t s

» » Zaur qalmaqallı verilişin bağlanmasından danışdı

Zaur qalmaqallı verilişin bağlanmasından danışdı

8-02-2016, 17:13 Yazar:  Günel Baxılıb: 202 Çap et
Zaur qalmaqallı verilişin bağlanmasından danışdıATV-də yayımlanan və qalmaqallarla gündəmə gələn “Bu stil mənim” verilişinin yayımı dayandırılıb. Bu haqda layihənin “İnstagram” səhifəsində məlumat verilib:

“Çox çalışdıq, çox yorulduq.“Bu stil mənim” mart ayından yenidən yayımlanacaq. Yeni çəkilişlər üçün hər şey hazırdır. Yeni qonaqlar, sürprizlərlə dolu buraxılışımızı gözləyin”.

Proqramın yayımının dayandırılması “Bu stil mənim” verilişinin bağlanması ilə bağlı xəbərlərin yayılmasına səbəb olub. Məsələyə aydınlıq gətirən teleaparıcı Zaur Baxşəliyev Musavat.com saytına açıqlamasında bildirib ki, verilişin yayımı müvəqqəti dayandırılıb:

““Bu stil mənim” layihəsinin yayımı müvəqqəti dayandırılıb, proqram bağlanmayıb. Biz çəkilişləri Türkiyədə “İşte benim stilim” proqramının studiyasında edirdik. Oradan bizə bildirdilər ki, proqram uğursuz alındığı üçün finalı tezləşdirirlər. Çəkilişlər üst-üstə düşdüyü üçün biz proqramı dayandırdıq. Bir neçə həftə sonra yenidən çəkilişlərə başlayacağıq. Proqram qaldığı yerdən davam edəcək. Tamaşaçıları maraqlı proqram, yeni sürprizlər gözləyir”.

Qeyd edək ki, proqramın münsif kürsüsündə modelyer Fəxriyyə Xələfova, teleaparıcı Zaur Baxşəliyev və model Günay Musayeva əyləşib. Layihənin aparıcısı isə Günay Baxşəliyevadır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:27 "Bizə məcburən deyilirdi ki, dalaşın" - Günayın ağlatdığı iştirakçı ATV-də yayımlanan “Bu stil mənim” verilişi yenidən tənqidlərə məruz qalıb. Belə ki, Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva iştirakçı Günel Məmmədovanı tənqid edib və onu digər iştirakçıları alçatmağa çalışmaqda günahlandırıb. Modelin tənqidlərini qəbul etməyən G.Məmmədova göz yaşlarını
18:52 Atam məni də zorlamaq istəyirdi, canımı güc-bəla ilə qurtardım - Dəhşətli ailə dramı Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə
16:27 "Vəzifədə olandan qorxan, yaltaqlıq edən..." - Günay Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva “ATV” də yayımlanan "Bu stil mənim" proqramında Türkiyə türkcəsində danışdığı üçün ittiham edənlərə cavab verib. Model sosial şəbəkə vasitəsilə yersiz iradları qəbul etmədiyini bildirib: “”Bu stil mənim” tamaşaçılarının proqramda
07:29 Günay Musayeva ittihamlara cavab verdi: " Azərbaycanımı çox sevirəm" Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva "ATV"də yayımlanan "Bu stil mənim" proqramında Türkiyə türkcəsində danışdığı üçün ittiham edənlərə cavab verib. Mediaxeberleri.az xəbər verir ki, model sosial şəbəkə vasitəsilə yersiz iradları qəbul etmədiyini qeyd edib: " "Bu stil mənim"
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az