t s

» » Məşhurların 8 Mart gözləntiləri: “Hədiyyə almasa, onu öldürərəm”

Məşhurların 8 Mart gözləntiləri: “Hədiyyə almasa, onu öldürərəm”

6-03-2016, 16:29 Yazar:  Günel Baxılıb: 400 Çap et
Məşhurların 8 Mart gözləntiləri: “Hədiyyə almasa, onu öldürərəm”Məşhurlar 8 Martdan danışdılar: “Xanımım böhrana görə hədiyyə istəmir”
8 Mart Beynəlxalq Qadınlar Gününün gəlişinə sayılı günlər qalıb. Qadınların əksəriyyəti bayramda hədiyyə almaq istəmədiklərini bildirsələr də, hər xanımın kiçik diqqətə ehtiyac duyduğu danılmazdır. 8 Mart ərəfəsində hədiyyə, geyim və gül mağazalarında yaşanan canlanma da günlər öncədən bayram əhval-ruhiyyəsini yaradır. Bəs 8 mart barədə məşhurlar nə düşünür?

Mediaxeberleri.az şou-biznes əhli arasında sorğu keçirib və kişi məşhurların bayram planlarını, qadınların isə hədiyyə arzularını öyrənib.

Meyxanaçı Namiq Qaraçuxurlu qeyd edib ki, həyat yoldaşına sürpriz etmək bəy olaraq borcudur: “Sevgililər Günündə aktiv oldum, həyat yoldaşıma gözəl sürpriz etdim. Nədənsə 8 Martla bağlı planım yoxdur. Bayramın yaxınlaşması dünən yadıma düşüb. Düşünürəm ki, bəy olaraq xanımıma hədiyyə alıb, onu sevindirmək borcumdur. Məncə, bahalı hədiyyə almaqdansa , hansısa sürpriz etmək daha gözəldir”.

Teleaparıcı İlkin Həsəni sevdiyi xanımın hədiyyə istəmədiyini bildirib: ”Sevdiyim xanım deyir ki, böhranı nəzərə alıb və hədiyyə istəmir. Amma bu bayram xanımlara qarşı diqqətdir. Mən də onun ürəyincə olacaq hədiyyə almağa çalışacağam”.
Müğənni İlhamə Qasımova bu il həyat yoldaşından hədiyyə gözləmir: “Bu il hədiyyə istəmirəm. Həyat yoldaşımın qohumlarının səhhətində problemlər var. Başımız onlara qarışıb. Tək istəyim onların sağalmasıdır”.

Müğənni Səidə Sultan bildirib ki, sevdiyi şəxs ona hədiyyə almasa, reaksiyası sərt olar: “Sevdiyim şəxs yoxdur, ona görə hədiyyə gözləmirəm. Ailə quran xanımlara bayramlarda ya həyat yoldaşları, ya da qardaşları hədiyyə verir. Məndə ikisi də yoxdur. Ola bilər ki, mənə kişi dostlarımdan kimsə hədiyyə etsin. Sevdiyim şəxs olsa və mənə hədiyyə almasa, onu öldürərəm. Münasibətdə əsas olan hörmətdir. Kiçik hədiyyə ilə də olsa, kişi xanımını sevindirməlidir”.

Müğənni Elçin Cəfərov isə qeyd edib ki, bayramla bağlı plan qurmayıb: “8 Martda alacağımhədiyyə haqda düşünməmişəm. Hədiyyənin qabını özəl olaraq hazırladıram. Amma hədiyyə olaraq içinə nə qoyacağımı bilmirəm. Ziynət əşyası almayacağam, hazırlatdığım qab böyükdür, onun içini ziynət əşyası ilə doldurmaq üçün gərək hər şeyimi satım. Əsas gözəl hədiyyə almaqdır. Bahalı hədiyyə çox önəmli deyil. Təbii ki, maddi imkan yaxşı olsa, qiyməti yüksək olan hədiyyə alaram”.

Model Könül Əzizova qeyd edib ki, sevdiyi şəxslə yanaşı dostlarından da hədiyyə gözləyir: “Əvvəla xanımların bayramını təbrik edirəm, onlara qadın xoşbəxtliyi arzulayıram. Sevdiyim şəxs var, ondan və bir çox dostumdan hədiyyə gözləyirəm. Hədiyyənin böyüklüyü önəmli deyil. Əsas odur ki, düşünülüb ürəkdən gələrək alınsın. Bəzən imkanı böyük hədiyyələrə çatmayan insanlar elə kiçik sürprizlər edir ki, qadın xoşbəxt olur. Əsas xatırlanmaq və sevildiyini hiss etməkdir”

Müğənni Emil Bədəlov da bayramla bağlı plan qurmayan müğənnilərdəndir: “Həyat yoldaşıma hansı hədiyyəni alacağımı bilmirəm. Hər qadın kimi o da hədiyyələri sevir. Düzünü deyim ki, yoldaşım gül-çiçəyi çox xoşlamır. Hədiyyə seçə bilməsəm, özündən sorucağam”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
23:27 “İnsanilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 37-ci il “İnsanilik” Bayramında deyilmiş fikirlər Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 14 Günəş Ayı, 37-ci ildə (mart, 2015) Qutsal “İnsanilik”Bayramını həyata keçirdi. (Bildirək ki, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Borçalıda
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az