t s

» » Gözəl Bayramlının “gözəl metodları”...

Gözəl Bayramlının “gözəl metodları”...

16-02-2016, 15:52 Yazar:  Gülnar Baxılıb: 671 Çap et
Gözəl Bayramlının “gözəl metodları”...Əli Kərimlinin müavini Gözəl Bayramlı ətrafında “qaranlıq əməllər və ya istismar qaydaları” qalmaqalı bitmək bilmir.

“Cümhuriyət” qəzetinin 12.02.2016-cı il sayında “Yurd”un “sevgi ilahəsinin istismar qaydaları” başlıqlı yazıda Gözəl Bayramlının 2000-2015-ci illər ərzində AXCP-yə qoşulan gənc qadınları hansı yollarla və harada istismar etdiyi barədə faktları açıqlamışdıq. Əli Kərimlinin müavini barədə olan ittihamlar üzərində davam etdirdiyimiz araşdırma nəticəsində bu dəfə, keçmiş AXCP üzvləri Ülkər Kazımova və Gülnarə Akifqızı arasında olan qalmaqalın təfərrüatı barədə ilginc detalları üzə çıxardıq.

Ülkərin açıq-saçıq şəkilləri

Əli Kərimlinin AXCP sədri olduğu dövrdə partiyaya qoşulan Gülnarə Akifqızı ərinə sadiq ailəcanlı xanım kimi tanıdığı Ülkər Kazımovayla rəfiqəlik etməyə başlayır. Bir müddət münasibətdən sonra Ülkər haqqında başqa söhbətlər eşidir. Lakin Gülnarə xanım deyilənlərə inanmır və rəfiqəsinə qarşı ittihamlar səsləndirənlərlə mübahisələr edir. Bildirir ki, Ülkər əxlaqlı xanımdır. Lakin Gülnarə onu müdafiə edərkən nə qədər yanıldığını sonradan bilir. Gözəl Bayramlının partiyaya qoşulan gənc qadınlar üçün təşkil etdiyi “İstismar Mərkəzi”nə daxil olan bu qadının, evli Ülkər Kazımovanın partiyadan Emil Səlimov adlı şəxslə Gözəl Bayramlı vasitəsilə görüşdüyündən xəbərsiz idi. Sonradan Ülkər Kazımovanın həmin kişi ilə çəkdirdiyi açıq-saçıq şəkilləri görür. Bundan sonra Gülnarə Ülkərə bunun yanlış olduğunu deyir və evli olduğunu xatırladır. Bu sualdan sonra Ülkər Gülnarə ilə münasibətlərini soyudur və ondan uzaqlaşır.

Gözəl Bayramlının diktəsilə Əli Kərimlinin söyülməsi

Bununla da bu xanım gözlənilməz şəkildə Gözəl Bayramlının ətrafına daxil olan qadınlar və Ülkərin özü tərəfindən təhqirli hücumlara məruz qalır. Gözəl Bayramlının diktəsilə Ülkər Kazımovanın “MTN agenti”, “hakimiyyətin iti” kimi təhqiramiz ittihamları ilə qarşılaşır. Gülnarəyə bu məntiqin davamı olaraq “sən təşkilatımızın adına xələl gətirirsən” damğası vurulur. Lakin özünümüdafiə üçün Gülarə Akifqızının ortaya atdığı faktlar işinə yaramır. Çünki Gözəl Bayramlının Gülnarəni cinsi istismara məruz qoymaq üçün “təbliğat maşını” işə düşmüşdü. Nəticədə Gözəl Bayramlıdan aldığı tapşırıqlar üzərindən Ülkər Kazımova mütəmadi olaraq, sosial şəbəkələrdə Gülnarə Akifqızı əleyhinə xoşagəlməz statuslar yazır, haqqında pozğun ittihamlar səsləndirir. Bir dəfə isə necə olursa, Ülkər “Facebook”da yazdığı statusda Əli Kərimlini də təhqir edir. Lakin sonradan bunu aparıb həmin profilin müəyyən şəxslər tərəfindən ələ keçirilməsi iddiasına bağlayır. Yenə də Gözəl Bayramlının diktəsilə bildirir ki, guya həmin status profili ələ keçirmiş Gülnarə Akiqızı tərəfindən paylaşılıb. Əli Kərimlinin söyülməsində əsas məqsəd Gülnarəni hədələməklə “ələ keçirmək” idi. Əlbəttə, Əli Kərimli kimi şəxsi Gülnarənin adıyla söyməklə “baron” partiya daxilində “qurbanı”na qarşı böyük qınaq yaradacaqdı. Bunu bacarır, amma Gülnarəni ələ keçirə bilmir.

Bahalı avtomobillər təqibdə

Gözəl Bayramlı tərəfindən oynanılan oyunda əsas hədəf Ülkər Kazımova kimi Gülnarə Akifqızını həmin dönəmdə Kəmalə Bənəniyarlının evinə cəlb etmək idi. Təsadüfi deyildi ki, Ülkər Kazımova - Gülnarə Akifqızı qarşıdurmasında Gözəl Bayramlı və bu “kral”dan “xidmət”ə görə, peşkəş olaraq pulsuz “xüsusi mükafat” almış şəxslər birincini dəstəklədilər. Lakin həmin vaxt “Gözəl Bayramlı klanı” bu dəstəyi Ü.Kazımovanın atası Rəsul Fətullayevin “əqidəli cəbhəçi” olmasına bağladılar. Ülkər Kazımova ilə rəfiqə olmasının ilk vaxtlarında Ülkər Gülnarəni müxtəlif yerlərə dəvət edir, kimliyi məlum olmayan evlərə aparmağa cəhd edir. Amma Ülkərin hərəkətlərindən şübhələnən Gülnarə bu təkliflərə müsbət cavab vermir. Gözəl Bayramlının xüsusi tapşırığı əsasında edilən bu təkliflərdə məqsəd yenə də Gülnarə Akifqızını “tor”a salıb istismara məruz qoymaq idi. Planlı və sistemli formada işləyən Ülkər-Gözəl tandemi Gülnarə Akifqızının arxasına bahalı maşınlarla kişilər də salır. Bir gün Gülnarə Ülkərlə yol gedərkən arxalarınca bir avtomobil düşür və Ülkər Gülnarəyə avtomobilə əyləşməyi təklif edir. Amma Gülnarə bu təklifi rədd edir və bu, sonradan rəfiqlərin münasibətlərinin pozulmasında da əsas rollardan birini oynayır.

“Arxamda Gözəl Bayramlı var”

Münasibətlər tamamilə qırıldıqdan sonra Ülkər Kazımova Gülnarə Akifqızını Xətai rayonu, 37-ci Polis Bölməsinə şikayət edir və G.Akifqızı haqqında 50 manat protokol tətbiq olunur.

Lakin protokolu imzalamaqdan imtina edən G.Akifqızı polisə öz narazılığını bildirir və məsələ orada bağlı olaraq qalır. Gülnarə Akifqızı polisə Ülkər Kazımovanın onu şərlədiyini və bunun üçün sübutlarının olduğunu desə də, məsələ araşdırılmadan bağlanır. Ülkər Kazımova oyunun qaydalarına uyğun oynayırdı. Gülnarə ilə münasibətləri olduğu vaxt və bundan əvvəl bir dəfə də olsun onu Gözəl Bayramlı ilə tanış etmirdi.

Bir dəfə Gülnarə Akifqızı ilə mübahisəsində Ülkər Kazımova “Mənim arxamda Gözəl Bayramlı var, sən mənə heç nə edə bilməzssən”, deyir. Ümumiyyətlə, Gözəl Bayramlı hədəfə aldığı qadınların heç biri ilə birbaşa münasibət qurmurdu. Bu işdə onun əsas rabitəsi Ülkər Kazımova və Kəmalə Bənəniyarlı kimi əlaltıları idi.

Mövzunu davam etdirəcəyik.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:58 Qadınlar niyə evli kişilərlə sevgi münasibətinə meyillidir? Bəzən qadınlar sevdikləri kişinin evli olduğunu öyrənsələr belə, onunla münasibəti davam etdirirlər. Bəzi qadınlar isə kişinin evli olduğunu bilə-bilə, onunla sevgi münasibətinə başlayırlar. Bu tip münasibətlər cəmiyyətdə normal qarşılanmasa da, evli kişi ilə sevgi macərasına meyilli qadınların və
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
00:15 Qadınlar niyə evli kişilərlə sevgi münasibətinə meyillidir? Bəzən qadınlar sevdikləri kişinin evli olduğunu öyrənsələr belə, onunla münasibəti davam etdirirlər. Bəzi qadınlar isə kişinin evli olduğunu bilə-bilə, onunla sevgi münasibətinə başlayırlar. Bu tip münasibətlər cəmiyyətdə normal qarşılanmasa da, evli kişi ilə sevgi macərasına meyilli qadınların və
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az