t s

» » Qənirə Paşayevaya Türkiyədə mükafat verilib

Qənirə Paşayevaya Türkiyədə mükafat verilib

17-04-2016, 14:40 Yazar:  Sabina Baxılıb: 319 Çap et
Qənirə Paşayevaya Türkiyədə mükafat verilibMillət vəkili Q.Paşayeva Türkiyədə ona verilən mükafatı "bu ödülü şəhidlərimiz adına alıram, bu daha çox onların haqqı" deyərək alıb.

Türkiyədə millət vəkilləri, siyasətçilər, QHT, mətbuat və mediya qurumlarının iştirakı ilə mükafatlandırma mərasimiz keçirilib. Mükafatlandırılanlar arasında olan millət vəkili Qənirə Paşayeva ilin millət vəkili adına və Türk dünyasına xidmət mükafatına layiq görülüb.

Mükafatın təqdimatı zamanı bildirilib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır,onların problemlərini beynəlxalq tribunalardan səsləndirir, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bölgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan çalışır və Türk Dünyasında ilin ən uğurlu millət vəkili mükafatının ona verilməsi qərarı qəbul edib.

Millət vəkili Qənirə Paşayeva mükafatatlandırma zamanı çıxışında deyib:“Mən bu mükafatı bu gün mənim burada ola bilməyim üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canından keçən şəhidlərimiz, bu günlərdə ön cəbhədə şəhid olan qardaşlarımız, gözəl ölkəm Azərbaycan adına alıram və Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm ” Mükafatı aldığı zamanı çıxışında Qənirə Paşayeva topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib.

Bunun üçün isə ilk növbədə bir bizi-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib.

Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev bu gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin dünyada analoqu olmayan münasibətlərdən olduğunu və bu cür əməkdaşlıqdan hər iki dövlətimizin gücləndiyini deyib və bunun bir örnək olduğunu da bildirib.

Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.

Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”. Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda tədbirin təşkilatçılarına bu mükafata layiq görülməkdən ayrıca məmun olduğunu bildirib və etimadlarından dolayl təşəkkür edirəm, çalışacam ki, bu etimadı hər zaman doğruldum deyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:40 Qənirə Paşayeva Əskişəhərdə konfrans keçirib Əskişəhər Türk Ocaklarında millət vəkili Q.Paşayevanın veridyi “Türk dünyasının ortaq acıları və birliyin önəmi” adlı konfransda Əskişəhərin ziyalıları, KİV və QHT nümayəndələri və gənclər iştirak edib. Qənirə Paşayeva çıxışında Türk kökənli bütün insanlarımızın Türk dünyasının müxtəlif
16:02 Qənirə Paşayeva Kayseridə Qarabağ problem ilə bağlı konfrans keçirib ]Millət vəkili Q.Paşayeva Kayseridə “Bölgədə gərginləşən vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri və Qarabağ problemi “ adlı konfrans verib. Yeni Ufuklar Dərnəyinin, Kayseri valiliyi, Kayseri Gənclik, Spor, Turizm idarəsi və Kayseri Ticarət Palatasının təşkilatçılığı ilə Kayseri Ticarət
13:12 Qənirə Paşayeva Türk Dünyası gəncliyinə birlik və Qarabağ çağırışı edib Türkiyədə Beynəlxalq Dədə Qorqud Beynəlxalq Festivalı çərçivəsində Beşpınarda çıxış edən millət vəkili Qənirə Paşayeva ziyalılara səslənərək ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az