t s

» » Brüsseldə partlayışlar: Ölənlər var - YENİLƏNİB

Brüsseldə partlayışlar: Ölənlər var - YENİLƏNİB

22-03-2016, 17:55 Yazar:  Anar Baxılıb: 352 Çap et
Brüsseldə partlayışlar: Ölənlər var - YENİLƏNİB Terror aktlarının məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Brüsselin beynəlxalq hava limanında daha bir partlayış baş verib.

Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə RİA Novosti yerli telekanallar istinadən xəbər verir.

Polis hücum edən şəxslərin birinin cəsədinin yanında Kalaşnikov avtomatı tapıb.

17:09

Belçika paytaxtı Brüsseldə törədilən partlayışlar nəticəsində ölənləri sayı 34 nəfər çatıb.

Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər ölüb. Hadisə yerindən “Kalaşnikov” markalı silah tapılıb.

16:50

Brüsseldəki terror aktlarının məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Mediaxeberleri.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə terror qruplaşmasına yaxın olan “Amak” informasiya agentliyi məlumat yayıb.

İŞİD təmsilçiləri öz açıqlamalarında bu teraktların təffərrüatlarını nəinki gizlətməyiblər, əksinə Avropanı yeni terror aktları ilə hədələyiblər.

15:36

Brüsselin STIB ictimai nəqliyyat opretorunun nümayəndəsi Malbek metro stansiyasında ölən və yaralananların sayını dəqiqləşdirib.

Mediaxeberleri.az-ın xarici KİV-ə istinadən xəbərinə əsasən, onun verdiyi məlumata görə, metroda baş verən partlayış zamanı 15 nəfər ölüb, daha 55 nəfər isə yaralanıb. Onlardan 10-nun vəziyyəti ağırdır.

Brüssel hava limanında isə ölənlərin sayının 13- çatdığı bildirilir.

Həmçinin Belçikanın RTBF telekanalı məlumat verib ki, Brüssel küçələrində daha bir partlayış baş verib. Ehtimal olunur ki, partlayış istehkamçıların ehtiyatsızlığından baş verib.

14:34

Belçika Fransa ilə sərhədlərini bağladı və ölkənin nüvə obyektlərinin təhlükəsizliyini gücləndirdi, yerli KİV xəbər verir.

13:25

Son məlumata görə, Belçikanın paytaxtı Brüsseldə metrostansiyada baş verən partlayış nəticəsində ən az 10 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.

13:30

Brüsselin Beynəlxalq Hava limanında verən 2 partlayış terror aktıdır.

Mediaxeberleri.az-ın RIA Novosti-yəyə istinadən verdiyi məlumata görə, bu barədə Belçika hökuməti açıqlama yayıb. Həmçinin partlayışın baş verdiyi hava limanında daha bir partlayıcı qurğunun işə salınmadan aşkarlandığı deyilir.

Brüsseldə Şuman adlı daha bir metro stansiyasında partlayış baş verib. Bu stansiya Avropa komissiyasının və Avropa İttifaqı Şurasının binalarının yaxınlığında yerləşir.

13:15

“Brüsseldə dörddüncü antiterror hazırlıq səviyyəsi elan olunub. Bu isə o deməkdir ki, şəhərdə metrolar, təhsil müəssisələri, insanların çox olduğu yerlər bağlanacaq”, - RTBF telekanalı məlumat verir.

Şəhərdə mobil əlaqə rabitəsində nasazlıqlar var, partlayış xəbərlərindən sonra şəbəkə həddən artıq yüklənib.

Həmçinin xəbər verilir ki, Brüsselin daha bir metro stansiyasında partlayış baş verib.

12:47

Belçikanın paytaxtı Brüsseldə daha bir partlayış baş verib.

Mediaxeberleri.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə metronun Malbek stansiyasında qeydə alınıb.

Hadisə nəticəsində ölən barədə məlumat verilməsə də, yaralıların olduğu deyilir.

Hazırda metrodakı insanlar evakuasiya edilir.

12:11

Belçikanın paytaxtı Brüsseldə hava limanında baş verən iki partlayış zamanı 11 nəfər ölüb, 25 nəfər isə yaralanıb.

Mediaxeberleri.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aeroportu fəaliyyəti tam dayandırılıb, bütün reyslər təxirə salınıb.

Partlayışlardan sonra hava limanı ilə dəmir yolu əlaqəsi kəsilib.

Partlayışın səbəbləri hələ ki, məlum deyil.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:54 Dəmir Yolu İdarəsində Departament rəhbərinin 3,9 milyon manatlıq talanı-SİYAHI Çingiz Məmmədovun 21 stansiya üzrə ayrılmış pulları kağız üzərində «xərcləsə» də, reallıqda bir qara qəpik xərcləmədiyi üzə çıxıb Ötən günlərdə Dövlət Dəmiryolu İdarəsinin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbəri Çingiz Məmmədovun bahalı villaları və
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
08:27 İranın nüvə proqramı ətrafında kritik hadisələr: dəhşətli müharibə necə əngəlləndi... Ukrayna böhranının və İŞİD terror qruplaşmasının arxa plana keçirdiyi, lakin bir vaxtlar dünyanın bir nömrəli problemi səviyyəsinə qədər yüksəlmiş İranın nüvə proqramı ətrafında gərgin proseslər gedir. Virtualaz.org saytı nüfuzlu beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ABŞ-la İranın nüvə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az