t s

» » Azərbaycanda prezidentə sui-qəsd hazırlayanlar - Şikayət etdilər

Azərbaycanda prezidentə sui-qəsd hazırlayanlar - Şikayət etdilər

1-03-2016, 16:57 Yazar:  anar Baxılıb: 330 Çap et
Azərbaycanda prezidentə sui-qəsd hazırlayanlar - Şikayət etdilər"Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları həyata keçirməyi planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Samir Sanıyev və digərləri barələrində olan hökmdən kassasiya şikayəti veriblər

Politika.Az APA-ya istinadən verdiyi məlumata görə, kassasiya şikayəti Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatına verilib. Şikayət üzrə fevralın 25-də proses keçirilib. Növbəti məhkəmə prosesi isə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) 2012-ci ildə "Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində terror aktları və Azərbaycan prezidentinə sui-qəsd hazırlayan dəstəni zərərsizləşdirib.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin respublikanın şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları "Hilton Baku” və "JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, "Baku Crystal Hall”da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəstənin başçısı Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən verilən apellyasiya şikayəti isə təmin edilməyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
10:34 Varlılara və “kafirlər”ə divan tutmaq istəyən dəstə tutuldu – təfərrüatlar (VİDEO) MTN və DİN dövlət çevrilişinə hazırlaşan radikalları həbs etdi; Dəstə üzvləri “qanını və malını” özlərinə “halal” bildikləri müxtəlif zəngin şəxsləri qarət etməyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsdlər planlaşdırıblar; demokratik qüvvələrin sıxışdırılaraq meydandan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az