t s

» » Qubada da təhsil özbaşına buraxılıb... - Nazirlik bunları bilirmi?

Qubada da təhsil özbaşına buraxılıb... - Nazirlik bunları bilirmi?

4-03-2015, 09:18 Yazar:  Aygün Baxılıb: 582 Çap et
Qubada da təhsil özbaşına buraxılıb... - Nazirlik bunları bilirmi?Pedaqogika insan fəaliyyyətinin bəlkə də yeganə sahəsidir ki, bu sahədə səhvlərə yol vermək ən azı mənəvi-əxlaqi baxımdan qəbuledilməz sayılır. Özünü böyük bir pedaqoji kollektivə əvəzolunmaz rəhbər gözündə görənlərin əməllərində gərək xeyirxahlıq, səmimiyyət, ən əsası, müəllim məsuliyyəti olsun. Əks halda heç bir vəchlə belələrini gənc nəslə nümunə göstərmək olmaz.

DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, Quba Sosial-İqtisadi kollecin direktoru Laçın Səfərəliyev əlbəttə, bir ağsaqqal təhsil işçisi kimi el arasında hörmətə malik adamdır. Laçın müəllim 20 ilə yaxındır ki, Quba Sosial-İqtisadi kollecinə rəhbərlik edir. Əvvəllər kənd təsərrüfatı yexnikumu kimi fəaliyyət göstərmiş bu orta ixtisas təhsili müəssisəsi Quba və ətraf rayonlar üçün kənd təsərrüfatı sahəsində mütəxəssislər hazırlayırdı. Bu gün kollecin fəaliyyətinin əsas istiqamətləri müasir tələblərə cavab verən bir təhsil ocağının formalaşdırılmasına bağlıdır. Çünki, hər yerdə peşəkar mütəxəssislərə böyük ehtiyac var. Bəs, görəsən, direktor Laçın Səfərəliyev qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyi bacarırmı? Kolleclə bağlı bizi bilgiləndirən mənbə suallarımızı cavablandırarkən kollecdə təhsilin və ümumilikdə kadr hazırlığının aşağı səviyyəsinə diqqətimizi yönəldərək, bu sahədəki boşluqlardan danışdı. Söhbət əsansında üzə çıxan bir sıra məsələlərdən agah olduq. Eşitdiklərimizdən sonra Laçın müəllimin nə qədər gec deyil, üzüsulu "pensiya" məsələsinin həllinə nail olmasını arzuladıq. Kolleci yaman günə qoymuş "qaydalardan" bəzilərini diqqətinizə çatdıra da bilərik. Uzun illər rəhbərlik etdiyi təhsil ocağını "özününkü" saymağa vərdiş eləmiş direktorun nədənsə özünü kollecdə açılmış imtahan bazarından xəbərsiz aparması barədə məlumat bizi məyus etdi. Müsahibimizin söylədiyinə görə, kollecdə imtahanlarda baş alıb gedən pul yığımlarına artıq tələbələr öyrəşib. Bundan əlavə, bəzi ixtisaslar üzrə tələb olunan təcrübənin keçilməsi və müvafiq kurs işinin təhvil verilməsi də necə deyənlər, kommersiyalaşdırılıb. Ümumi "preyskuranta" nəzər saldıqda tələbələrn halına yanmaqdan özgə yolumuz qalmadı. Özünüz fikirləşin kollecdə müəllimləri tələbələrlə "pul-pul" oynamağa məcbur edən nədir, kimdir və nəhayət, hansı səbəblərdi? Bu sualı ortaya qoymaqda özümüzdən "amerika" açmırıq. Sadəcə diqqəti ona yönəltməyə çalışırıq ki, ağsaqqal drektor əslində, kollecdə tələbə-müəllim münasibətlərini açıq şəkildə kommersiyalaşdırmaqla əməlli-başlı risqə getdiyinin fərqinə varmır. Digər tərəfdən haqqında qəzən belə söz-söhbətlərin fonunda qaxili sarsıntılara məruz qalmış kimi görünür. Bəlkə kollecdəki real vəziyyətdən təhsil naziri Mikayıl Cabbarovun xəbərsiz olduğuna arxayındır? Səlahiyyətlərinin bir hissəsini müavini Səməndər Abbasovun ixtiyarına verən direktorun işindən arxayın görünməsi yalnız aldadıcı mənzərə təsiri bağışlayır. Bildirilir ki, kollecdə başlı-başına buraxılmış təlim-tədris prosesi kadr hazırlığı imkanlarını sıfra endirən ciddi məqamlardan bəlkə də ən əsasıdır. Bu fonda baş verən maliyə pozuntularının sorağı isə, eşitdiyimizə görə, artıq Təhsil Nazirliyindən gəlir...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:39 Beyləqan təhsilində icra başçısına söykənən maliyyə maxinasiyaları - bir məktəbdə pullar necə mənimsənilir... Təhsil Nazirliyinin (TN) tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin acınacaqlı durumu göz qabağındadır. Qeyd edək ki, təhsilin bu sahəsinin inkişaf etdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və orta məktəbi yarıda saxlayıb peşə təhsilinə yiyələnmək istəyən şagirdləri
01:12 Mingəçevir Turizm Kollecində korrupsiya Əyyub Əyyubovun rüşvət mexanizmi mərkəzləşdirilmiş qaydada aparılır… Dövlətimiz rüşvət adlı bəlanı var qüvvə ilə qamçılamaqdadır. İl başlayandan gündəmə gələn antikorrupsiya tədbirləri bir çox korrupsiyaya qurşanmış məmurların əllərini boşa çıxardıb. İndi intizarla köks ötürməkdən savayı
16:28 Qəbul və buraxılış imtahanlarının keçirilmə vaxtları açıqlandı - TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komssiyası növbəti tədris ili üçün ali təhsil səviyyəsi üzrə qəbul imtahanları və orta məktəblərin buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə: - ərizə qəbulu - 03 - 12
00:32 Gəncə Tibb Kollecində anarxiya Niyazi İbrahimov kollecdə rüşvət sistemi qurub Gəncə Tibb Kolleci ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətdə bildirilir ki, Niyazi İbrahimovun direktoru olduğu Gəncə Tibb Kollecində artıq indidən yay imtahan sessiyası üçün “yığım kampaniyası”na açıq şəkildə start verilib. Şöbə
11:34 Bir kollec rəhbəri ilə bağlı şok ittihamlar: Astara təhsilində rəzalət – Cəmiyyət sədri nələri açıqladı... Redaksiyamıza “Astara Yeni Nəsil ziyalılar cəmiyyəti”nin sədri Əsəd Əliyevin imzası ilə ilginc faktların yer aldığı bir məqalə göndərilib. DİA.AZ bildirir ki, həmin məqalədə Astara pedaqoji kolleci ilə bağlı konkret ittihamlar səsələndirilib. Və bəri başdan bildiririk ki, qarşı tərəfin də sözügedən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az