t s

» » İndi də Sobçak ölümlə hədələnir

İndi də Sobçak ölümlə hədələnir

2-03-2015, 22:50 Yazar:  Aygün Baxılıb: 547 Çap et
İndi də Sobçak ölümlə hədələnirTanınmış televiziya aparıcısı Kseniya Sobçak Rusiya müxalifətinin nümayəndəsi, tanınmış siyasətçi Boris Nemtsovun qətlindən sonra Twitter səhifəsində təhdid dolu mesajlar alır. Bu barədə "Ukrinform" məlumat yayıb.


Bildirilir ki, ona sosial şəbəkə istifadəçiləri belə yazırlar: "Növbəti dəfə səni dəfn edəcəyik", "Budur, nə sən, nə də o, yazıq deyil", "Sən növbəti hədəfsən, Sobçak. Sənin əziləcəyin günü gözləyirəm!"

Məlumatda vurğulanır ki, B.Nemtsovun köməkçisinin sözlərinə görə, mərhum siyasətçi də son zamanlar Ukrayna məsələsində tutduğu mövqe ilə əlaqədar sosial şəbəkələr vasitəsilə belə təhdidlər alırdı.

Bu arada Rusiyanın keçmiş iqtisadiyyat naziri və tanınmış blogger Andrey Neçayev öz Twitterində yazıb ki, əvvəllər Nemtsov haqqında mənim səhifəmə fitnəkar sözlər və təhdid dolu şərhlər çox yazılıb.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də axşam Moskvanın mərkəzində, Böyük Moskva çayı körpüsündə vurulub. Hadisə haqqında daxili işlər naziri Vladimir Kolokoltsev prezident Vladimir Putini ətraflı məlumatlandırıb. Bununla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, istintaq gedir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:31 Putin Nemtsovun anasına təsəlli verdi: "Alçaqları cəzalandıracağam" Rusiya prezidenti Vladimir Putin müxalifət lideri, məşhur siyasətçi Boris Nemtsovun anasına teleqram ünvanlayıb. Putin Nemtsovu qətlə yetirən şəxslərin layiqli şəkildə cəzalandırılıcaqlarına inandığını bildirib: "Alçaq və ikiüzlü qətlin sifarişçilərinin və iştirakçılarının layiqli cəza almaları
22:18 Nemstovun dəfn günü və yeri açıqlandı Dünən Moskvanın mərkəzində güllələnərək öldürülən rusiyalı müxalifətçi Boris Nemtsovun dəfn olunacağı tarix bəlli olub. Bu barədə PARNAS partiyasının üzvü Konstantin Merzlikin məlumat verib. Vida mərasimi martın 3-ü yerli vaxtla saat 10:00-dan 14:00-a qədər Saxarov Mərkəzində təşkil ediləcək.
21:02 Nemtsovun keçmiş arvadı: “Borya yaxşı ata idi, ədalətli, sevən ata idi…” Boris Nemtsov yaxşı, ədalətli və sevən ata idi. Uşaqlar üçün onsuz həddən-ziyadə çətin olacaq. Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, bu sözləri fevralın 27-də axşam saatlarında qətlə yetirilən müxalif siyasətçi, prezident Vladimir Putinin əsas rəqibi sayılan Boris Nemtsovun
08:48 Putin Nemtsovun qətlinin istintaqını nəzarətə götürdü Bu gecə Rusiya müxalifətinin lideri, məşhur siyasətçi Boris Nemtsov öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Moskva hüquq mühafizə orqanlarına istinadla “İnterfaks” məlumat yayıb. Qətlin təfərrüatı dəqiqləşdirilir. İlkin məlumata görə, Boris Nemtsov Moskvanın mərkəzində, Vasilyevski
08:24 Öldürülərkən Nemtsovun yanında olan ukraynalı model Rusiyalı siyasətçi Boris Nemtsov qətlə yetirilərkən Ukrayna vətəndaşı, 23 yaşlı model Anna Duritskaya onun yanında olub. Musavat.com xəbər verir ki, məlumatı LifeNews yayıb. Məhz onun sayəsində istintaq hadisənin necə baş verdiyini dəqiqləşdirib. Modelin sözlərinə görə, o, Nemtsovu mərkəzi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az