t s

» » Mehriban Əliyeva “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında

Mehriban Əliyeva “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında

5-03-2015, 10:15 Yazar:  Aygün Baxılıb: 1086 Çap et
Mehriban Əliyeva “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında“Ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir”.

Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.

Mediaxeberleri.az
xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə bu ölkənin ictimai-siyasi, mədəni dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar qatılıblar. Əvvəlcə Azərbaycan heykəltəraşlarının əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan bürünc heykəllərdən ibarət sərgi maraqla qarşılanıb. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri nümayiş olunub. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletləri təqdim edilib.

Tədbirin aparıcısı “Bakı-2015” ilk Avropa Oyunları haqqında ətraflı məlumat verib. Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib. Onun sözlərinə görə Roma şəhərində ilk Avropa Oyunlarının təqdimat mərasiminin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu şəhərdə 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında bu Oyunların Azərbaycanın paytaxtında - Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdu.

“Baxmayaraq ki Olimpiya Hərəkatı Avropada doğulub və sonradan bərpa olunub, bu vaxta qədər Avropa Oyunları keçirilməyib. Belə bir Oyunları ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək, əlbəttə, ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Əlbəttə, bu qərarı qəbul edərkən Avropa Olimpiya Komitəsi bir çox faktlara əsaslanırdı: Azərbaycanda idmana dövlət tərəfindən göstərilən dəstək, idmançılarımızın uğurları, mövcud idman infrastrukturu və əlbəttə, ölkənin ümumi inkişafı. Azərbaycanda idmana, Olimpiya Hərəkatına dəstək dövlət siyasətinin prioritetlərindən biridir. Son 10 ildə ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzləri inşa olunub. Biz müstəqil ölkə kimi Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edirik və oyunlardan-oyunlara atletlərimizin uğurları artmaqdadır. Son Yay Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası ikisi qızıl olmaqla 10 medal qazanaraq Avropa ölkələri arasında 15-ci yeri, ümumi iştirakçılar arasında isə 30-cu yeri tutmuşdur. Ötən il Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında bizim gənc atletlərimiz beşi qızıl olmaqla 12 medal qazanaraq 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutublar”, Mehriban Əliyeva çıxışında bildirib .

Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri qeyd edib ki, ilk Oyunlar, onların təşkilatı gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək: “Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız olub, Azərbaycan bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi çalışır. Biz beynəlxalq idman qurumları ilə, Avropa Olimpiya Komitəsi ilə sıx əlaqədə çalışırıq. Ümidvaram ki, ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakıda ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək”.

Daha sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunmuş filmə baxıblar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri, paytaxtımızda yarışlarla bağlı həyata keçirilən mühüm layihələr öz əksini tapıb. Tədbirdə çıxış edən İtaliyanın təhsil naziri xanım Stefaniya Ciannini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yalnız idmanın deyil, digər sahələrin inkişafına da verdiyi töhfələrdən danışıb. Diqqətə çatdırıb ki, ilk Avropa Oyunlarının uğurla keçirilməsinə İtaliya da öz töhfəsini verəcək.

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Direktorlar Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin yarışlara böyük diqqətlə yanaşması və ciddi hazırlaşması təqdirəlayiqdir.

İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) prezidenti Covanni Malaqo “Bakı-2015” ilk Avropa Oyunlarının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaratması baxımından önəmini qeyd edib. İMOK-un prezidenti dedi ki, Azərbaycan bu cür möhtəşəm bir tədbirə ev sahibliyi etmək öhdəliyini uğurla yerinə yetirir.

Roma şəhərinin meri İqnatsio Marino ölkələrimiz arasında mədəniyyət, idman və digər sahələrdə əlaqələrin inkişafından danışıb. Mer ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib

Daha sonra AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalması münasibətilə Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim edib.

Xatırladaq ki, cari il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növündə mübarizə aparacaq. Yarışlar Bakıda 21 idman obyektində keçiriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:35 Birinci Avropa Oyunlarında 16 mindən çox könüllü iştirak edəcək Oyunlar 100-dən çox ölkədə birbaşa yayımlanacaq. Birinci Avropa Oyunları həm humanitar, həm də infrastruktur baxımından Azərbaycanda böyük irs qoyacaq. On yeddi gün ərzində Avropanın bütün ölkələrindən olan 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaq. İdman
01:26 Avropa Oyunlarında iştirak edəcək idmançıların maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirildi Bu öhdəliyin bir hissəsi olmuşdur. Avropa Olimpiya Komitəsi (AOK) və Bakı 2015 Təşkilat Komitəsi birgə olaraq Azərbaycan tərəfinin Bakı 2015 Avropa oyunlarında iştirak edəcək Milli Olimpiya Komitələrinin maliyyələşdirməsinə dair yayılan xəbərlərlə bağlı açıqlama verir. Mediaxeberleri.az Trend-ə
15:52 İlham Əliyev güləşçilərlə görüşdü Prezident ölkədə idmanın inkişafından danışdı. Prezident İlham Əliyev fevralın 23-də yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Mediaxeberleri.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı, Milli
11:32 Cüdo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək Cüdo üzrə Avropa Çempionatı Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçiriləcək. Mediaxeberleri.az xəbər verir ki, bununla bağlı Avropa Olimpiya Komitəsi (AOK), Avropa Cüdo İttifaqı (ACİ) və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Cüdo
09:37 “Delfi” portalında Mehriban Əliyeva haqqında məqalə dərc edilib Azərbaycan haqqında rubrika “Delfi” portalının ən populyar rubrikalarından biridir. Baltikyanı ölkələrdə ən populyar “Delfi” informasiya portalında Azərbaycan Respublikasının birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az