t s

» » Müsavat.com: Aygün Kazımova ilə bağlı araşdırma başlayıb

Müsavat.com: Aygün Kazımova ilə bağlı araşdırma başlayıb

9-04-2016, 12:49 Yazar:  Anar Baxılıb: 1136 Çap et
Müsavat.com: Aygün Kazımova ilə bağlı araşdırma başlayıb“Səs-küylü materiallar hüquq-mühafizə orqanlarının diqqətini çəkib”.

Azərbaycanın hüquq-mühafizə orqanları, xalq artisti Aygün Kazımova ilə bağlı araşdırmaya başlayıb.


Mediaxeberleri.az xəbər verir ki, məlumatı musavat.com yayıb. Sayt iddia edir ki, hüquq mühafizə orqanları tərəfindən müğənninin ermənilərlə əlaqələrinin təftiş edildiyi, xalq artistinin barəsində mətbuatda yazılanların yoxlanıldığı deyilir. Belə bir araşdırmaların aparılmasını zəruri edən isə bir müddət əvvəl ölkə mediasında yayılan məlumatlardır.

Yayılan məlumatlarda bildirilirdi ki, Ermənistan xüsusi xidmət orqanları qadın alverçiləri, qeyri-ənənəvi oriyentasiyalı şəxslər üzərindən Azərbaycanın şou aləminə nüfuz ediblər. Düşmən ölkənin xüsusi xidmət orqanları vaxtilə Ermənistanda yaşamış, sonradan Gürcüstana köç edərək orada məskunlaşan Ekmalyan ailəsinin üzvləri üzərindən Azərbaycan və Türkiyədə agent şəbəkəsini qura biliblər. Musavat.com-un bu haqda yazısında bildirilirdi:


“Bu ailənin Azərbaycanda tanınan siması Romazzo adlı modelyerdir. Romazzo zaman-zaman Azərbaycanda və Türkiyədə keçirilən müxtəlif moda tədbirlərində fəxri qonaqlar sırasında yer alıb. Türkiyədə Romazzonun təşkil etdiyi müsabiqəyə qatılan model xanımlar sonradan şəxsiyyət vəsiqələri əllərindən alınaraq seks-köləliyə məcbur ediliblər. Həmin modellər arasında Azərbaycandan aparılan xanımlar da olub. Bu haqda Türkiyə mediasında zamanında yazılar dərc olunub.

Romazzonun Azərbaycanda əsas əlaqəsi olduğu şəxs kimi Aygün Kazımova göstərilirdi. Xatırladaq ki, bu yazılar A.Kazımovanın Ramozzi və digər erməniəsilli şəxslərlə foto və video görüntülərinin müşayiəti ilə dərc olunub.

Bu səs-küylü materiallar, deyilənə görə, hüquq-mühafizə orqanlarının diqqətini çəkib”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:04 Putinin tələbə yoldaşı Samir Şərifovu “3 qat agent” elan etdi Maliyyə nazirimiz haqda şok iddia; Sabiq sovet kəşfiyyatçısı Yuri Şvetsə görə, Şərifov eyni vaxtda Rusiya, ABŞ və Türkiyə xüsusi xidmətlərinə işləyir; onun “verbovka” olunmasında nazir müavini Xələf Xələfovun da adı çəkilir; Azərbaycan XİN: “Bu cür məsələləri şərh etmirik...” “Rusiyanın xarici
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
03:18 “Məni bacım Səidə ilə 12 dəfə şantaj edib pulumu aldılar” - ŞOK TƏFƏRRÜAT Göyçaydakı mütəşəkkil cinayətkar dəstənin ağlasığmaz cinayətləri Hədə-qorxu yolu ilə pul tələb etmə və dələduzluqda ittiham olunan Göyçay şəhər sakinləri – 1996-cı il təvəllüdlü Tacir Zeynalov, 1993-cü il təvəllüdlü Akif Hüseynli, 1993-cü il təvəllüdlü Ramiz Adıgözəlov, 1991-ci il təvəllüdlü Adil
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az