t s

» » Manat düşməyə başladı

Manat düşməyə başladı

16-02-2015, 23:22 Yazar:  Aygün Baxılıb: 993 Çap et
Manat düşməyə başladı

Manatın məzənnəsi bivalyuta səbəti əsasında müəyyənləşdirilir

Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını bircə cümlə ilə belə ifadə etmək olar: hökuməti manatın yumşaq ucuzlaşdırılmasına start verdi.

Bu barədə bu gün iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) bu addımı gözlənilən olub.

"Baş verən proseslər manatı ciddi təzyiq altında saxlayırdı. Mərkəzi Bank iki ayda manatın saxlanmasına 2,3 milyard dollar sərf edirdi. Bu isə valyuta ehtiyatının 15 faizinə bərabər idi. Mərkəzi Bank 2 yoldan birini seçməli idi: ya manatı kəskin ucuzlaşdırmalı (təxminən 20-30%), ya da tədricən ucuzlaşdırmalı idi. Göründüyü kimi, 2-ci yol seçildi. Çünki qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ehtimalı yüksək idi", - deyə Samir Əliyev vurğulayır.

Ekspertin sözlərinə görə, bu gün artıq manat dollara nəzərən 0,05% ucuzlaşıb. "Bu ucuzlaşma avronun dünya bazarlarında dollara münasibətindən asılı olaraq davam edəcək. Manatın məzənnəsinin bivalyuta səbəti əsasında müəyyənləşdirilməsi mexanizmi bizdə mövcud olub və ondan 2011-ci ildə imtina edilib. Həmin səbət 90/10 nisbəti əsasında dollar-avrodan ibarət idi. İndi səbətdə dollar və avronun payı haqqında məlumat verilməsə də, ehtimal etmək olar ki, ilkin dövür üçün əvvəlki səviyyədə saxlanılıb. Sonrakı dövrlərdə xarici ticarət dövriyyəsinin avrozonanın xüsusi çəkisindən asılı olaraq avronun payı artırıla bilər. Hər bir halda bivalyuta səbəti manatın ucuzlaşmasını şərtləndirəcək", - deyə Samir Əliyev vurğulayıb.ans




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:33 Prezident İlham Əliyev üç Sərəncam imzaladı Azərbaycan Prezidenti İlham Əliyev “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib. Qanunda edilən dəyişikliklərə əsasən, yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı
09:11 “Ukrayna böhranından sonra Azərbaycan alternativ qaz ölkəsinə çevrilib” Toğrul İsmayıl: “Bizim qaz ehtiyatlarımızın Avropanın enerji təminatında yerinin nə qədər olacağı bir çox amildən asılıdır...” Xəbər verdiyimiz kimi, fevralın 12-də Bakıda "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib. Görüşdə prezident İlham Əliyev də iştirak edib.
00:18 Gülər Əhmədovanın dələduz mətbuat katibi Keçmiş deputatın həm də köməkçisi olan Zaur Mirzə-zadə dostundan maşın alaraq pulu Gülər Əhmədovanın ödəyəcəyini deyib “Amid bizim evə gələrək atamı və məni öldürməklə hədələdi. Sonra həyat yoldaşımın sinəsinə əl ataraq, yaxasını cırdı” “Mən Zaur Rafael oğlu Mirzə-zadənin cinayətkar əməllərinin
23:07 “Kapital Bank”ın Füzuli filialında maxinasiyalar Camal Ocaqverdiyev dövlətin pullarını sələmə verir Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində “Kapital Bank”ın Füzuli filialının fəaliyyətində yer alan çeşidli nöqsanlara dair materiallar dərc olunmaqdadır. Bu xüsusda redaksiyamıza təqdim edilən məlumatlarda filialın müdiri Camal
12:05 Ankara İrəvanı qucağına alır Azərbaycan Türkiyə münasibətləri ciddi pisləşə bilər Ermənistana Rusiya ilə əməkdaşlıqdan dəymiş zərəri Türkiyə ilə əməkdaşlıq aradan qaldırı bilər. Mediaxeberleri.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Ermənistanda fəaliyyət göstərən regional tədqiqatlar mərkəzinin rəhbəri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az