t s

» » “AĞ blok” sayt açdı...

“AĞ blok” sayt açdı...

8-02-2016, 17:23 Yazar:  Anar Baxılıb: 209 Çap et
“AĞ blok” sayt açdı...Əhəd Məmmədli: “Atdığımız addımların müsbət nəticələr verəcəyinə inanıram”

Azərbaycanda yeni sayt fəaliyyətə başlayıb. “Agxeber.com” adlanan sayt “AĞ blok”un media orqanı kimi fəaliyyət göstərəcək. Saytda əsasən, siyasi xəbərlərə geniş yer ayrılacaq.
Mediaxeberleri.az xəbər verir ki, bu barədə “Agxeber.com” saytına rəhbərlik edən Əhəd Məmmədli məlumat verdi: “Yeni saytımız “AĞ blok”un media orqanı olaraq fəaliyyət göstərəcək. “AĞ” partiya adında qurum yaradılması istiqamətində gedən işlərin tərkib hissələrindən biri də saytın yaradılması oldu. Gələcəkdə media dəstəyi olması baxımından belə bir təşəbbüs göstərdik. İndiyə qədər bizə KİV-lərdən kifayət qədər dəstək olub, xəbərlərimizə yer ayırıblar. “Yeni Müsavat” qəzeti başda olmaqla, bütün mətbuat orqanlarına təşəkkür edirik. Ümid edirik ki, bundan sonra da bizlərə daim dəstək verəcəklər. Hazırda ölkəmizdə mediaya olan basqılar hər kəsə məlumdur. Bu baxımdan sayt yaratmağı zəruri hesab etdik. Çünki elə xəbərlərimiz ola bilər ki, mətbuat orqanları verə bilməsinlər. Onları da başa düşmək lazımdır. Yaxın gələcək üçün məqsədlərimizdən biri də bu saytın redaksiya heyətinin yaradılmasıdır. Müstəqil mətbuat orqanı olmasını istəyirik. Orada kimlərin olmasının bizim üçün fərqi yoxdur. Bu planlarımız həyata keçənə qədər sayt nəzarətimiz altında olacaq”.

Ə.Məmmədli qısa müddətdə fəaliyyət göstərmələrinə baxmayaraq, getdikcə saytın oxucu kütləsinin artdığını da söylədi: “4 gündür ki, sayt fəaliyyət göstərir. Getdikcə oxucularımızın sayının artdığının şahidi oluruq. 400 oxucu girişi ilə fəaliyyətə başladıq. Artıq gün ərzində 10 min civarında sayta giriş olur. İnanırıq ki, bu sayt da gələcəkdə Azərbaycan mediasında rəqabət meylli media orqanına çevriləcək. Müstəqil media acısından da atdığımız addımların müsbət nəticələr verəcəyinə inanıram”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
14:28 "Müsavatın indiki rəhbərliyi tarix qarşısında məsuliyyətini dərk edə bilmir" - Qubad İbadoğlu Mediaxeberleri.az Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun "Report"a müsahibəsini təqdim edir: - Fevralın 6-da Müsavat Divanın qərarı ilə partiyadan xaric edildiniz. Partiya üzvlüyünə bərpa edilməklə bağlı hansısa addım atacaqsınızmı? - Birinci
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az