t s

» » Deputat oğlunun Dubaydakı biznesi: Yaxtalar, eksklüziv maşınlar… və daha nələr, nələr... - ARAŞDIRMA

Deputat oğlunun Dubaydakı biznesi: Yaxtalar, eksklüziv maşınlar… və daha nələr, nələr... - ARAŞDIRMA

9-02-2016, 18:08 Yazar:  Günel Baxılıb: 270 Çap et
Deputat oğlunun Dubaydakı biznesi: Yaxtalar, eksklüziv maşınlar… və daha nələr, nələr... - ARAŞDIRMAMöhtərəm oxucu! Əgər Siz AMEA İnsan hüquqları institutunun direktoru, deputat Aytən Mustafayeva haqqında internetdə kiçicik bir araşdırma aparsanız, onun müsahibələrinin birində bu cümləyə rast gələcəksiniz: “Mənim maaşım 500 manatdır. Təsəvvür edirsinizmi, elmlər doktoru və institut direktorunun maaşı hansı səviyyədədir?”

Əlbəttə, Aytən Mustafayevanın dövlətdən, hakimiyyətdən, hökumətin elmlər doktoruna, institut direktoruna verdiyi maaşdan narazılığını başa düşmək mümkün deyil. O sadə səbəbə görə ki, həmin müsahibəni verdiyi zamanlarda Aytən Mustafayeva həm də 21 saylı Nəsimi Seçki Dairəsindən deputat idi. Milli Məclis üzvü kimi, Azərbaycanda ən yüksək maaş alan şəxslərdən sayılırdı. O, deputat mandatını məhz elmlər doktoruna və institut direktoruna verdiyi maaşa görə istehza hədəfinə çevirdiyi hökumətin yandırdığı “yaşıl işıq” sayəsində qazanmışdı. Çağırış müddətinin başa çatmasına az qalmışsa, etiraf edəcəkdi ki, Milli Məclisdə çıxışa yazılmaq üçün düyməni basmağı hələ də öyrənə bilməyib. Amma bu, Aytən Mustafayevanın 2015-ci ildə yenidən namizəd və deputat olmasına əngəl yaratmadı.

Mustafayeva 16 saylı Yasamal İkinci Seçki Dairəsinin təmsilçisi kimi, Milli Məclisin yeni tərkibdə keçirdiyi ilk iclasların birində həvəslə çıxışa yazıldı. Görünür, düyməni basmağı öyrənib-öyrənmədiyini sınaqdan keçirmək istəyirdi. Ağzını elə təzəcə açmışdı ki, Milli Məclisin spikeri Oqtay Əsədovun sərt təpkisinə məruz qaldı: “Çıxış edəndə, bilin ki, harada çıxış edirsiniz!”.

İnstitut direktoru kimi Prezident Administrasiyasının rəhbəri, görkəmli akademik Ramiz Mehdiyevin, deputat kimi isə Milli Məclis sədri Oqtay Əsədovun açıq və kəskin tənqidlərinə məruz qalmış Aytən Mustafayeva “yeni dairəsində” də seçicilərlə effektiv ünsiyyət qura bilmir. Fakt: Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin kollektivinin 25 yanvar 2016-cı ildə ölkə başçısı İlham Əliyevə ünvanladığı açıq məktubda Aytən Mustafayevanın elementar hüquqi biliklərə malik olduğuna şübhə ifadə edilir!

Ancaq Aytən Mustafayeva bütün bu tənqidlərdən nəticə çıxarmaq, institut direktoru, parlament üzvü kimi siyasi hakimiyyətin ona göstərdiyi böyük etimadı doğrultmağa çaba sərf etmək əvəzinə, absurd iddialarla öz rəqiblərini və tənqidçilərini məhkəməyə verir. Sən demə, parlament seçkiləri dövründə 16 saylı Yasamal II Seçki Dairəsindən namizəd olaraq mənim Aytən Mustafayevanın gəlir deklarasiyasının araşdırılması ilə bağlı MSK-ya etdiyim şikayət onun psixologiyasında mənfi reaksiyalara, sarsıntı və iztirablara səbəb olubmuş. Hər halda özü belə yazır iddia ərizəsində (Yeri gəlmişkən, xatırladım ki, Aytən Mustafayeva mənim MSK-ya müraciətimi işıqlandıran Strateq.az saytını da məhkəməyə verib - T.Ş.).

Çox pakizə, bəs nədən Aytən Mustafayeva əmindir ki, yazmış olduğu savadsız və əsassız iddia ilə hər kəsin gözü önündə olan bir faktı - AMEA İHİ-nin rekvizitlərinin Azadsirniyyat.az adlı qənnadı məmulatlarının istehsalı ilə məşğul olduğunu deyən bir internet saytında koordinat kimi göstərilməsini - təkzib etdirə bilər?! Doğrudanmı, 21-ci əsrdə, informasiya texnologiyalarının hər bir vəzifəli şəxsin özü və ailə üzvləri haqqında məlumatları önümüzə sərdiyi bir zamanda Aytən Mustafayeva cəmiyyətin gözünə kül üfürə biləcəyini zənn edir?

Budur, Aytən Mustafayeva övladları haqqında 2014-cü ildə mətbuata deyir:

“İki oğlum var. Böyüyü 24 yaşındadır, evlidir. Dubayda magistraturanı bitirib. Hazırda doktorluq işini yazır”.
Onun haqqında söhbət açdığı böyük oğlunun adı Orxandır. Anasının müsahibəsindən onun 1989, yaxud 1990-cı ildə dünyaya göz açdığını, hazırda 26, uzaqbaşı 27 yaşlarında olduğunu təxmin edə bilərik. O, Dubaydakı Amerika Universitetinin bakalavr pilləsini bitirib, magistr təhsilini isə Heriot Watt Universitetində davam etdirib. ASAİF adlı təşkilatın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Bu şəbəkə barədə oxucular “Nurçuların ASAİF şəbəkəsində kimlər var” adlı yazıya daxil ola (http://axar.az/news/11922) və daha ətraflı məlumatlana bilərlər.

2013-cü ilin fevralından isə Orxan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təsis edilmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsidir. O, vətəndən uzaqda təhsil almasına, AZPROMO-nun nümayəndəsi statusunda “Azərbaycana investisiya cəlb etmək üçün çalışmalarına” rəğmən Dubayda öz “kiçicik biznes”ini qurmağa da macal tapıb!

“Kiçicik biznes” dedik, gərək faktlarla danışaq.

Öz “Linkedin” profilində - https://www.linkedin.com/in/orkhan-mustafayev-3718b955- yazdığında görə, bizim gənc biznesmen 2014-cü ilin noyabrından bəri İdeal Concept Group adlı şirkətin prezidentidir.

İdeal Concept Group fəaliyyəti Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Türkiyəni əhatə edən bir investisiya şirkətidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az