t s

» » Türkiyə Azərbaycan üçün güzəşti ləğv edəcək?

Türkiyə Azərbaycan üçün güzəşti ləğv edəcək?

9-03-2016, 09:47 Yazar:  Günel Baxılıb: 222 Çap et
Türkiyə Azərbaycan üçün güzəşti ləğv edəcək?“Prosedurlar mürəkkəbləşəcək”.

Türkiyə 89 ölkə ilə həyata keçirdiyi viza razılaşmasını ləğv edə bilər.

Mediaxeberleri.az xəbər verir ki, Türkiyənin “Milliyyət” qəzeti yazır ki, iyunda həmin ölkələrlə razılaşdırılmış viza qaydalarına yenidən baxılacaq.

Avropa Birliyi ilə razılaşma çərçivəsində Türkiyə vətəndaşlarının Şengen bölgələrinə vizasız gediş-gəliş proseslərini sürətləndirmək qərarı verilib. AB-nin qapılarının Türkiyənin üzünə açması üçün şərtlərdən biri də Ankaranın 89 ölkə ilə viza rejiminə yenidən baxmasıdır.

Son illərdə həm turizmi, həm də ticarət əlaqələrini canlandırmaqdan ötrü Türkiyə Yaxın Şərq, türk dövlətləri, keçmiş sovet respublikaları ilə viza rejimini qaldırmışdı. Həmin ölkələrdən biri də Azərbaycan idi. Qısa müddətə (1 aylıq) qonşu ölkəyə gedən azərbaycanlılara yalnız bilet almaq lazım idi.

İndi Türkiyənin viza rejimini tətbiq edəcəyi gözlənən ölkələr arasında Azərbaycanın da adı çəkilir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu azadliq.org-a bildirib ki, əgər Azərbaycan da vaxtında Türkiyəyə qarşı viza rejimini aradan qaldırsaydı, indi bu məsələ o qədər aktual olmazdı:

“Düzdür, inanmıram ki, Türkiyə-Avropa Birliyi arasında əldə edilən saziş belə tezliklə icra edilsin. Amma tələb olsa, Türkiyə buna gedəcək. Əgər Azərbaycan vaxtında Türkiyə vətəndaşlarına viza rejimini ləğv etsəydi, bu məsələdə Azərbaycan istisna ola bilərdi. Avropa Birliyinin tələbi qarşısında artıq Türkiyə hakimiyyətinin əlində arqument olacaq ki, onsuz da Azərbaycan da onun vətəndaşlarına viza tətbiq edir”.

Ekspert hesab edir ki, viza rejiminin bərpası turist və ticarət əlaqələrinə təsir edəcək. O ümid eləyir ki, Türkiyə, ən yaxşı halda, Azərbaycan vətəndaşlarının pasportuna hava limanlarında viza vuracaq:

“Əksi olsa, biz əvvəlki illərdəki kimi, Türkiyənin Azərbaycanın səfirliyində böyük “quyruqlar” görəcəyik. Viza alan zaman növbələrdə dayanmalıyıq, açıqlama verməliyik ki, niyə gedirik, nə müddətə gedirik, prosedurlar mürəkkəbləşəcək”.

Elxan Şahinoğlu deyir, azərbaycanlılar üçün Türkiyə vacib ölkədir:

“Azərbaycanlılar Türkiyəyə gəzməyə, alış-verişə, həkimə, iş dalınca gedirlər. Adətən, bu kateqoriyaya mənsub insanlar Türkiyədə bir aydan artıq qalmırlar və bunun üçün viza lazım deyil. İndi viza rejiminin tətbiqi həm maliyyə, həm də vaxt itkisidir. Viza üçün müəyyən sənədlər tətbiq etməyə ehtiyac yaranacaq”.

O vurğulayır ki, Gürcüstan Türkiyənin strateji müttəfiqi olmadığı halda iki ölkə vətəndaşları bir-birinə, sadəcə, şəxsiyyət vəsiqəsi ilə gedə bilirlər. Elxan Şahinoğlu deyir ki, bəlkə də Azərbaycanı viza rejimindən xilas etməkdən ötrü rəsmi Bakının Türkiyəyə qarşı viza rejimində dəyişiklik etməsinə fürsət yaranıb.

Türkiyənin Turizm Nazirliyinin məlumatına görə, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan qonşu ölkəyə bir milyona yaxın adam gedib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:37 AXCP-nin anti-böhran paketinə dəstək Partiya böhrandan çıxış yollarını göstərir Natiq Cəfərli: “Turizmi inkişaf etdirmək üçün viza rejimi sadələşdirilməlidir” Vüqar Bayramov: “Qonşu ölkələrdə turizmin inkişafına birbaşa dövlət dəstəyi var” Fəxrim Əbdüləzimov: “Müalicəvi istirahət və sağlamlıq mərkəzlərinə xüsusi diqqət
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az