t s

» » CBC telekanalı şəhid Oleq Babak haqqında film çəkir - FOTO

CBC telekanalı şəhid Oleq Babak haqqında film çəkir - FOTO

8-04-2016, 13:39 Yazar:  Əsmər Baxılıb: 619 Çap et
CBC telekanalı şəhid Oleq Babak haqqında film çəkir - FOTOCBC telekanalının yaradıcı heyəti bu günlərdə izləyicilərə yeni sənədli film təqdim edəcək.

Mediaxeberleri.az xəbər verir ki, “Həyat naminə” adlı bu sənədli ekran işi 1991-ci il aprelin 7-də Qubadlı rayonunun Yuxarı Cibikli kəndində baş verən hadisələrdən bəhs edir.

CBC telekanalının Baş direktoru Azər Xəlilov AZƏRTAC-a eksklüziv müsahibəsində filmin ərsəyə gəlməsindən danışıb.

A.Xəlilov bildirib ki, bu film keçmiş SSSR-nin daxili qoşunlarının zabiti Oleq Babakın qəhrəmanlığından bəhs edir. O, 1990-cı illərdə Qubadlı rayonunun Yuxarı Cibikli kəndində baş verən hadisələrdə yüzlərlə erməni döyüşçüsünə qarşı şücaətlə vuruşaraq həyatı bahasına yerli dinc əhalini ölümdən xilas edib: “Oleq Babak Qubadlı rayonunun Yuxarı Cibikli kəndinin dinc əhalisinin erməni terrorçularının hücumundan qorunması və onların həyatlarının xilas edilməsi zamanı şəhid olub. Oleq Babak bu şücaətinə və qəhrəmancasına apardığı döyüşə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb".

Filmin o illərin tarixinə qiyabi səyahət olduğunu bildirən CBC-nin Baş direktoru deyib ki, hələ 1990-cı illərin əvvələrində Ermənistanla həmsərhəd rayonlarımız mütəmadi olaraq atəşə tutulurdu: “Ermənilər azərbaycanlı əhalini daim qorxu altında saxlayaraq, onları öz ata-baba yurdlarını, el-obalarını tərk etməyə vadar edirdilər ki, qəsbkar planları asanlıqla həyata keçsin. Oleq Babak yerli əhalinin müdafiəsinə qalxaraq, erməni millətçilərinin planlarının qarşısına sanki sipər çəkdi. O, öz həyatı hesabına dinc sakinləri erməni terrorçularından xilas etdi”.

A.Xəlilov qeyd edib ki, həm yerli telekanallar, həm də Rusiya və Ukrayna kanalları Oleq Babakdan bəhs edən sənədli filmlər çəkilib. CBC-nin təqdim edəcəyi bu yeni film isə digərlərindən çox fərqlənir: “Biz bu filmdə hadisələrə bir qədər fərqli bucaqdan yanaşmağa çalışdıq. İlk dəfə olaraq Oleq Babakın döyüş yoldaşları ilə görüşdük. Bunun üçün bizim yaradıcı qrup iki hissəyə bölünmüşdü. Qrupun biri Moskva şəhərinə göndərildi ki, orada Oleq Babakın döyüş yoldaşları ilə görüşsün. Digər qrup isə Ukraynaya, Oleq Babakın anadan olduğu Viktoriya kəndinə ezam edildi. Onlar orada Oleq Babakın valideynləri görüşdülər”.

Ssenarinin yazılması və filmin çəkiliş prosesinin bir aya yaxın vaxt aldığını bildirən A.Xəlilov deyib: “Yaradıcı heyət Azərbaycan, Rusiya və Ukraynada gərgin iş rejimində çalışıb. Sənədli filmin xronometrajı 30 dəqiqədir. Ssenari, rejissorluq və müəlliflik hüququ CBC-nin yaradıcı heyətinə məxsusdur. Azərbaycan və rus dillərində yayımlanacaq “Həyat naminə” filmi iki həftədən sonra ekranlara çıxacaq.AZƏRTAC

CBC telekanalı şəhid Oleq Babak haqqında film çəkir - FOTO
CBC telekanalı şəhid Oleq Babak haqqında film çəkir - FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az