t s

» » Rəmiş: “ Qardaşım mənim ən böyük düşmənimdir” - Video

Rəmiş: “ Qardaşım mənim ən böyük düşmənimdir” - Video

3-03-2015, 10:55 Yazar:  Aygün Baxılıb: 642 Çap et
Rəmiş: “ Qardaşım mənim ən böyük düşmənimdir” - VideoXalq artisti Rəmiş ( Rafiq Hüseynov) yenidən qalmaqala səbəb olub.
ATV-də yayımlanan “ Düzün desək” verlişinə açıqlama verən gitara ifaçısı doğma qardaşı özünün ən böyük düşməni adlnadırıb. Onun sözlərinə görə qardaşı onu həyat yoldaşından boşanmağa təhrik edir:
“Bir doğma qardaşım var, ondan zəhləm gedir. Allahın da ondan zəhləsi gedəcək bu yaxınlarda. Böyükdür, üzünə ağ ola bilmirəm. Lakin ölənə kimi qardaşımı danışdırmayacam. Onu Allaha tapşırmışam.
Qardaşım böyük səhvlər buraxıb. Elədiklərini özümə də sığışdırıb deyə bilmirəm. Xoşagəlməz hərəkətlər edir, internetdə mənlə bağlı yazılar yayır. Bunların hamısı gəlib mənə çatır. “Rəmiş tapançayla gəzdi” və s. şayiələr yaradır.
Həyat yoldaşım Gülü ox olub, batıb gözlərinə. Deyir ki, arvadını boşa. Mən sizə deyirəm arvadınızı boşayın?
Dünya malı dünyada qalar. Mülk davası edəni mən kişi saymıram. Kişi hər mülkü, adı, sanı, şəxsiyyəti, mərifəti də özü qazanmalıdır. Atanın qoyduğu mülkə oğul göz tikməməlidir.
Qardaşdan gərək qardaş sözlərini eşidəsən. Dostluqla olan qardaşlıq hər kəsə qismət olmur. Mənim üçün dostlarım qardaşdan əzizdir. Lakin onların da sayı azdır”.
Xatırladaq ki, bu ilin əvvəlində xalq artisti Rəmişlə bağlı yaranan qalmaqal uzun müddət mətbuatın gündəmindən düşmədi. Belə ki, gitara ifaçısının erməni dilində mahnı oxuduğu barədə xəbərlər yayılmışdı. Məlumata əsasən xalq artisti Rusiyada məclislərin birində məşhur “Tut ağacı” mahnısını erməni dilində təqdim edib. Onun bu addımı cəmiyyətdə tənqidlə qarşılanmışdı.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:54 Xanım müğənninin eks həyat yoldaşından - Ağır ittihamlar Azərbaycanın əməkdar artisti Lalə Məmmədovanın kecmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı agır ittihamlar səsləndirib. İlham Qafarov müğənnini onun barəsində yalan xəbərlər yaymaqda suçlayıb. O, ATV.az-a bunları deyib: “Lalə hər yerdə mənim alfons olduğumu, biz evli olanda onun hesabına
19:04 Məşhur erməni jurnalist Xocalıya görə üzr istədi “Əgər nə vaxtsa Ermənistanda qanuni xalq hakimiyyəti olarsa”. Məşhur erməni jurnalist və publisist Vaqe Avetyan Xocalıda törədilən qətliama görə Azərbaycan xalqından üzr istədi. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Avetyan Facebook səhifəsində yazıb. “Sizi əmin edirəm ki, əgər nə vaxtsa
09:30 Baş həkimin ölümü ilə bağlı şok iddia - Gədəbəydə Bakı şəhər sakini Sahib Məhərrəmov Baş prokuror Zakir Qaralova müraciət edib. Həmin müraciətin bir surəti də “Təzadlar”agöndərilib... Sahib Məhərrəmov bildirir ki, 2007-ci il iyun ayının 20-də qardaşı Tofiq Məhərrəmov Gədəbəy rayonunun Şınıx-Rəsullu kənd sahə xəstəxanasının baş həkimi Rafiq
02:21 Ağsuda özünü güllələyən polisin ölümündə müəmma “Qardaşımın ailəsinə kömək edilməsə, gərək uşaqları dilənsinlər. Başqa yolları yoxdur”. Bunu azvision.az-a açıqlamasında Ağsu rayonunda özünü öldürən polis baş serjantı Neman Tanrıverdiyevin qardaşı Nizami Tanrıverdiyev deyib. O, qardaşının intihara əl atmasında heç bir səbəb görmədiyini,
22:10 İlhamə gizlinləri açdı: “Müğənni var toy aparır, məclisdən sonra bəy evinə yox, onunla otelə gedir” -QALMAQAL Xalq artisti İlhamə Quliyeva “ATV maqazin” verilişində qalmaqallı açıqlamaları ilə gündəmi alt-üst edib. Mediaxeberleri.az xəbər verir ki, Publika.az-ın məlumatına görə, xalq artisti bəzi sənətçilərə xəbərdarlıq edib: “Bir müğənni var ki, dünyanın hər yerindən rəhmətə gedənlərin paltarlarını

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az