t s

» » Beşinci muğam televiziya müsabiqəsi başlayıb

Beşinci muğam televiziya müsabiqəsi başlayıb

17-02-2015, 00:10 Yazar:  Aygün Baxılıb: 757 Çap et
Beşinci muğam televiziya müsabiqəsi başlayıbFevralın 16-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən beşinci muğam televiziya müsabiqəsi başlayıb.

Mediaxeberleri.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə müsabiqə haqqında məlumat verilib. Bildirilib ki, bu gündən etibarən müsabiqəyə qatılmış ifaçıların çıxışları həftənin bazar ertəsi və cümə günləri Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında birbaşa yayımlanacaq. Ənənəvi olaraq builki müsabiqədə də iştirak etmək üçün 20 gənc ifaçı seçilib. Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərə 500-ə yaxın namizəd qatılıb.

Gənc ifaçıların çıxışlarını qiymətləndirən münsiflər heyətinin tərkibinə muğam sənətinin mahir biliciləri, Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxildir.

Bu gün incəsənətin bayramıdır, - deyən Xalq Artisti Əlibaba Məmmədov bildirib ki, müsabiqəyə təkcə respublikamızda deyil, dünyada yaşayan azərbaycanlılar da böyük maraq göstərirlər. Artıq beşinci dəfədir keçirilən müsabiqə iştirakçılarının səsi dünyanın hər bir yerindən gəlir.

Ə.Məmmədov müsabiqənin təşəbbüskarı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və digər təşkilatçılara minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb.

Sonra iştirakçılar ifalarını təqdim etməyə başlayıblar. Müsabiqənin ilk günü münsiflər heyəti iştirakçılardan Novruz Hüseynov, Səriyyə Pirimova, Miryusif Mirizadə, Ülviyyə Məmmədzadə, Şahmar Hacıyev, Nisbət Sərdayeva, Türkay Məlikova, Misir Məmmədov, Sədəf Budaqova və Maşallah Mirzəliyevin ifasında xalq mahnılarını dinləyib qiymətləndiriblər.

Digər 10 iştirakçı isə cümə günü çıxış edəcək. Həmin gün münsiflər heyəti tərəfindən verilən ballar toplanacaq və ən az səs yığmış iştirakçı müsabiqəni tərk edəcək.

Qeyd edək ki, Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən muğam televiziya müsabiqəsi layihəsini həyata keçirir. 2007-ci ildən bu layihə Azərbaycan Televiziyası ilə yayımlanır. 2011-ci ildən isə müsabiqə “Mədəniyyət” kanalında da nümayiş etdirilir.

Ötən illərdə keçirilmiş muğam televiziya müsabiqələrində 101 gənc iştirak edib və qaliblər Heydər Əliyev Fondu tərəfindən müxtəlif mükafatlara layiq görülüb. 2011-ci ildən isə müsabiqənin qalibləri Azərbaycan Televiziyasının müxtəlif musiqi kollektivlərində solist kimi işə qəbul olunublar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:21 Broylerə məğlub olan “Cücələrim" - ARAŞDIRMA Bəstəkarlar uşaq musiqisi bəstələməyə niyə normal şeir tapa bilmirlər? Gəlin, ən məşhur uşaq mahnılarından bir neçəsini xatırlayaq: məsələn, mənim ağlıma ilk gələn məşhur “Cücələrim” oldu. Daha sonra “Kukla”, “Oynaq topum”, “Kim sevirsə idmanı”, “Mən baharın qızıyam” və s. Son illərdə uşaq
20:44 Ağsaqqallar Şurasının illik yığıncağı keçirildi Respublika Ağsaqqallar Şurası Məclisinin illik yığıncağı keçirilib. Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib. Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah
20:09 Əsgərlərimiz vətənə sədaqət andı içdilər Fevralın 15-də Gəncədəki “N” saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, hərbi hissənin döyüş bayrağı meydana gətirildikdən sonra, gənc əsgərlər hərbi and içiblər. Hərbi hissənin komandiri andiçmə mərasiminin başa çatması barədə raport
19:42 “Financial Times” Azərbaycan İstiqlal Muzeyindən yazır Muzey Azərbaycan tarixi haqqında dolğun təsəvvür yaradır. Britaniyanın “Financial Times” qəzeti Bakıda fəaliyyət göstərən İstiqlal Muzeyi haqqında məqalə dərc edib. Mediaxeberleri.az AzərTac-a istinadla xəbər verir ki, məqalədə muzey binasının tarixi haqqında məlumat verilir. Qeyd olunur ki, bina
19:37 Azərbaycan mədəniyyətinə ağır itki üz verib Görkəmli sənətkarımızın işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Xalq rəssamı Davud Kazımov 2015-ci il fevralın 14-də 89 yaşında vəfat edib. Mediaxeberleri.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az