t s

» » Ağstafa, Tovuz və Qazaxda yerləşən mövqelərimiz atəşə tutulub

Ağstafa, Tovuz və Qazaxda yerləşən mövqelərimiz atəşə tutulub

29-03-2016, 10:48 Yazar:  Gülnar Baxılıb: 348 Çap et
Ağstafa, Tovuz və Qazaxda  yerləşən mövqelərimiz atəşə tutulubErməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 116 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Çaylı, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:14 Cəbhədə gərgin gecə: Düşmən susduruldu Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Voskevan, Paravakar
10:02 Cəbhədən son xəbər Atəşkəs rejimi 121 dəfə pozulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib. Mediaxeberleri.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonu
10:34 MN: “Düşmənə 125 atəş zərbəsi endirdik” Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub. Bu barədə Mediaxeberleri.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və
10:09 Cəbhədə qızğın atışma Ermənilər son iki gündə atəşkəs rejimini ümumilikdə 108 dəfə pozublar Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs
11:44 Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub Nazirlik məlumat yaydı. Azərbaycanın Müdafiə Nazirliyi fevralın 22-23 tarixlərində cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Nazirlikdən Mediaxeberleri.az-a verilən məlumata görə, fevralın 22-də düşmən qüvvələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az