t s

» » “Eurovision”dan ermənilərə zərbə

“Eurovision”dan ermənilərə zərbə

16-02-2015, 19:46 Yazar:  Aygün Baxılıb: 775 Çap et
“Eurovision”dan ermənilərə zərbə

"Soyqırım"ın tanınması üçün çağırışların olub-olmadığı araşdırılacaq

“Eurovision” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi Ermənistanın bu il təqdim edəcəyi “Don't Deny” (“İnkar etmə”) mahnısında “erməni soyqırımı”nın tanınması üçün çağırışların olub-olmadığını araşdıracaq.

ANS PRESS xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq “Eurovision” Mahnı Müsabiqəsinin təşkilati işlər rəhbəri Sietse Bakker deyib.

S. Bakker “Don't Deny” mahnısının “erməni soyqırımı” iddialarına həsr olunması barədə məlumatı şərh edərkən bildirib ki, Ermənistanın İctimai Televiziyası (AMPTV) həqiqətən sözügedən mahnını müsabiqəyə çıxaracağını elan edib:

“Lakin bildiyimə görə, onlar bu mahnının soyqırımı məsələsi ilə əlaqəli olduğunu bəyan etməyiblər. Bu fikir mətbuat tərəfindən irəli sürülüb. Biz mahnını dinləyəcəyik və onun qaydalarla uyğun olub-olmadığını yoxlayacağıq. Çünki müsabiqədə heç bir siyasi bəyanatlar və jestlərə icazə yoxdur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:51 Norveç parlamenti qarşısında Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Norveç parlamentinin binası qarşısında mitinq təşkil edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada hər iki təşkilatın
09:02 Böyük Qarabağ açılımına aparan yeganə yol – təhlil “Cəmi bircə rayon və... ”; Dağıdıcı müharibə ehtimalının sfırlanması, konfliktin həllində kardinal irəliləyiş, Ermənistanın izolyasiyadan, dilənçi durumdan və labüd çöküşdən çıxması indi müstəsna olaraq işğalçı ölkənin öz iradəsindən asılı duruma gəlib; zaman artıq heç kimə işləmir, elə Rusiyaya
01:21 Broylerə məğlub olan “Cücələrim" - ARAŞDIRMA Bəstəkarlar uşaq musiqisi bəstələməyə niyə normal şeir tapa bilmirlər? Gəlin, ən məşhur uşaq mahnılarından bir neçəsini xatırlayaq: məsələn, mənim ağlıma ilk gələn məşhur “Cücələrim” oldu. Daha sonra “Kukla”, “Oynaq topum”, “Kim sevirsə idmanı”, “Mən baharın qızıyam” və s. Son illərdə uşaq
19:15 Ermənilər yaxın vaxtlarda sui-qəsdlərin və həbs dalğasının şahidi olacaq Ermənistanda savaş başladı Ermənilər ölkədə yaxın günlərdə həbs dalğası və cinayət təqiblərinin şahidi olacaq. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı yazır. Bildirilir ki, prezident Serj Sarkisyan və müxalifət arasında mübarizə artıq siyasi
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az