Əfv siyahısına düşəcək məhbusların kimliyinə aydınlıq gətirildi
5-03-2015, 11:56
Yazar: Anar
Baxılıb: 467
Çap et
“Həmin siyahı isə hələlik mediaya açıqlanmır”.Bunu Hafta.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Novruz Bayramı ərəfəsində gözlənilən əfv sərəncamı üçün müraciət edənlərin kimliyinə aydınlıq gətirərkən deyib. Novella Cəfəroğlunun sözlərinə görə, siyahı İşçi qrup tərəfindən hazırlanıb və aidiyyəti üzrə təqdim edilib:
“Əfv olunmaq istəyənlərin müraciətləri ilə bağlı siyahı Prezident Aparatına və Əfv Komissiyasına təqdim edilib. Bu mənim yox, İşçi qrupun siyahısıdır. Həmin siyahı isə hələlik mediaya açıqlanmır. Ona görə də mən bu haqda heç nə deyə bilmərəm. Yəni biz siyahını heç kəsə vermirik. Həmin siyahıda olan adamların sayı çoxdur. Amma konkret rəqəm deyə bilmərəm”.
www.mediaxeberleri.az
Öz şərhini bildir: