t s

» » Həbs edilən keçmiş MTN əməkdaşlarından - YENİ XƏBƏR

Həbs edilən keçmiş MTN əməkdaşlarından - YENİ XƏBƏR

8-02-2016, 19:54 Yazar:  Günel Baxılıb: 207 Çap et
Həbs edilən keçmiş MTN əməkdaşlarından - YENİ XƏBƏRAraşdırmalar davam etdirilir.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) oktyabr ayında həbs edilən 6 əməkdaşı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması prosesinə başlanılıb.

Mediaxeberleri.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, Baş Prokurorluq təfindən keçmiş MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov və Teymur Quliyev barələrində vəsatətlər Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Həmin şəxslər barəsində həbs qətimkan tədbirinin uzadılmasına start verilib.

Həbs edilmiş şəxslər barəsində həbs müddəti daha dörd ay artırılıb.

Qeyd edək ki, 2015-ci ilin oktyabr ayının 20-də Baş Prokurorluğun yaydığı məlumata görə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən olunub.

Cinayət işi üzrə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabr ayında həbs edilən Antiterror Mərkəzinin sabiq rəis müavini polkovnik İlqar Əliyev dekabrın 20-də 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:12 Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı - Rəsmi açıqlama Baş Prokurorluq bu gün qurumun binasının qarşısında keçirilən etiraz aksiyası ilə bağlı məlumat yayıb. “Qafqazinfo”nun məlumatına görə, qurum bildirir ki, vətəndaşlardan daxil olmuş prokurorluğun səlahiyyətlərinə aid olan bütün müraciətlər üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:32 MTN-in sabiq vəzifəli şəxslərinin cinayət əməllərinin təfərrüatları Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Mediaxeberleri.az xəbər verir ki, baş Prokurorluğun
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az