t s

» » “XAN LƏNKƏRAN”ın “ŞAH”ı və onun “ŞAHZADƏ"ləri - ARAŞDIRMA

“XAN LƏNKƏRAN”ın “ŞAH”ı və onun “ŞAHZADƏ"ləri - ARAŞDIRMA

7-03-2016, 08:59 Yazar:  Məmməd Məmmədov Baxılıb: 551 Çap et
“XAN LƏNKƏRAN”ın “ŞAH”ı və onun “ŞAHZADƏ"ləri - ARAŞDIRMAMəşhur ifadədə deyildiyi kimi: "Şah qanun deyil, qanun şahdır”.

Amma Lənkəran İcra Hakimiyyətini başçısı Taleh Qaraşov özünü tətbiq etdiyi qaydaları qanunlardan üstün tutur. Bəlkə də, o, elə düşünür ki, dövlət rəhbərliyi ona etimad göstərib bir rayona rəhbər təyin edirsə, deməli, onun dedikləri qanundur. Sanki o, şahdır. Yalnış düşüncədir, amma təəssüf ki, Tale Qaraşov bu yanlışını həqiqət kimi qəbul edir.

Mediaxeberleri.az Miq.az-a istinadən xəbər verir ki, daxil olan məlumatlar icra başçısının Lənkəranı öz xanədanı kimi qəbul edərək şahlıq etdiyini deməyə əsas verir.



Qaraşov "orta statistik vətəndaş” olmağı özünə sığışdırmır?..

Azərbaycanda hər bir icra başçısı aylıq əmək haqqı olaraq min manata qədər pul qazanır və bu məbləğ orta statistik vətəndaş üçün normal hesab oluna bilər. Maraqlıdır, bəs milyonluq villaları, avtomobilləri T.Qaraşov hansı pulla əldə edib? Görünür, Lənkəranın icra başçısı özünü "orta statistik vətəndaş” hesab etmir. "Axı özünü "ŞAH” elan etmiş bir şəxsdən min manata qane olmağı necə tələb etmək olar?”.
T. Qaraşovun həyat tərzi belə düşünməyə əsas verir.

İcra başçısı dövlətin dotasiyalarını Avropada kimlərə yedizdirir?

Misal üçün, bir müddət öncə xarici mətbuat Taleh Qaraşovun Çexiyada yüz min dollarla pulu necə xərcləməsindən yazdı.

"Taleh Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib. İcra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli "Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb. Ailənin təkcə otel xərcləri 251 min dollar olub”, - deyə məlumatda deyilirdi.

Qaraşovların Çexiyadakı "istirahətini” hesablamağa başlasaq, bəlkə də, bir milyon dollara yaxın pul edər. Min manat əməkhaqqı alan icra başçısının milyonluq istirahəti...

Dəhşətli detaldır, həm də ona görə dəhşətlidir ki, dövlət başçısının etimad göstərdiyi Taleh Qaraşov dövlət büdcəsindən ayrılan "dotasiyaları” öz şəxsi malı kimi xarici ölkələrdə sağa-sola xərcləyir.

Bu günlərdə Prezident İlham Əliyev respublikada bir neçə rayon istisna olmaqla, digər bütün rayonların büdcədən dotasiya aldıqlarını tənqid etmişdi. Və çox maraqlıdır ki, bu dotasiyalar hara və necə xərclənir?
Taleh Qaraşovun timsalında açıq qalan sualların birinə cavab tapmaq olar: milyonluq istirahətə, özü də Azərbaycanın gözəl güşələrinin birində deyil, məhz Avropada.

Dövlət büdcəsinin pullarını Avropada xərcləyən Taleh Qaraşovun "şahlığı” haqda məlumatlar bununla yekunlaşmır.

"ŞAH” və "şahzadələr”: Qaraşovların "karusel mexanizmi”


Miq.az-ın araşdırmalarına görə, faktiki olaraq, Lənkəran rayonunu Taleh Qaraşov yox, onun övladları idarə edir və onlar özlərini rayonda "şahzadə” kimi aparırlar.

Seymur Qaraşov: Taleh Qaraşovun bu oğlu "Hacı” ləqəbi ilə məşhurdur. Rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə o nəzarət edir. Taleh Qaraşovun qurduğu mexanizma dövlət büdcəsindən ayrılan dotasiyaların hara xərcləndiyinə dair sualların daha birinə cavab verir. Qaraşovların mexanizmi belədir: Seymur Qaraşovun himayədarlığı ilə rayonda şirkət yaradılıb və rayonda görülən işlərlə bağlı elan edilən tenderləri məhz bu şirkət "udur”. Beləliklə, dövlət büdcəsindən ayrılan pullar başqasının əlinə keçmədən, karusel əməliyyatı kimi yenidən Qaraşovların cibinə qayıdır.

Qaraşovların cibi rayonun faktiki rəhbəri – "şahzadəsi” olan Seymurun icra başçısının müavinləri (faktiki olaraq öz köməkçiləri) ilə birlikdə rayon mərkəzində inşa olunan yeni bazarda mağazaları satmaqla dolur. Rayon sakinləri onu səhər "Lexus”, günün ikinci yarısı isə "Porse” markalı avtomobildə görməyə adət edib.

Mətbuatda Qaraşovlar haqda yazılanlarda fraqment: "Lənkərandakı Gənclər Mərkəzinin mülkiyyətçisi kimi adı keçən başçı oğlu Seymur Qaraşov mülkiyyətində olan həmin mərkəzə icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin oğlunun rəhbər təyin edilməsi nəzərdə tutulub. Daha doğrusu, başçının müavininin bu məqsədlə 30 min dollarından keçdiyinə dair iddialar var. Dövlət vəzifələrinin pulla satışı təcrübəsini Lənkəranda geniş yayıldığı bildirilir ki, bu siyahıda da ilk yeri kənd icra nümayəndəlikləri tutur. Kəndin əhalisinin sayı və sosial vəziyyətindən, torpaq sahəsindən asılı olaraq bu vəzifəyə təyinat 10 min manatdan başlayır”.

Beləliklə, Qaraşovların Çexiyada milyonluq istirahəti, "Porse”ləri, "Lexus”ları, villaları və daha nələrinin necə əldə edildiyi aydın olur.

Taleh Qaraşovun ikinci "şahzadəsi” isə digər oğlu Vüsal Qaraşovdur: O, Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşıdır. Lakin atası icra başçısı olan "ikinci şahzadə” polis maaşına qane olarmı? Əlbəttə, yox. Faktlar da belə deyir...

Lənkəranda xanədan quran Qaraşovlar caynaqlarını digər rayonlara da uzatmaqdan çəkinmir. Belə ki, Vüsal Qaraşovun Beyləqan rayonunda yeni tikilən bazarı 600 min manata alan iş adamı İlham Qasmovun ortağı olduğuna dair informasiyalar yayılıb. Və Qaraşovlar bu ortaqlıq üçün nə az, nə çox, düz 300 min manatlarından keçməli olublar. Amma hər şey bununla da bitmir.

Məlumatlara görə, İlham Qasımovla icra başçısının polis oğlu Türkiyədə şərikli biznesə sahibdirlər. Həmçinin, ortaqlar paytaxtın Nəsimi rayonunda hündürmərtəbəli bina tikintisini də həyayata keçirirlər. Belə görünür ki, Qaraşovlar dövlət büdcəsindən mənimsədikləri pulları ortaqlarının üzərindən "yuyub”, şəxsi vəsaitə çevirirlər. Bu, "büdcədən verilən dotasiyalar hara xərclənir” sualının daha bir cavabıdır. Daha konkret desək, Taleh, Seymur və Vüsal Qaraşovlar "üçlüyü” dövlət büdcəsininin pullarını "Lənkəran üçbucağında” belə yoxa çıxarır.
Halbuki Prezident İlham Əliyev çıxışlarında dəfələrlə məmurlara "xalqa xidmət edin” deyə səslənib. Hətta dövlət başçısı, "prezident xalqın xidmətçisidir, məmur da xalqın xidmətçisi olmalıdır” deyə bildirib.
Görünür, Qaraşovlar "xidmətçi” yox, "ŞAH” olmaq istəyir və özlərini onlara etimad göstərən dövlət rəhbərindən daha üstün tuturlar.

Araşdırmalarımıza görə Lənkəran sakinləri Taleh Qaraşov haqqında tez-tez bu ifadəni səsləndirirlər: "Xan Lənkəran”ın şahı... Maraqlıdır, Azərbaycanın gözəl guşələrindən və böyük şəhərlərindən biri olan Lənkəran XXI əsrdə "xanlıqlar dövrü”nə qayıdır. Amma şübhə etmirik ki, ölkəni feodal qaydalarla idarə edən məmurlar ölkə başçısının dediyi kimi cəzasız qalmayacaqlar. Bunu da unutmayaq ki, tarix hər kəsə layiq olduğu qiyməti verir...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:42 Lənkəranda ara qarışır: - İcra başçısı və oğlanlarının özbaşınalığına görə - ŞOK FAKTLAR “Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq
11:04 Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı…Qənirə Paşayeva Lahoru seyr etmək və sonra da sakit bir guşəyə çəkilib təəssüratlarını kağıza köçürmək təkcə bir səfər boyunca görüb-anlaya bildiklərini bir araya gətirmək deyil ki! Gərəkdi 1588-ci ilin dekabrında bu şəhərdə müsəlman müqəddəsi Həzrət Mian Mir Ci tərəfindən əsası qoyulan harmandir Sahib daşını əldə
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az