t s

» » Qatarlara onlayn bilet almaq qaydaları dəyişdirildi- YENİLİK

Qatarlara onlayn bilet almaq qaydaları dəyişdirildi- YENİLİK

10-02-2016, 05:54 Yazar:  Gülnar Baxılıb: 606 Çap et
Qatarlara onlayn bilet almaq qaydaları dəyişdirildi- YENİLİKAzərbaycanda qatarlara onlayn bilet alınması qaydaları dəyişib. Azadinform «Azərbaycan Dəmir Yolları» QSC istinadən məlumat verir ki, dəyişikliklərdən sonra onlayn biletlərin alınması daha asan və rahat olacaq.

Əsas dəyişikliklərdən biri onlayn satılan biletlərin sayı ilə bağlıdır. Əvvəllər qatara biletlərin yalnız bir hissəsi onlayn satıla bilərdi - onlayn satılan biletlər üçün kvota ayrılırdı və bu kvota dolduqdan sonra bileti yalnız kassadan almaq lazım idi. İndi isə bu məhdudiyyət götürülüb, qatara bütün biletlər də onlayn satıla bilər.
Ən maraqlı yeniliklərdən biri odur ki, vətəndaşlar onlayn bilet aldıqda istədikləri yeri - vaqonu və yeri seçə biləcəklər. Belə ki, yeni sistemdə bu məlumatlar daha şəffaf açıqlanıb.

Qeyd edək ki, əvvəllər onlayn bilet alan vətəndaşlar yalnız qatardakı boş yerlərin sayını görə bilirdilər. İndi isə onlayn bilet alınanda boş yerlərin harada olması da görünür. Məsələn, bilet almaq istəyən şəxs «plaskart», «kupe» və «SV» tipli yerlərin hansı vaqonlardı olduğunu görür. Ən əsası, sərnişin vaqonların hər birindəki boş yerləri, yerlərin sxemini və onlardan hansının tutulub-tutulmadığını görür və özünə uyğun yerləri seçə bilir. Başqa sözlə, sərnişin əgər kupedə aşağı yataqda səyahət etmək istəyirsə, bunun üçün sadəcə həmin yeri seçib almaq lazımdır.

Digər maraqlı yenilik onlayn bilet alma vaxtına aiddir. İndiyədək onlayn bileti qatarın yola düşməsindən 2 saat əvvələ qədər almaq olardı. Məsələn, Bakı-Ağstafa qatarı saat 22-30-da yola düşürsə, bu qatara onlayn bileti saat 20-30-dək almaq olardı.
İndi isə bu qayda dəyişib. Onlayn biletin satışı ilə bağlı vaxt məhdudiyyəti qatarın yola düşməsi vaxtındən yox, sərnişinin minəcəyi stansiyadan keçməsi vaxtından asılı olacaq.

Belə ki, sərnişin qatara bileti qatarın onun minəcəyi stansiyaya çatmasına 3 saat qalmışa gədər ala biləcək. Məsələn, Bakı-Ağstafa qatarı saat 22-30-da yola düşürsə və səhər saat 4-də Yevlax stansiyasına çatırsa, vətəndaşlar Yevlax stansiyasında qatara minmək üçün bileti gecə saat 1-dək ala bilərlər.
Biletlərin əvvəlcədən alınması vaxtı da dəyişdirilib – indi qatarlara onlayn bileti maksimum 10 gün əvvəl almaq olar. Əvvəllər bu müddət bir neçə gün idi.
Onlayn satış vaxtı da dəyişib. İndiyədək qatarlara onlayn bileti səhər saat 7-dən gecə saat 23-dək olan aralıqda almaq olardı. İndi isə məhdudiyyət götürülüb – 24 saat ərzində onlayn bilet almaq olar.

Amma biletin kağız variantını əldə etmək qaydası dəyişməyib – onlayn bilet alan vətəndaş qatarın yola düşməsinə 1 saat qalmışa qədər stansiyaya və ya vağzala yaxınlaşıb biletini götürməlidir.

Mühüm dəyişikliklərdən biri biletin pulunun ödənilməsi ilə bağlıdır. «Azərbaycan Dəmir Yolları» QSC-dən verilən məlumata görə, əvvəllər onlayn bilet alınarkən vətəndaş biletin qiymətini bilmirdi – yalnız kartda qalan məbləği gördükdə biletin neçəyə başa gəldiyini bilirdi. İndi biletin alınması ilə bağlı düyməni basmazdan əvvəl onun qiymətini görə biləcək və əgər, qiymət onu qane etməsə, bileti almaqdan imtina edə biləcək.

Digər maraqlı yenilik, onlayn bilet alan vətəndaşların sistemdə qeydiyyatı prosedurunun dəyişməsidir. Əvvəllər insanlar yalnız ad-soyadlarını göstərirdilər. İndi isə vətəndaşlardan daha dolğun informasiya tələb olunur, onlar pasport göstəriciləri ilə yanaşı, elektron ünvan və telefon nömrələrini də saxlamalıdırlar. QSC-ən bildirirlər ki, bu yenilik ilk növbədə sərnişinlər üçün sərfəlidir.

Belə ki, bəzən sərnişinlər bilet sifariş verəndə hansısa göstəricini səhv yazırlar və bu da əməliyyatın baş tutmamasına səbəb olurdu. Sərnişin bundan yalnız vağzala gələndə xəbər tuturdu və bəzən artıq gec olurdu. İndi isə biletin alınması əməliyyatının uğurla başa çatıb-çatmaması barədə müştəriyə email və ya telefonla SMS göndərilir. Müştəri də əgər pobleem varsa, bundan vaxtında xəbər tutur.

Nəhayət, indi onlayn qaydada biletləri həm gediş, həm də gəliş istiqamətində almaq olar. Bu qayda yerli qatarlara və xarici qatarların Azərbaycan ərazisindəki marşrutuna aiddir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:13 Bu gündən ixtisas seçimi başladı İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. TQDK
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
13:03 11 yaşlı qızın QAN DONDURAN DRAMI: “Hər gecə dəhşət filmləri göstərirdilər” Sizə insanların uğur hekayələrini təqdim edəcəyik. Bilirəm, uğur hekayəsi adı altında çox tanınmış insanların övladları və ya nəvələri ilə tanış olmusunuz. Biz o layihələri davam eləməyi düşünmürük. Bizim qəhrəmanlar həyata uğursuzluqla başlayanlar, valideynlərinin adı rastlaşdıqları qapıları

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az