t s

» » Siyasi verilişlərdə qaçan sətirli reklam qadağan edilidi

Siyasi verilişlərdə qaçan sətirli reklam qadağan edilidi

3-04-2016, 12:57 Yazar:  Günel Baxılıb: 245 Çap et
Siyasi verilişlərdə qaçan sətirli reklam qadağan edilidiNazirlər Kabineti Qaydaları təsdiq etdi.

Azərbaycan Nazirlər Kabineti “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edib.

Mediaxeberleri.az-ın Report-a istinadən xəbərinə görə, bu qayda televiziya proqramlarında (verilişlərində), açıq məkanda, teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən qaçan sətirlə yayımlanan reklamın təqdim olunmasına qoyulan tələbləri müəyyən edir.

Qaçan sətir reklamın elektron vasitələrlə mətnlə və (və ya) qrafiklə, hərəkət edən şəkildə verilməsidir.

Nəqliyyat vasitələrində qaçan sətirlə reklam yayımlayan elektron tabloların yerləşdirilməsinə yol verilmir.

Televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə reklamın yayımı xüsusi reklam bildirişi, yaxud “R” işarəsi ilə müşayiət olunmalıdır.

Yayımlanan televiziya proqramının (verilişinin) kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır.

Qaçan sətirlə yayımlanan reklam alt yazıların, habelə açıqlama xarakterli yazıların üzərində yerləşdirilməməlidir.

Verilən elanların, xəbərlərin, anonsların və digər məlumatların yayımı zamanı qaçan sətirlə reklam yayımlana bilməz.

Qaçan sətirlə yayımlanan reklam akustik (səsli) elementlərdən ibarət ola bilməz.

Verilən reklamın (sosial reklam istisna olmaqla) vaxtı televiziyada yayımlanan reklamın ümumi vaxtına daxildir.

Milli Məclis sessiyalarının, rəsmi dövlət tədbirlərinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sədrinin çıxışlarının yayımı zamanı qaçan sətirlə reklam verilə bilməz.

Siyasi verilişlərdə və xəbər proqramlarında qaçan sətirlə reklamın yayımlanmasına yol verilmir.

Uşaq verilişlərində və dini proqramlarda (verilişlərdə) alkoqollu içkilərin qaçan sətirlə reklamı verilə bilməz.

Azərbaycan Prezidenti tərəfindən elan edilmiş matəm günlərində televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə reklamın yayımlanması qadağandır.

Birbaşa aid olduğu xidmət, ticarət və digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə qaçan sətirlə yerləşdirilən elanlar, həmçinin dövlət orqanlarına aid lövhələr reklam daşıyıcıları hesab edilmir.

Avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır.

Açıq məkanda qaçan sətirlə reklam yayımlayan qurğular yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğuları üzərində yerləşdirildikdə isə estetik və konstruksiya baxımından həmin qurğunun ümumi görkəmini pozmamalıdır.

Reklam, o cümlədən sosial reklamla bağlı sifariş olmadığı halda, reklam qurğusunun reklam mətni olmadan və yaxud təsvirsiz qalmasına yol verilmir.

Qaçan sətirlə reklam yayımlayan qurğuların reklam səthinin aşağı hissəsində reklam qurğusunun mülkiyyətçisi, onun əlaqə nömrəsi və reklam yerinin nömrəsi barədə məlumat yerləşdirilməlidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
22:15 Dövlət başçısı İlham Əliyev 10 sərəncam imzaladı Prezident İlham Əliyev “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az