t s

» » 3 yaşlı oğlan 18 aylıq qardaşını güllələdi

3 yaşlı oğlan 18 aylıq qardaşını güllələdi

5-03-2015, 01:09 Yazar:  Aygün Baxılıb: 613 Çap et
3 yaşlı oğlan 18 aylıq qardaşını güllələdiABŞ-da 3 yaşlı oğlan öz qardaşına atəş açıb.

Hadisə ABŞ-ın Tennesi ştatında baş verib. Belə ki, dünən gündüz vaxtı Hillsboro şəhərində 3 yaşlı oğlan uşağı 18 aylıq kiçik qardaşına tapançadan atəş açıb. Güllə körpənin başına dəyib. Xəstəxanaya aparılan uşağın vəziyyəti haqqında hələlik heç bir məlumat yoxdur. Polis hələ də uşağın əlinə tapançanın necə düşdüyünü araşdırır.

Qeyd edək ki, ABŞ-da belə hadisələr tez-tez olur. Yanvarın sonunda Missuri ştatında 5 yaşlı oğlan evdə tapdığı silahla təsadüfən 9 aylıq qardaşını güllələyib. Keçən il dekabrın sonunda isə 2 yaşlı körpə anasının çantasından tapdığı silahla anasına atəş açıb. Qadın yerindəcə keçinib. Hadisə 29 yaşlı qadın 4 uşağı ilə supermarketdə alış-veriş edərkən olub. Xatırladaq ki, 2013-cü il yazda ABŞ prezidenti Barak Obamanın Demokratlar partiyasındakı tərəfdarları ölkədə silah gəzdirilməsi və satışının məhdudlaşdırılması ilə bağlı təklif irəli sürüblər. Amma senat vətəndaşların silah gəzdirmə hüququna əsaslanaraq bu qanun layihəsini qəbul etməyib. /anspress.com/




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:06 20 yaşlı oğlan içib atasını bıçaqladı - Azərbaycanda Dünən Səbail rayonunda daha bir dəhşətli cinayət hadisəsi baş verib. Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 25-də saat 19 radələrində oğul atasını bıçaqlayıb. Belə ki, Y.Mürsəlov küçəsində 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqova bıçaqla ağır bədən xasarəti
16:01 Qısqanc sevgilinın dəhşətli intiqamı – VİDEO/18+ Tailandda oğlan ona xəyanət etdiyinə görə sevgilisini supermarketdə hər kəsin gözü qarşısında güllələyib. Mediaxeberleri.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 38 yaşlı Pada adlı qadınla 41 yaşlı Surasit adlı kişi supermarketdə alış-veriş edərkən baş verib. Qısqanc sevgili onların
00:29 Dostları ilə “rus ruleti” oynayan gəncin faciəli sonu Növbə 17 yaşlı gəncə çatanda güllə açılıb və oğlan ölüb. ABŞ-da 17 yaşlı yeniyetmə “rus ruleti” oyunu zamanı özünü öldürüb. Mediaxeberleri.az anspress-ə istinadən xəbər verir ki, hadisə Karson şəhəri yaxınlığında baş verib. Şəhər polisi açıqlama verib ki, “rus ruleti” oyunda başqa yeniyetmələr
14:10 Ağsuda evdə uşaq dünyaya gətirən qadın öldü Qadının dünyaya gətirdiyi oğlan uşağı sağdır. Ağsu rayonunda faciəvi hadisə baş verib. Mediaxeberleri.az-ın Lent.az-a istinadən məlumatına görə, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib. Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az