t s

» » Bu xəbərdən sonra broyler toyuqları yeməyəcəksiniz - VİDEO

Bu xəbərdən sonra broyler toyuqları yeməyəcəksiniz - VİDEO

6-03-2016, 14:32 Yazar:  anar Baxılıb: 239 Çap et
Bu xəbərdən sonra broyler toyuqları yeməyəcəksiniz - VİDEOBir neçə gündür sosial şəbəkələrdə yer alan video insanların müzakirə mərkəzinə çevrilib.
Mediaxeberleri.az ANS PRESS-ə istinadən verdiyi məlumata görə, videoda broyler toyuğu məlum olmayan məhlula salınır və nəticədə toyuq köpüklü plastik kütləyə çevrilir. Videoda danışan şəxs bildirir ki, o, toyuğu ozonator aparatına salır və nəticədə əriyərək, rezinəbənzər hala düşür. Görüntüdə o da qeyd olunur ki, insanlarda xərçəng xəstəliyinin başlıca əmələgəlmə səbəbi də elə məhz budur.
Biz də məsələni daha dərindən araşdırmaq üçün mütəxəssislərlə əlaqə saxladıq. Azad İstehlahçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, videonu çəkib paylaşan şəxsin məqsədinin nə olduğu bəlli deyil: "Videoya mən də baxmışam, amma heç nə anlamıram. Elə maddə var ki, onu istənilən məhsulun üzərinə tökəndə o, məhsulu köpük halına salır. Məsələn, sulfat turşusunu ətin üzərinə töksək, və ya çörəyin üzərinə töksək, ona oxşar vəziyyət alınar. Həmin görüntünü çəkənlər, görünür ki, toyuq istehsalına zərbə vurmaq istəyirlər”.
O, həmçinin, əlavə etdi ki, ölkəmizdə broyler toyuğunun insan orqanizminə heç bir ziyanı yoxdur. Hər gün yeyməmək şərti ilə.

Dövlət Baytarlıq Xətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyir ki, həmin insanlar Baytarlıq Xidmətinə müraciət etsinlər və məsələyə birgə baxılsın. Rəhbərin sözünə əsasən, bu prosesi izləmədən konkret bir söz demək olmaz.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (MKM) pezidenti Tahir Əmiraslanov videoda xərçəng xəstəliyi ilə bağlı deyilənlərlə razılaşmadı: "Ozonotor ziyanlı deyil, ona, nəinki, broyler, adi kənd çolpası, ət salınsa, yenə o həmin məhsulları təmizləyəcək. Amma yenə də bunu araşdırmaq üçün laboratoriyadan keçirmək lazımdır”.
Ümumiyyətlə, zaman-zaman genetik modifikasiya olunmuş (GMO) məhsulların müxtəlif xəstəliklər yaratması və Azərbaycan bazarlarına yol açması müzakirə məsələsi olub. Broyler toyuqları da genetik modifikasiya olunmuş (GMO) qida növü hesab olduğundan, bu toyuqlar da aldığı qida maddələrinin hamısını ətə çevirirlər.

Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidirsə, fabrikdə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur. Azərbaycanın broyler müəssisələrini fərqləndirən bir cəhət də odur ki, toyuq 40 gündən tez kəsilmir. Toyuqlar kəsilən kimi 20 dərəcədə dondurulur. Buna şoklama deyilir. Bu zaman heç bir keyfiyyət fərqi baş vermir.
Bir sıra xarici ölkələrdə, o cümlədən, Rusiya və Türkiyədə də broyler toyuqları barədə dəfələrlə məlumatlar yazılıb. Həmin mənbələrdə bildirilir ki, broyler toyuqlarının yeminə antibiotik və hormonal preparatların qatılması onların ətlənməsinə və müxtəlif xəstəliklərdən müdafiə olunmasına xidmət edir. Elə bu səbəbdən də əhali arasında kökəlmə, onurğa sütunu yırtığı, şəkərli diabet, mədə-bağırsaq problemləri, sümük boşluğu, xərçəng və digər xəstəliklər çoxalır.
Yuxarıda yazılanlardan aydın olur, hər bir insanın sağlamlığı öz əlindədir. Əgər kimsə, sağlam qalmaq və sağlam qida ilə qidalanmaq istəyirsə, o zaman genetik modifikasiya olunmuş məhsullardan imtina edərək, təbii ərzaq və ət məhsullarına üz tutmalıdırlar. Bundan başqa isə genetik modifikasiya olunmuş məhsullar satışa çıxmazdan öncə aidiyyatı qurumlar tərəfindən nəzarətdən keçirilməlidirlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:55 Broyler toyuqları ilə bağlı yayılan video müzakirəyə səbəb oldu Bir neçə gündür sosial şəbəkələrdə yer alan video insanların müzakirə mərkəzinə çevrilib. Videoda broyler toyuğu məlum olmayan məhlula salınır və nəticədə toyuq köpüklü plastik kütləyə çevrilir. Videoda danışan şəxs bildirir ki, o, toyuğu ozonator aparatına salır və nəticədə əriyərək, rezinəbənzər
09:22 Mədə-bağırsaq xəstəliklərini yaradan başlıca faktorlar - Həkim İZAHAT verir Son zamanlar insanlar arasında mədə-bağırsaq xəstəlikləri geniş yayılıb. Burada bir çox faktorlar rol oynayır – genetik və xarici faktorlar, düzgün qidalanmamaq, rejimsizlik, düzgün olmayan həyat tərzi, maddələr mübadiləsinin pozulması və s. Bununla bağlı Tədris Terapevtik Klinikanın
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az