t s

» » Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib

Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib

15-03-2016, 19:03 Yazar:  Gülnar Baxılıb: 748 Çap et
Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilibMartın 15-də Ağstafada Novruzun gəlişinə həsr olunmuş ümumrayon şənliyi keçirilib.

Mediaxeberleri.az
xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla tanış olublar.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ağstafalıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

“Cəngi” musiqisinin sədaları altında bayram tonqalı yandırılıb. Milli geyimli oğlanlar və qızlar tonqal ətrafında “Yallı” gediblər.

Rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışları, Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, pəhləvanların və kəndirbazların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Yaxınlaşmaqda olan Novruz bayramı münasibəti ilə Ağstafa şəhərinin Səməd Vurğun adına mədəniyyət və istirahət parkında geniş bayram tədbiri keçirildi. İlin axırıncı çərşənbə gününə təsadüf edən bayram tədbirində Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri, eləcə də rayon sakinləri iştirak edirdi.

Tədbir iştirakçıları öncə Ağstafa şəhəri Heydər Əliyev prospekti boyu Səməd Vurğun parkının qarşısında məktəblilərin və yerli sənətkarların əl işlərindən ibarət Novruz bayramına həsr olunmuş sərgini, milli folklorumuzdan nümunələri, ədəbi-bədii kompozisiyaları və idmançıların nümunəvi çıxışlarını izlədilər.
Bayram tədbirini giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev il axır çərşənbə və Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi və hər kəsə ən xoş arzularını çatdırdı. 2009-cu ilin sentyabrında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən, 2010-cu ilin fevralında isə BMT Baş Assambleyasının 64-cü sessiyasında hər il martın 21-nin dünyada “Beynəlxalq Novruz Günü” kimi qeyd edilməsi ilə bağlı qərarını xatırladan cənab başçı baharın gəlişindən, təbiətin oyanışından xəbər verən bu bayramın dünyada yüz milyonlarla insan tərəfindən qeyd olunduğunu diqqətə çatdırdı. Bayram iştirakçılarının diqqətinə çatdırıldı ki, Ağstafa rayonu 2016-cı ilin ilk aylarında sosial –iqtisadi inkişaf, abadlıq-quruculuq və yenidən qurma işləri istiqamətində uğurlu nəticələrə nail olmuşdur. Bildirildi ki, Ağstafa şəhər 300 şagird yerlik uşaq musiqi məktəbinin tikintisi və Ağstafa mədəniyyət mərkəzin əsaslı təmir işləri başa çatdırılmışdır. Rayonun daxili imkanları hesabına Heydər Əliyev Mərkəzində yenidən qurma, əsaslı təmir və abadlıq işləri aparılmışdır. Ağstafa şəhərinin E.Qələmçəli və N.Kəsəmənli küçələri yenidən qurulmuş, hər iki küçədə müasir işıqlandırma dayaqları qoyulmuş, səkilərə dekorativ daş düzülmüş və yeni asfalt örtüyü salınmışdır. Cari ildə qarşıda duran məsələlərdən ətraflı bəhs edən cənab Məhərrəm Quliyev sakinləri bayram münasibəti ilə bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Tədbirdə yazın gəlişini bildirən bayram tonqalı yandırıldı. Novruz bayramı münasibəti ilə rayon icra hakimiyyəti tərəfindən rayonun şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əllilərinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylandı.

Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirildi.


Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib
Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib
Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib
Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib
Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib
Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib
Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:34 Ağstafada Novruz Bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi Ağstafada İlaxır çərşənbə günü və Novruz bayramı münasibətilə bayram konserti baş tutdu Ağstafa şəhər S.Vurğun adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibəti ilə geniş bayram tədbiri keçirilmişdir. Bayram şənliyində Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az