t s

» » Bakı - Sumqayıt yolu çökür

Bakı - Sumqayıt yolu çökür

20-02-2016, 12:22 Yazar:  Sara Baxılıb: 163 Çap et
Bakı - Sumqayıt yolu çökürBeynəlxalq Avtovağzal kompleksinə yaxın ərazidə yaranan çatlar müəyyən qədər böyüyüb.
Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal kompleksinə yaxın hissəsində yolda çatlar genişlənib. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, yolun şəhərə gedən hissəsində çatlarda nəzərə çarpan genişlənmə baş verməyib. Amma yolun Sumqayıt şəhəri istiqamətində yaranan çatlar müəyyən qədər böyüyüb.
Ərazidə işləyən əməkdaşların ANS PRESS-ə verdiyi məlumata görə, çatlarda genişlənmə son 15-20 gün ərzində baş verib. “Çatlar yolun o biri tərəfində əvvəldən var idi. Amma Bakıya yağan son intensiv yağışlardan sonra çatlar böyüməyə başlayıb”, - deyə əməkdaş bildirdi.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ANS PRESS-ə açıqlamasında bildirdi ki, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yeni çökmə baş verməyib. “Həmin ərazidə əvvəldən də çökmə var idi. Ərazidə yaradılan süni təpələrin üzərindəki ot qatı suvarılan zaman su torpağı yumşaldır. Bu səbəbdən yolun 5-6 metrlik hissəsində asfalt-beton örtüyü deformasiyaya uğrayıb. Həmin ərazidə avtomobillərin hərəkəti üçün heç bir təhlükə yoxdur”, - deyə Anar Nəcəfli qeyd etdi.
Sürüşən avtovağzalda vəziyyət gərginləşdi (FOTO)
Onun sözlərinə görə, yolun avtovağzala tərəf olan hissəsində bərkitmə işləri aparılır. “İşlər yekunlaşdıqdan sonra yolun hər iki hissəsində asfalt-beton örtüyü götürüləcək. Torpaq bərkidildikdən sonra yola yeni asfalt örtüyü vurulacaq. Hazırda bərkitmə işlərinin bitməsini gözləyirik”, - deyə qurum rəsmisi bildirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev isə ANS PRESS-ə açıqlamasında qeyd etdi ki, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında sürüşmə prosesi getmir. “Həmin çatlar geoloji deyil, texnogen proseslər nəticəsində yaranır”, - deyə Ələmdar Piriyev bildirdi.
Avtovağzal yaxınlığında çatlar oktyabr ayının əvvəllərində yaranmağa başlayıb. Çökmə baş verən vaxt Bakı Avtovağzalı kompleksinin qarşısında, daha dəqiq desək, Sumqayıtdan Bakıya gələn avtobusların avtovağzala giriş istiqamətində istinad divarları əyilmişdi. Avtovağzalın yola yaxın hissəsində iri çatlar əmələ gəlmişdi. Ərazinin hər gün bir az daha qəzalı vəziyyətə düşdüyünü görən "Azəryolservis" ASC-nin əməkdaşları ərazidə ən böyük təhlükə mənbəyinə çevrilmiş istinad divarının söküntüsünə başlamışdılar. Hazırda həmin ərazidə təmir işləri davam etdirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:16 Mehdiabadda yol adına rəzalət... - Buradan keçməsəniz yaxşıdır... Abşeron rayonunun Mehdiabad qəsəbəsi daxilindən Digah yaşayış məntəqəsinə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Məhəmmədi kəndinə doğru uzanan avtomobil yolunun vəziyyəti həmin ərazidə yaşayan vətəndaşlarda, eyni zamanda bu yol ilə hərəkət edən sürücülərdə narahatlıq doğurmaqdadır.
08:01 Bakının bir çox yerləri sürüşdü Son günlər yağan leysan yağışları ilə əlaqədar Bakı və Abşeron rayonlarındakı sürüşmə sahələrində vəziyyət gərginləşib, yeni sürüşmə ocaqları yaranıb. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin
09:53 Ziya Məmmədovun “qələmi qırılır”: naziri bitirən şok səbəblər Tikintisinə 545 milyon 287 min 800 manat xərclənən Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlükləri sökülür; nazirin vəziyyətini mürəkkəbləşdirən daha üç səbəb də var… Nəqliyyat naziri Ziya Məmmədovun və ətrafının vəziyyəti getdikcə ağırlaşır. Bu barədə yayılan son məlumatların təhlili onu
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az