t s

» » AĞSTAFADA YENİ SƏNAYE PARKI SALINIR

AĞSTAFADA YENİ SƏNAYE PARKI SALINIR

20-04-2016, 11:22 Yazar:  Gülnar Baxılıb: 468 Çap et
AĞSTAFADA YENİ SƏNAYE PARKI SALINIRRegionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən regionlarda biznes layihələrinin icrası və yeni iş yerlərinin açılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda məqsədyönlü işlər görülür. Belə ki, rayonda sahibkarlığın inkişaf etdirilməsi məsələlərinə dair aparılan tədbirlər sayəsində “Karvan-L” şirkətinin Ağstafa rayonunda böyük istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının yaradılması nəzərdə tutulur. “Karvan-Eko” sənaye parkında polietilen qablar zavodu, meyvə qəbulu və meyvə şirəsi istehsalı müəssisəsi, müasir anbar binalarının inşası ilə yanaşı rayonun aqrar inkişaf istiqamətinə uyğun olaraq soyuducu anbar və istixana komplekslərinin tikintisi də planlaşdırılır. Sənaye parkında 3 mərtəbəli müasir inzibati bina və ticarət mərkəzi də fəaliyyət göstərəcəkdir. Yerli meyvə məhsullarının istehsalının nizama salınması üçün parkın ətrafında 2,0 ha ərazinin əhatə edən ərik bağının salınması üçün torpaq sahəsinin ayrılması həyata keçirilir.
Bakı Qazax avtomobil yolunun kənarında inşası nəzərdə tutulan sənaye parkının ərazisində böyük abadlıq və yaşıllıq işləri aparılacaq və gələcəkdə yeni otel infrastrukturunun yaradılması da həyata keçiriləcəkdir. Sənaye parkının yerləşdiyi Həsən-su çayının kənarında 3,0 km. ərazini əhatə edən istirahət zonasının salınması, bulvar tikintisinin aparılması nəzərdə tutulur.


AĞSTAFADA YENİ SƏNAYE PARKI SALINIR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
17:12 AXCP-nin anti-böhran təklifləri - II HİSSƏ Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkənin düşdüyün böhran vəziyyətindən çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayıb. Cebhe.info təkliflər paketinin ikinci hissəsini təqdim edir. İkinci hissə İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu Azərbaycanda mövcud onlarla innovasiya
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
13:32 Goranboyun icra başçısı 18 milyon manatı hara xərcləyib? İlginc faktlar - ARAŞDIRMA Goranboy rəhbərliyi bir ildə 18 milyon manatı nəyə sərf edib? Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər tendersiz xərclənib, rayonda 5 il ərzində eyni işlər təkrar-təkrar “görülüb” Keçən həftə redaksiyaya daxil olan şikayət məktubuna əsasən "Bizim Yol" qəzetinin araşdırmasında Goranboy rayon
09:12 Ağstafada Gül bayramı və “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri həyata keçirilir - Fotolar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Gül bayramına və “Bakı-2015” ilk Avropa Oyunlarının məşəl qarşılama mərasiminə hazırlıq işləri sürətlə davam etdirilir. Artıq bir neçə gündür ki, Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az