t s

» » Kamran Həsənli: “Samirə cibimdən pul verməyəcəyəm”

Kamran Həsənli: “Samirə cibimdən pul verməyəcəyəm”

4-04-2016, 15:19 Yazar:  Aynur Baxılıb: 348 Çap et
Kamran Həsənli: “Samirə cibimdən pul verməyəcəyəm”Müğənni Samir Piriyevin dələduzluqda ittiham etdiyi teleaparıcı Kamran Həsənli cinayət işi ilə bağlı mətbuat konfransı keçirib.

Mediaxeberleri.az xəbər verir ki, BMM-də keçirilən mətbuat konfransı şəhidləri bir dəqiqəlik sükutla yad etdikdən sonra başlayıb. Teleaparıcının vəkili Türkel Hüseynov bildirib ki, deyilən obyekt mövcud olmasaydı, Kamran Həsənli dələduzluqda ittiham oluna bilərdi: "Samir Piriyev şikayət ərizəsində bildirib ki, Kamran onu aldadaraq pul alıb. Kamran yanacaqdoldurma məntəqəsinə 300 min avro, Samir isə 115 min pul verib. Onun da 35 mini qaytarılıb. Kamranı bezdirdiyi üçün maşınını ona verib, Samir də maşını 20 min dollara hesablayıb. Obyektin sahibi Erhan bəydən 15 min alıb. Obyekt olmasaydı, Kamran dələduzluqda ittiham oluna bilərdi. Amma Samirə dəfələrlə deyilib ki, şirkətə bank əl qoyub. Hərracda şirkət satılandan sonra hissədarların pulu qaytarılacaq".

Məsələdə adı hallanan müğənni Qismətin də açıqlaması video şəklində konfransda yayımlanıb. Müğənni bildirib ki, sözügedən şirkətə o da pul qoyub: "Mən də şirkətin səhmdarlarından biriyəm. Bu işdə Kamran günahkar deyil. O da bizim kimi obyektə pul qoyub. Mənə Samir dəfələrlə müraciət edib ki, Kamrandan pulumuzu tələb edək, o da evini satıb bizə versin. Amma mənim Kamrandan heç bir tələbim yoxdur. Ümid edirəm ki, bu məsələ ədalətli şəkildə həll olunacaq".

Jurnalistlərin suallarını cavablandıran K.Həsənli deyib ki, onu şantaj edirlər: "Hazırda Azərbaycan xalqının vəziyyəti çətindir, onlara bizim davamız maraqlı deyil. Bu məsələni bu qədər şişirdib, şouya çevirmək lazım deyildi. Məsələ istintaqda araşdırılır. Mən heç vaxt deməmişəm ki, evimi satıb, Samirə verəcəyəm. Demişəm ki, evim plana düşəcək, mən də sənə o puldan verəcəyəm. Yalandan deyib ki, "Kamran mənə obyekt fotoları göstərdi. Türkiyənin Antalya və Alanya şəhərləri arasında yanacaqdoldurma məntəqəsinə pul qoyacağımızı dedi, amma sonra gedib, obyektin olmadığını gördüm". Daha sonra istintaqa verdiyi ifadəni danıb və yanacaqdoldurma məntəqəsini ziyarət etdiyini deyib. Bu məsələdən sonra mən Samirə öz cibimdən pul verməyəcəyəm. Nə zaman obyekt satılsa, birinci pulumu götürəcəyəm və sonra Samirin pulunu qaytaracağam. Bu məsələ ortaya çıxarılıb ki, mən ad-sanımdan qorxub, pulu qaytarım. Günahkar olsam, ayıb iş görsəydim, qorxardım".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:11 Bacısı ilə cinsi əlaqədə olan oğlan - "Onun hərəkətlərindən ehtiraslandım" “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim” Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Hadisə 2012-ci ildə baş verib. Həmin ilin iyul ayında Rəvan
09:25 Bacısı ilə cinsi əlaqədə olan oğlan: Onun hərəkətlərindən ehtiraslandım “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”. Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Araşdırmalara görə, hadisə 2012-ci ildə baş verib. Həmin ilin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az