t s

» » Dünyada hər doqquz insandan biri gecələr ac yatırsa...

Dünyada hər doqquz insandan biri gecələr ac yatırsa...

7-03-2016, 10:25 Yazar:  Günel Baxılıb: 996 Çap et
Dünyada hər doqquz insandan biri gecələr ac yatırsa...Ac qalmanın faydaları və fəsadları barədə bilmədiklərimiz.

Son aylar dünya mətbuatında ən sevilən mövzu, heç şübhəsiz ki, yaxınlaşmaqda olan yaz aylarına hazırlıqdır. Xüsusən də qadınlar qış ayları boyunca aldıqları çəkidən xilas olmaq üçün aclığa, dietaya başlayıblar. Biz də budəfəki yazımızda aclıqdan danışacağıq. Xüsusən də devalvasiya dalğasının bizi gündən-günə, daha çox udduğu bu günlərdə insanların aclıqla imtahana çəkilməsi tendensiyasını...

Birləşmiş Millətlər Təşkilatının (BMT) ərzaq və kənd təsərrüfatı təşkilatı FAO, dünyadakı ac insan sayının 800 milyondan 795 milyona düşdüyünü açıqlayıb. BMT hesablamalarına əsaəsən, bu gün dünyada hər doqquz insandan biri aclıqdan əziyyət çəkir.

Qeyd edək ki, təbii fəlakətlər, aviaqəzalar, siyasi mübarizələr və daxili qarşıdurmalar səbəbilə 24 Afrika ölkəsinin 1990-cı ildən bəri iki qat qida böhranı ilə üz-üzə qaldığı səsləndirilib.
Dünyada ac insanların faizinin 1970-ci ildə 30% -dən (o dövrdə dünya əhalisinin sayı 3,7 milyard təşkil edirdi) hazırda 15%-dək azalmasına baxmayaraq (7,2 milyard dünya əhalisi ilə), ərzağın müxtəlifliyi və qidalı olması baxımından narahatlıq mövcuddur. Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (ƏKT) qiymətləndirməsinə görə 30% (2 milyard insan) “gizli aclıqdan” əziyyət çəkir. Bu o vəziyyətdir ki, insanlar kifayət qədər kalori alır, lakin vitamin və mineralın miqdarı isə kifayət qədər olmur. Aqrosənaye kompleksi kənd təsərrüfatı bitkilərində olan qidalı maddələri azalda və bununla da gizli aclıq riskinin yaranmasına səbəb ola bilər. Hazırkı hesabatın gizli aclığa dair 2-ci Çağırışı gizli aclığın qarşısının alınması üçün beynəlxalq qiymətləndirməni təqdim edir. Dünya əhalisinin təxminən səkkiz nəfərindən biri xroniki olaraq doyunca yemək yemir. ƏKT kənar ərzaq yardımına ehtiyacı olan 35 ölkənin adını çəkir və ÜƏP 73 ölkədə 90 milyondan yuxarı insana ərzaq yardımı göstərir.
Yarımacların yarısını uşaqlar təşkil edir
BMT-nin məlumatına əsasən, hər gün dünyada 18 min uşaq aclıqdan və doyunca yeməməkdən tələf olur. 850 milyon insan isə yarımac yaşayır. BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru, amerikalı maliyyəçi Ceyms Morris bildirir ki, son illər bütün dünyada aclıq çəkənlərin nisbəti azalsa da (1/5-dən 1/6-na enib), əhali artımı ucbatından ac qalanların mütləq sayı hər il 5 milyon adam artır: “850 milyon yarımac insandan yarısını uşaqlar təşkil edir. Ac qalan uşaqların ən çoxu Hindistan (100 milyondan çox) və Çindədir (40 milyon). Aclıq çəkənlərin daha 100 milyonu Asiya və Afrikanın başqa ölkələri, təxminən 30 milyonu isə Latın Amerikasındadır. 21-ci əsrdə bu rüsvayçı problemi nəhayət ki, həll etmək lazımdır”.
Şişmanlar və süfrəyə gəlmədən zibilliyə atılan qidalar
1.5 milyard insan ifrat şişmanlıqdan əziyyət çəkir, 1 milyard 300 milyon ton qida israf edilir. İstehsal edilən qidanın üçdə biri süfrəyə gəlmədən zibilliyə atılır. ABŞ-da hər il istehsal edilən qidaların 40%-i, Avropada isə 100 milyon ton yemək istehlak edilmir. Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrdə zibilliyə atılan qidalar dünyada acından ölən insanların 15 mislini doyduracaq səviyyədədir. Əgər bu cür qeyri-bərabər paylanmalar olmasaydı, dünyada insanların aclıq problemi olmaya bilərdi. İnsanlar bir-birinə sevgi, mərhəmət, qayğı ilə yanaşaydılar, uşaqlar aclıqdan ölməzdi. Sahib olduğunu paylaşmaq, yalnız öz mənfəətlərini düşünməmək və dolayısilə, vicdanla yanaşmaq...

Aclıqla müalicə - qısa müddətlisi də var, uzun müddətlisi də...
Amma aclığın sosial bəla olması ilə yanaşı, onun bəzi xəstəliklərə dərman olması da faktdır. Ta qədimdən bəlli olan aclıqla müalicə metodu - ən sürətli, ən təsirli və tamamilə müftə müalicə metodudur. Aclıq keçirən insanın bədəni şlaklardan, toksik materiallardan (zəhərdən) və artıq ətdən təmizlənir, hüceyrələri xeyli dirçəlir və cavanlaşır. Bu da bütün orqanizmin cavanlaşmasına və təkmilləşməsinə gətirib çıxardır. İnsanın həm cismi təzələnir, həm də ruhu.
Aclıqla müalicə mikrobları və bakteriyaları kütləvi şəkildə qırır və bədənin immun sistemini gücləndirir. Aclıqla müalicə iki cür olur: qısa müddətli və uzun müddətli. Qısa müddətli aclıq 3-10 sutka çəkir, uzun müddətli aclıq isə 10 sutkadan yuxarı olur. Nə qədər ac qalmaq olar? Dünyada aclıqla müalicənin atası sayılan Amerika naturopat alimi Herbert Şelton 30. 000 nəfərdən çox xəstəni, o cümlədən, xərçəng xəstələrini sağaldıb və öz xəstələrindən birini 96 sutka, bir neçəsini 70 sutka, əksəriyyətini isə 30-40 sutka ac saxlayıb.
Digər ABŞ naturopat alimi Pol Breqq isə həftədə 1 sutka, bundan əlavə, ayda 3 sutka, bundan əlavə rübdə 7-10 sutka ac qalırdı. 16 yaşda ikən 9 “çarəsiz” dərdə mübtəla olan bu adam sonradan dünyanın ən sağlam və ən güclü bir sakininə çevrildi, düz 95 il gənc qaldı, xəstəlikdən yataqda deyil, okeanda serfinq sürərkən qəzadan həlak oldu.

Aclıqla müalicə 2 tərkib hissədən ibarətdir: 1) aclıq keçirilən günlər. 2) aclıqdan çıxmaq vaxtı. Aclıq vaxtı mütləq distilə edilmiş və ya qaynamış su içmək lazımdır - ilıq şəkildə və qurtum-qurtum. Bu vaxt ayaqları və bədəni soyuqdan qorumaq çox vacibdir. Gəzinti (açıq havada) faydalıdır. Aclıq keçirən adam əsəbi olur, ona görə də onu qıcıqlandıra biləcək hər şeydən və hər kəsdən uzaq olmalıdır. Yaxşı insanlarla və yaxşı musiqi ilə təmasda olmaq müsbət emosiya yaradır. Aclıqdan çıxarkən bir vacib şərtə əməl etmək zəruridir: aclıq günlərinin sayı qədər pəhriz saxlamaq, yəni əsasən, meyvə-tərəvəz şirələri içmək, tərəvəz salatı, qoz, fındıq, badam və tumlar yemək. Bu tələbi yerinə yetirməyən adam çəkdiyi zəhməti puç edə bilər.
Nə qədər çox daxilən təmiz olmayan orqanizm qidalandırılırsa, o qədər də çox ona ziyan verilir. Ac qalmaqla orqanizmi təmizləmək mümkündür. Bu üsul hələ qədim zamanlardan insana məlumdur. Pifaqor, Sokrat, Platon sistematik surətdə ac qalmanı tətbiq edirdilər. Qidanın həzm edilməsi prosesi zamanı qanın çox hissəsi qarın boşluğundakı daxili orqanlara cəlb olunur. Ac qalma zamanı isə qan oradan çəkilir və toksinləri, xəstəlik törədən mikrobları məhv edib onları orqanizmdən xaric edir. Bəzən, sadəcə olaraq bir-iki gün ac qalmaq kifayət edir. Heyvanlar ac qalmanı müalicə üsulu kimi tətbiq edir. Xəstə inək ot yeməyi dayandırıb bir gölməçənin qırağında uzanıb hərdən bir su içir. Beləliklə, bir-iki gün ac qalmaq və doyunca su içməklə inək özünü sağaldır.
Qısa müddət ərzində ac qalmaq sağlam adamlar üçün də xeyirlidir, çünki ac qalma həzmə sərf olunan əlavə enerjini azad etməyə imkan verir. Ac qalma zamanı fərdi ehtiyaca uyğun doyunca su içmək lazımdır. Qəbul olunan su toksinləri, xəstəlik törədən mikrobları, onların həyat fəaliyyəti nəticəsində əmələ gələn tullantıları orqanizmdən xaric edir. Qədim mətnlərə görə, yaşa dolmuş kişilər və qadınlar ay təqvimi ilə 11-ci gündə, bədrin və təzə ayın ikinci yarısının günlərində ac qala bilər.
Ac qalan insanın qanı soyuyur və...
Ac qalmanın təsiri terapevtik effektlə hüdudlaşmır, onun metafiziki aspekti də var. Ac qalma qanı “soyudur”. “İsti qan” emosiyalara aid olan daxili düşmənləri - şəhvəti, hirsi, tamahkarlığı, paxıllığı, qorxunu qıcıqlandırır. “Qanın soyuması” insanın şüurunu sakitləşdirir, tarazlaşdırır və meditativ təcrübələr aparıldıqda onun böyük köməyi olur.

Zəif və əldən düşmüş adamlara tam aclıq etmək olmaz. Bu məhdudiyyət həm də uşaqlara (18 yaşına qədər) və qocalara aiddir. Onlar o günlər ərzində müalicə məqsədilə asan həzm olunan yeməklər, çiy meyvələr (yemiş, banan və s.) və təbii meyvə şirələri qəbul etməlidir. İştahası olmayan, revmatizmə, həzm pozuntusuna və ya hipertoniyaya məruz qalan adamlar həftədə bir gün ac qalmalıdır.

Ac qalmaq istəyən adamlar özlərini qabaqcadan psixoloji cəhətdən hazırlamalıdır. Onlar inanmalıdırlar ki, bu prosedurdan sonra orqanizm zəhərlərdən, şlaklardan azad olunacaq, xəstə orqanlar sağalacaq, onların bədəninə sağlamlıq, güc, cavanlıq qayıdacaq. Ac qalma zamanı adi gün rejimini dəyişməyə də bilərsiniz. Ac qalma zamanı təbiətdə, sakit yerdə, təmiz havada çox olmağa məsləhət görülür. Enerjiyə qənaət etmək məqsədilə yoqlar susmaq (mauna) məsləhət görür (heç olmasa, ayda bir dəfə) ki, bu da Sizin enerjinizə qənaət edəcək.

Ac qalma zamanı insan öz bədənində yüngüllük hiss edir, onun beyninə aydınlıq gəlir, əli-ayağı isə bir qədər soyuyur. Belə soyuma orqanizmdə qanın daha qənaətli paylanması və istiliyin əmələ gəlməsinin azalması ilə bağlıdır. Bunun qarşısını almaq məqsədilə soyuq günlərdə əyninizə isti paltar geyin.

Ac qalmanın əsas şərti gündə 10-12 stəkan təmiz çiy su içməkdən ibarətdir. Bu miqdarda su içmək şərti yerinə yetirilmirsə, hətta qısa müddət ərzində aparılan ac qalma öz mənasını itirir, çünki orqanizm maddələr mübadiləsinin məhsulları ilə zəhərlənə bilər. Bundan başqa, ac qalma üsulunu başa çatdırdıqdan sonra siz yoqların pəhrizinə riayət etməlisiniz. Ac qalma nəticəsində orqanizm təmizlənir, əgər Ssz ondan sonra ət, quş, balıq, yumurta, piy, acıtma ilə hazırlanmış un məmulatları, şəkər və alkoqol qəbul edirsinizsə, sonda mənfi nəticələr alacaqsınız. Yoqlar hər həftə qısa müddət (24 və ya 36 saat) ərzində ac qalmağı təklif edir. Uzunmüddətli ac qalmanı yalnız təcrübəli müəllimin nəzarəti altında etmək olar.
36 saatlı (bir gün və iki gecə) ac qalma belə aparılır: axşam yüngül qida qəbul edin, sonra bir gün ərzində qida qəbul etməyin, yalnız otaq temperaturunda su için (gündə 10-12 stəkan). Günün axırında tüpürcəyinizi udmursunuz (tüpürürsünüz), çünki onun tərkibində çoxlu toksinlər var. 36 saat keçəndən sonra səhər çiy meyvə və tərəvəz (alma, kök, kələm və s.) yeyin. Heç olmasa, bir gün belə qayda ilə qida qəbul edin.

24 saatlı ac qalmanın 36 saatlıdan fərqi ondadır ki, Siz axşam qida (meyvə, meyvə şirəsi və tərəvəz) qəbul edirsiniz. Qalan xüsusiyyətlər 36 saatlı üsulda kimidir.

Həftədə bir dəfə ac qalmağa adət etmək lazımdır. Əvvəlcə ayda 1 dəfə, növbəti ayda 2 dəfə, sonrakı ayda 3 dəfə və, nəhayət, (ömür boyu) həftədə 1 dəfə davam etdirmək lazımdır. Ac qalma zamanı bir az yoqa tənəffüsü (pranayama) ilə məşğul olmaq effektlidir. Ac qalma sizə pis təsir edirsə, onda bu üsulu tətbiq etməyin.

Bəzi entuziastlar ac qalma zamanı bağırsağı imalə ilə təmizləmək (basti) təklif edirlər, yoqlar isə bunun əleyhinədir. Bunun əvəzinə ac qalmadan bir gün qabaq yekparə dənli bitkilərin sıyığını, meyvə, tərəvəz, qoz, fındıq yeyin və bilavasitə üsul etdiyiniz gün lazımi qədər su için.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
13:03 11 yaşlı qızın QAN DONDURAN DRAMI: “Hər gecə dəhşət filmləri göstərirdilər” Sizə insanların uğur hekayələrini təqdim edəcəyik. Bilirəm, uğur hekayəsi adı altında çox tanınmış insanların övladları və ya nəvələri ilə tanış olmusunuz. Biz o layihələri davam eləməyi düşünmürük. Bizim qəhrəmanlar həyata uğursuzluqla başlayanlar, valideynlərinin adı rastlaşdıqları qapıları
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az