t s

» » "Atletiko" "Barselona"nı "sındırdı" - 2:0 (Çempionlar Liqası) VİDEO

"Atletiko" "Barselona"nı "sındırdı" - 2:0 (Çempionlar Liqası) VİDEO

14-04-2016, 10:13 Yazar:  Gülnar Baxılıb: 494 Çap et
"Atletiko" "Barselona"nı "sındırdı" - 2:0 (Çempionlar Liqası) VİDEOBu gecə futbol üzrə Çempionlar Liqasının bütün yarımfinal iştirakçıları müəyyənləşdi.

1/4 final mərhələsinin son oyun günündə komandalar İspaniya və Portuqaliyada üz-üzə gəlib.

Gecənin əsas qarşılaşması Madriddə "Atletiko" və "Barselona" arasında baş tutub. "Erkən final" adlandırılan cütlüyün Barselonadakı ilk oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanmışdı.

Bu səbəbdən qonaqlara mərhələ adlamaq üçün heç-heçə və ən azı iki top vurmaqla minimal hesablı məğlubiyyət də sərf edirdi. "Atletiko" isə mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idi.

Gözlənilənlərin əksinə olaraq, "Barselona" üstünlüyünü qoruya bilməyib. Hesabı 36-cı dəqiqədə Antoine Qriezmann açıb. 88-ci dəqiqədə penaltidən dublunu rəsmiləşdirən fransalı oyunçu komandasını yarımfinala daşıyaraq, "Barselona" azarkeşlərinə şok yaşadıb.

Son 8 mövsümdə 7 dəfə yarımfinal oynayan, 7 mövsümdə 3 dəfə turnirin qalibi olan, son çempion "Barselona" yarışla erkən vidalaşıb. Kataloniyalıları 2013/14 mövsümünün 1/4 finalında da "Atletiko" mübarizədən kənarlaşdırmışdı.

Digər matçında "Bavariya" "Benfika"nın qonağı olub. Mərhələnin ən zəifi hesab olunan Portuqaliya klubu ilk oyunda olduğu kimi yenə rəqibinə sonadək müqavimət göstərib, amma bu dəfə də istədiyi nəticəni qazana bilməyib.

Münhendəki matçda 0:1 hesabı ilə yenilən "Benfika" evdə 2:2 hesablı heç-heçə edərək mübarizəni dayandırıb. Hesabı 27-ci dəriqədə meydan sahiblərindən Raul Ximenes açıb. 38-ci dəqiqədə Arturo Vidal bərabərliyi təmin edib, 52-ci dəqiqədə Tomas Müller "Bavariya"nı hesabda önə keçirib. Məğlubiyyətlə barışmayan "Benfika" 77-ci dəqiqədə Anderson Taliska ilə bərabərlik qolunu vursa da, bundan artığına gücü çatmayıb.

Beləliklə, "Bavariya" son 7 mövsümdə 6-cı dəfə yarımfinala vəsiqə əldə edib. Bundan əvvəl "Real" və "Mançester Siti" yarımfinala çıxıb.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:46 Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib – NƏTİCƏLƏR Suares fərqlənib. Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki oyunu keçirilib. Mediaxeberleri.az xəbər verir ki, “Barselona” bu dəfə paytaxtın digər təmsilçisi “Atletiko”nu qəbul edib. Turnirin əsas favoritlərindən olan “Bavariya” isə 1/4 finalın ən zəifi sayılan “Benfika”nı sınağa
09:19 "Barselona" ¼-də, Münhendə əlavə vaxt "Barselona" adını qitənin ən güclü 8 komandası arasına yazdırıb Çempionlar Liqasında ⅛ final mərhələsi başa çatıb. ANS PRESS-in məlumatına görə, bu gecə son iki ¼ finalçı müəyyənləşib. "Barsa" adını qitənin ən güclü 8 komandası arasına yazdırdı. Artıq "Barselona" - "Arsenal" oyunu başa çatıb.
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
01:32 Münhendə "qol yağışı" başladı - Çempionlar Liqası Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Baş tutacaq 2 oyundan sonra yarımfinalın 2 iştirakçısı müəyyənləşəcək. "Barselona" ilk oyunda 3:1 hesabı ilə yendiyi PSJ-ni qəbul edəcək. Oyunu norveçli FIFA referisi Svein Oddvar Moen idarə edəcək. Komandalar bu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az