 milyon
21:28 BDU-da “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda tədbir Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Dövlət Universitetində (BDU) “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda maarifləndirmə tədbiri keçirib. BDU-dan AzərTAc-a bildiriblər ki, tədbirdə universitetin həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri,
17:56 Əmək pensiyaları haqqında qanunlara dəyişiklik ediləcək(Video) Dövlət Sosial Müdafiə Fondu yeni pensiya konsepsiyasının icrası çərçivəsində bu il sosial sığorta və əmək pensiyaları haqqında qanunlara dəyişiklik edəcək. Mediaxeberleri.az xəbər verir ki, anstv-nin məlumatına görə, bu barədə fondun sədri Elman Mehdiyev məlumat verib. Bunun üçün maliyyə, Əmək və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az