t s

» » “Bakcell” fırıldaqları: Mobil operator cibimizdən necə oğurluq edir?

“Bakcell” fırıldaqları: Mobil operator cibimizdən necə oğurluq edir?

22-02-2016, 01:33 Yazar:  Əsmər Baxılıb: 335 Çap et
“Bakcell” fırıldaqları: Mobil operator cibimizdən necə oğurluq edir?Mobil operatorun analoqu olmayan yeni internet fırıldağı üzə çıxıb

BakcellƏnənəvi olaraq, abonentlərini müxtəlif problemlərlə üz-üzə qoyan Bakcell yenə də abunəçilərini aldatmaqla məşğuldur. Artıq sosial şəbəkələrdə, internet xəbər saytlarında şirkətin ünvanına yüzlərlə şikayət məktubları daxil olur. Danışıq dəqiqələrinində müxtəlif maxinasiyalar edən mobil operatorun “Whatsapp” ın zəng xidməti çıxması ilə gəlirləri azalmağa başlayıb. Buna görə, bir müddət ölkədə qeyri-qanuni yollarla mobil operatorlar “Whatcapp” ın zənglərinə qadağalar qoymağa başladılar. Ancaq beynəlxalq normaların belə feodal üsulla tapdalanmasından sonra mobil operatorlar tənqid atəşinə tutuldu. Və ictimai rəy operatorları geri addım atmağa məcbur etdi.

İndi isə şirkət itkilərini kompenasasiya etmək üçün abunəçilərin internet paketlərindəki mb-ları məharətlə mənimsəməyə başlayıb. Belə ki, redaksiyaya şikayətlə müraciət edən vətəndaşın sözlərinə görə mobil operator öncədən alınan internet paketinin bitməsi ilə bağlı abunəçiyə heç bir xəbərdarlıq mesajı yollamır. Əslində isə öncələr bu mesajlar abunəçilərə göndərilirdi və bununla vətəndaş istifadə etdiyi internet paketinin bitdiyini görüb internet xidmətini bağlayırdı. Şirkət müştərilərinin cibinə girmək üçün mesajları müxtəlif bəhanələrlə abunəçilərə göndərmir. Nəticədə internetin açıq qalması balansdakı bütün məbləğin silinməsi ilə nəticələnir.
Şikayətçinin sözlərinə görə, o özü “055-836-..-36” nömrəsi ilə dəfələrlə “Bakcell”in “555” xidmətinə zəng vuraraq məlumat əldə etmək istədiyini söyləyib. Şirkətdən ona bu barədə məlumat veriləcəyi deyilsə də, heç bir məlumat abunəçiyə verilməyib: “Fevralın 19-da saat 17:14-də balansıma 5 manatlıq kontur yüklədim. İki kreditim olduğu üçün həmin an balansımdan 2 manat 40 qəpik çıxıldı. Təxminən iki saat sonra isə internet paketimin qaldığını düşünüb internet xidmətini aktivləşdirdim. İnternetin zəyif olmasından sonra mb-ın bitdiyini anladım. İnterneti bağladım və mənə balansımda 0 manatın qalması ilə bağlı xəbərdarlıq gəldi. Əslində isə mən heç 30 saniyyə internetdə qalmamışdım, amma yenə də bu qədər məbləğin hansı hesablama mexanizmi ilə silindiyini müzakirə etmək ayrıca bir məsələdir. Mesajlar bölməsinə baxdım və xəbərdarlıq SMS-nin gəlmədiyini gördüm. Bu problemlə bağlı “555” xidmətinə zəng etdim. Bütün məlumatı onlara verəndən sonra araşdırılacağını dedilər. Heç bir xəbər çıxmadığı üçün yenidən davamlı zənglər etdim. Təkid edib dəfələrlə zəng edəndə isə, yalandan mesajı göndərdiklərini və problemin telefondan qaynaqlandığını deyirlər. Yəni sistem öz əllərində olduğu üçün istədiklərini edir, bizim cibimizdən pullarımızı oğurlayırlar. Biz isə heç yerə şikayətimizi deyə bilmirik. Vətəndaşları istədikləri kimi aldadır, istədikləri kimi pullarını oğurlayırlar. Ölkədə isə heç bir qurum onlara gözlərinin üstündə qaşlarının olduğunu deyə bilmir”. (azxeber.com)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:06 “Bakcell” milyonlarla abunəçinin cibinə necə girir? – ŞOK SOYĞUNÇULUQ İnternet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində milyardlar silinir Ölkədə fəaliyyət göstərən bəzi mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə bir çox hallarda operatorlar daha
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az