t s

» » Bakıda 150 minlik maşını sürən sərxoş sürücü həbs olundu - VİDEO

Bakıda 150 minlik maşını sürən sərxoş sürücü həbs olundu - VİDEO

5-03-2015, 10:09 Yazar:  Aygün Baxılıb: 856 Çap et
Bakıda 150 minlik maşını sürən sərxoş sürücü həbs olundu - VİDEOAvtomobil cərimə meydançasına aparılıb.

Ötən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sərxoş sürücülərə qarşı aparılan mübarizə çərçivəsində növbəti reyd həyata keçirib. Tədbir zamanı avtomobili içkili halda idarə edən sürücülər saxlanılıb.

Mediaxeberleri.az ANS TV-yə istinadən xəbər verir ki, belə sürücülərdən biri paytaxtın Binəqədi rayonu ərazisində Cəfər Xəndan küçəsində saxlanılıb.

Pənahov Orxan İsmayıl oğlu idarə etdiyi “Rang Rover” markalı avtomobildə yol hərəkəti qaydalarını pozduğu üçün yol polisləri tərəfindən saxlanılıb.

Bundan sonra sürücü tibbi müayinədən keçirilməsi üçün ekspertizaya aparılıb. Sürücünün hadisə yerində olan dostları isə avtomobilin polislər tərəfindən dayanacağa aparılmasına etiraz edərək onlarla mübahisə ediblər.

Daha sonra avtomobil cərimə meydançasına aparılıb. Orxan Pənahovun etdiyi qanun pozuntusuna isə araşdırmalardan sonra hüquqi qiymət veriləcək.

Qeyd edək ki, “Range Rover Sport” markalı avtomobilin qiyməti komplektasiyasından və mühəriyyin həcmindən asılı olaraq 80-150 000 AZN təşkil edir.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:08 Bakıda film kimi qəza; icra başçısının sərxoş qardaşı oğlu 8 maşını əzdi (FOTO) Fevralın 28-dən martın 1-nə keçən gecə Bakıda ağır yol qəzası baş verib. «İnfiniti-5-5» markalı, nömrə nişanının seriyası 555 olan avtomobil Bakının mərkəzində – Sahil bağının yanında 8 avtomobili əzib. Hadisə Fransaının Azərbaycandakı səfirliyinin binası qarşısında baş verib. Avtosfer.az-ın
19:16 Bakıda sürücü yol polisini döydü Binəqədi rayonunda xidmətdə olan yol polisi sürücü tərəfindən döyülüb. Qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, S.S.Axundov küçəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Famil Seyidov BMW markalı 90 SG 045 nömrəli avtomobili sərxoş halda idarə edən zaman orada
17:55 Aslan Aslanov oğlunun polis tərəfindən saxlanmasından danışdı - (Özəl) “Polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində saxlanılan “Bentley” markalı avtomobil mənim oğluma məxsus deyil”. Bunu virtualaz.org saytına eksklüziv açıqlamasında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanov deyib. A.Aslanov qeyd edib ki, həmin avtomobilin onun oğlu Turqaya heç bir
16:43 Aslan Aslanovun oğlu polis tərəfindən saxlanıldı – Rəsmi Fevralın 20-si gecə saat 01 radələrində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlayıblar. Mediaxeberleri.az-ın məlumatına görə, aznews.az-a daxil olan xəbərdə bildirilir ki,
15:09 Bakıda polis-sürücü davası - Qan töküldü Bakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib. Məlumata görə, hadisə Səbayel rayonu ərazisində, İstiqlaliyyət küçəsi, 31 ünvanının qarşısında baş verib. Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az