t s

» » Xədicə İsmayılovanın evinə quraşdırılan gizli kamera ilə bağlı müraciət

Xədicə İsmayılovanın evinə quraşdırılan gizli kamera ilə bağlı müraciət

1-03-2016, 21:51 Yazar:  Günel Baxılıb: 270 Çap et
Xədicə İsmayılovanın evinə quraşdırılan gizli kamera ilə bağlı müraciətAraşdırmaçı jurnalist, Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılın evinə gizli kamera yerləşdirilməklə şantaja məruz qalması ilə əlaqədar Bakı şəhər Prokurorluğuna müraciət olunub.

Jurnalistin vəkili Yalçın İmanov martın 1-də Bakı şəhər prokuroru Əziz Seyidova məktub göndərib.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Azadlıq radiosuna məlumat verən vəkil bildirib ki, jurnalistin şantaj edilməsi və şəxsi həyatına müdaxilə faktı üzrə 15 mart 2012-ci ildə Baş Prokurorluq tərəfindən CM-nin 156-cı (şəxsi həyatın toxunulmazlığı) maddəsilə cinayət işi başlanıb, istintaqın aparılması Bakı şəhər Prokurorluğuna həvalə olunub.

İstintaq zamanı Xədicə İsmayıl da zərərçəkmiş qismində tanınıb.

Amma cinayət işi üzrə icraat Xədicə İsmayılın özünə də, vəkilinə də məlum olmayan vaxtda dayandırılıb.

Yalçın İmanovun sözlərinə görə, indiyə qədər istintaqla bağlı hansı tədbirlərin görülməsi barədə jurnalistə, onun nümayəndəsinə heç bir məlumat verilməyib.

Yalçın İmanov Bakı şəhər prokuroruna ünvanladığı məktubda cinayət işi üzrə istintaqın dayandırılması barədə qərarın surətini, həmçinin indiyə qədər görülən tədbirlər, aparılan istintaq hərəkətləri barədə ətraflı məlumat verilməsini xahiş edib.

Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Jurnalist ittihamları qəbul etmir və hökumətin korrupsiyası, özəlliklə, prezident ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirir.

"Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı da Xədicə İsmayılı "vicdan məhbusu" elan edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az