t s

» » Lamiyənin ata evi satışa çıxarıldı

Lamiyənin ata evi satışa çıxarıldı

16-02-2015, 19:06 Yazar:  Aygün Baxılıb: 1385 Çap et
Lamiyənin ata evi satışa çıxarıldıHəbsdə uşaq doğan Lamiyə Quliyevanın evi satışa çıxarılıb.

Mediaxeberleri.az xəbər verir ki, axar.az-ın əldə etdiyi məlumata görə, məhkumun anası Kifayət Quliyeva Şəmkirdə bacısı ilə birgə yaşadığı evi satır. Lamiyənin valideyni satacağı evin pulunu bacısı ilə şərik böləcək. Quliyevlər ailəsinin haraya köçəcəyi açıqlanmır.

Anası qızının və nəvəsinin azad olunacağına ümidlidir. L.Quliyevanın işinə fevralın 20-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Onun həbsdə nəzarətçini döyməsi ittihamı ilə 5,5 il cəza müddəti artırılıb.

2003-cü ildə Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirən Lamiyənin həbsi 2013-cü ildə bitib.

O, cinayəti namus üstündə törətdiyini deyib. Cinayətdə iştirakı olan Vüqar Əliyev isə azadlıqdan ömürlük məhrum edilib. Lamiyə həbsdə övlad dünyaya gətirməsi və uşağın necə və kimdən doğulması sualları ilə gündəmə gəlib.

ANS-ə son müsahibəsində Elnur Rəsulov adlı dustaqla görüşərək uşağı olduğunu desə də, məhkum onların görüşmədiyini, toxumlarını Lamiyəyə göndərdiyini qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:28 Aslan Aslanovun həbs siyahısı Müdhiş qətllə bağlı bir çox məqamlar üzə çıxıb. “Lamiyə işi” gündəmə gələn gündən az qala 1 aya yaxın vaxt ötür. Mediaxeberleri.az xəbər verir ki, “Yeni Müsavat” bu iş ilə bağlı növbəti materialı dərc edib. Həmin yazının bir hissəsini təqdim edirik. “2003-cü ildə Şəmkirin o vaxtkı icra başçısı
09:10 Qocayevin həbsi, “Yevlaxlı Alik” və Ənvər Mustafayev... Həbs edilən “Azərbalıq”ın sabiq prezidenti vaxtilə qalmaqallı bir məhkəmə prosesində əsas fiqurantlardan biri olub... Xəbər verdiyimiz kimi, “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
23:37 “Oğlumu süni mayalanma ilə doğmamışam” - Lamiyənin MÜSAHİBƏSİ - VİDEO Uzun müddətdir medianın əsas müzakirəsinə çevrilən Lamiyə Quliyevanın ANS-ə müsahibəsinin geniş hissəsi bu gün "Hesabat"da yayımlanıb. Lamiyə müsahibəsində oğlunu süni mayalanma ilə dünyaya gətirmədiyini bildirib. O qeyd edib ki, məhkum Rəsulov Elnur Məmmədrəsul oğlu ilə görüşüb və uşağın atası
14:10 Ağsuda evdə uşaq dünyaya gətirən qadın öldü Qadının dünyaya gətirdiyi oğlan uşağı sağdır. Ağsu rayonunda faciəvi hadisə baş verib. Mediaxeberleri.az-ın Lent.az-a istinadən məlumatına görə, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib. Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının
11:15 Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm “Uşağın atası toxumlarının müqabilində Lamiyədən pul almayıb”. Məhkum Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağının atası ailəlidir. Mediaxeberleri.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az