t s

» » Elmar Məmmədyarov: "Ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar"

Elmar Məmmədyarov: "Ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar"

16-02-2015, 14:47 Yazar:  Anar Baxılıb: 695 Çap et
Elmar Məmmədyarov: "Ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar"“Həmsədrlər atəşkəs pozuntularından danışarkən ilk növbədə qeyd etməlidirlər ki, ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Onda atəşkəs pozulmayacaq”.

Mediaxeberleri.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu halda Cənubi Qafqazda sülh bərqərar olacaq:

“Biz Azərbaycanın mövqeyini səsləndirmişik. Dəfələrlə bəyan etmişik ki, həmsədrlər altı maddəlik Madrid prinsipləri əsasında sülh sazişi üzərində işləməlidir. Ciddi danışıqlar başlamalıdır ki, regiona sülh gəlsin. İlk növbədə qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Ən əsası isə, hərbçilər öz evlərinə dönməlidir”.

Məhəmməd Cavad Zərif öz növbəsində deyib ki, İran bir qonşu dövlət olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman rol oynamağa hazırdır.

Onun sözlərinə görə, İranın 100 kilometrlik ərazisi münaqişə zonası ilə sərhəddə yerləşir. Nazir qeyd edib ki, İran bu münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllini istəyir:

“İstəyirik ki, qonşuluqda təhlükəsizlik və sabitlik olsun. Qonşularımızın hamısı bizim üçün əhəmiyyətlidir. Azərbaycan ən əhəmiyyətli qonşumuzdur. Bu ölkə ilə yaxın bağlılığımız var və burada münaqişənin olması bizi incidir. İran bu münaqişədə Azərbaycana ciddi şəkildə yardım edib. Biz daim ATƏT-in Minsk qrupunun fəaliyyətinin müvəffəqiyyətlə başa çatmasını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəmişik”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:02 Böyük Qarabağ açılımına aparan yeganə yol – təhlil “Cəmi bircə rayon və... ”; Dağıdıcı müharibə ehtimalının sfırlanması, konfliktin həllində kardinal irəliləyiş, Ermənistanın izolyasiyadan, dilənçi durumdan və labüd çöküşdən çıxması indi müstəsna olaraq işğalçı ölkənin öz iradəsindən asılı duruma gəlib; zaman artıq heç kimə işləmir, elə Rusiyaya
00:52 "Qərb Putinin heç bir sözünə inanmır” “Normandiya dördlüyü” - Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb. Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmasının müddəaları da açıqlanıb. Politoloqlar isə
22:19 Ukraynanın yenə nəfəsi kəsilir (VİDEO) Atəşkəsin ömrü cəmi 50 dəqiqə çəkdi Dünya liderlərinin təkidilə Ukraynanın şərqində sülhə nail olmaq üçün bir neçə gün bundan əvvəl Minskdə Ukrayna və Rusiya prezidentləri bir araya gəldi. Uzun çəkən danışıqlardan sonra Minsk razılaşması əldə olundu. Mediaxeberleri.az ANS PRESS-ə istinadən xəbər
19:24 Putin Qarabağı bizə qaytarır (FOTO) Hazırda münaqişənin qısa müddətdə həll olunması üzrə işlər gedir Rusiya qısa müddətdə Dağlıq Qarabağ münaqişəsini həll etmək barədə düşünür. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitənin sədrinin 1-ci müavini Vladimir
12:25 Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub “Azərbaycan səhvə yol verib”. Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur və Azərbaycan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr kimi qəbul edəndə səhvə yol verib. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisdə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az