t s

» » Sabah hava qarlı və küləkli olacaq

Sabah hava qarlı və küləkli olacaq

7-02-2016, 17:28 Yazar:  Gülnar Baxılıb: 405 Çap et
Sabah hava qarlı və küləkli olacaqFevralın 8-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var. Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az-a verilən məlumata görə, arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Temperaturun gecə 0-2° isti, gündüz 2-5° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, dağlıq ərazilərdə 9-12° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,

Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, sulu qara keçəcəyi gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-7° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:34 Sabaha olan hava proqnozu Cənub-şərq küləyi əsəcək. Noyabrın 9-da respublika ərazisində yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv
21:13 Proqnoz açıqlandı - Arabir yağış yağacağı gözlənilir Sabah hava necə olacaq? Aprelin 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi günün
16:34 Sabahın hava proqnozu - Martın 23-də Bakı və Abşeronda arabir güclənən şimal küləyi əsəcək Martın 23-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Günün ikinci yarısından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu
22:22 Sabah bəzi yerlərdə yağış yağacaq Azərbaycanda gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
01:26 Sabaha olan hava proqnozu Martın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az