t s

» » Xanım müğənninin eks həyat yoldaşından - Ağır ittihamlar

Xanım müğənninin eks həyat yoldaşından - Ağır ittihamlar

3-03-2015, 07:54 Yazar:  Məmməd Məmmədov Baxılıb: 610 Çap et
Xanım müğənninin eks həyat yoldaşından - Ağır ittihamlarAzərbaycanın əməkdar artisti Lalə Məmmədovanın kecmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı agır ittihamlar səsləndirib.


İlham Qafarov müğənnini onun barəsində yalan xəbərlər yaymaqda suçlayıb. O, ATV.az-a bunları deyib:

“Lalə hər yerdə mənim alfons olduğumu, biz evli olanda onun hesabına yaşadığımı deyir. Bilirsiniz ki, Bakı o qədər də böyük şəhər deyil və bu söhbətlər gəlib qulağıma çatır. Axı bu insan nəyə əsasən belə şaiyələr yayır? Hamı bilir ki, mən onu sənətdə qaldırmaq üçün, “raskrutka” etmək üçün öz işimi atıb Laləyə prodüsserlik etməyə başladım. Onun bütun nailiyətlərində bilavasitə mənim əməyim var. Budurmu alfonsluq? Mən onu öz evimnən qovmuşam! Biz boşananda öz maşınımı 50 mim dollara satıb, 43 minini ona verdim ki, özünə ev alsın. Onun maşınını satmağına razı olmadım. Bəs o nə etdi? Mənim rəhmətlik anamın bir-iki günə qırxı cıxacaq, amma Lalə nəinki başsağlığı verməyib, hətta öz valideyinlərinə belə bunu etməyə qadağa qoyub. Halbuki, onun atası mənim rəhmətlik atamla 40 il dostluq ediblər. Lalə heç bizim qızımıza da nənəsi ilə vidalaşmağa imkan yaratmayıb və bu gündə o qızımın mənə qarşı “beynini doldurur”. Sonra durub efirdə danışır ki, “iki uşağı tək böyütmək necə çətindir”. Mənə “sən mənim üçün qocasan” deyən insan efirdə tam başqa formada danışır...”

Vüqar Vüqarlı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:20 Hacıbaba Bağırovun qızına kömək lazımdır “Atamın hər şeyi ikinci xanımının adına idi”. Xalq artisti, mərhum aktyor Hacıbaba Bağırovun ilk ailəsindən olan qızı Lalə Bağırova kömək üçün “Öz aramızda” verilişinə müraciət edib. Mediaxeberleri.az-ın axşam.az-a istinadən məlumatına görə, ürəyindən əziyyət çəkən L.Bağırova əməliyyat üçün maddi
23:39 Razi Nurullayevdən daha bir sərt status- Adlar açıqlandı “Utanıram. Həm də yanıram. Yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki, saxta profillər real adamların görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb sizdən fərqli düşünənləri söyür və dışlayırsınız”. “Qafqazinfo” xəbər verir ki, bu
22:47 Lamiyə: “Feysbuka da daxil olmuşam” “Azadlığa çıxdığım gündən baş qarışıqdır. Evə göz aydınlığına o qədər gələn var ki, bir dəqiqə vaxt edə bilmirəm. Dünən də mənə nənəmgil qonaqlıq verdi. Atam tərəfdən də qohumlar gəlmişdi. Bilirsiniz ki, mənim toyum olmayıb, əlimə xına qoyulmayıb. Ona görə dünən toya bərabər bir şadyanalıq təşkil
18:24 Rəqsanə: O, başqasının əri, kişisidir “Qulaqlarım batmışdı, gözlərim də görmürdü. Mediaxeberleri.az ailem.az-a istinadla müğənni Rəqsanənin müahibəsini təqdim edir: - Sizlə bir neçə il öncə müsahibə etmişdik. O zaman mənə xərçəng xəstəsi olduğunuzu demişdiniz. Sonradan o xəstəliyə qalib gəldiniz, yoxsa ümumiyyətlə o sizdə heç yox
15:24 "Bu gecə mənimlə yat, ürəyin nə istəyir alacam sənə" - Qadin müğənnilər arasında rüsvayçı dava Mərhum müğənni Vidadi Bərdəlinin qızı ifaçı Aytac Vidadiqızının müsahibəsi qalmaqala səbəb olub. Lent.az-a açıqlama verən müğənni Afaq Aslan bildirib ki, A.Vidadiqızı onun adını çəkmədən barəsində xoş olmayan fikirlər səsləndirib: "Dünən həmkarımın mənim haqqımda söylədiyi açıqlamanı dostlarım

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az