t s

» » Lənkəranda şok cinayət: kişi xanımının saçlarını kəsdi, sinəsini dağladı, təcavüz etdi

Lənkəranda şok cinayət: kişi xanımının saçlarını kəsdi, sinəsini dağladı, təcavüz etdi

6-02-2016, 22:13 Yazar:  Gülnar Baxılıb: 1555 Çap et
Lənkəranda şok cinayət: kişi xanımının saçlarını kəsdi, sinəsini dağladı, təcavüz etdiLənkəran rayon sakini, 1981-ci il təvəllüdlü Rövşən Novruzov sevdiyi qıza işgəncə verməkdə və onu zorlamaqda təqsirli bilinib.

Rövşən Novruzov 28 fevral 2012-ci il tarixdə Samirə Mehdiyeva (ad və soyad şərti verilib) ilə ailə qurmaq məqsədi ilə onu Lənkəran rayonunun Aşağı Nüvədi kəndindəki atası evinə gətirib.

Rövşən Novruzov Samirə ilə bir müddət həmin evdə yaşayıb. Onlar 2012-ci ilin aprel ayından 8 oktyabr 2012-ci il tarixədək Lənkəran şəhəri, Koroğlu küçəsi, 54 saylı evdə və Lənkəran şəhəri, Vidadi küçəsi, 45 saylı evdə kirayədə yaşayıblar.

Qadının bədəninə öz adını yazdı

Bu müddət ərzində Rövşən Samirə Mehdiyevanın başqa şəxslərlə cinsi əlaqədə olmasını bəhanə gətirib. O, mütəmadi olaraq Samirəyə işgəncə verməklə döyüb, ona qarşı zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirməklə əzab verib.

Rövşən Novruzov iyulun 30-da, saat 20 radələrində yaşadığı Lənkəran şəhəri, Koroğlu küçəsi, 54 saylı evdə olarkən qısqançlıq zəminində Samirə Mehdiyevaya ağır işgəncə verib. O, qadına işgəncə vermək üçün tikiş iynəsi ilə Samirənin döş qəfəsinin sol ön səthinə “Rövşən” adını yazdırıb.

Qadının sinəsini dağladı

Bundan sonra, Rövşən Novruzov Samirənin bədəninə yazdırdığı “Rövşən” adını silmək məqsədi ilə həmin evdə avqustun 2-də, saat 21 radələrində qızdırılmış mətbəx bıçağı ilə yazı olan yerə damğa vurub. Bu hərəkəti ilə o, qadının sağlamlığın qısa müddət pozulmasına səbəb olan yanıq xəsarəti yetirib.

Rövşən Novruzov yaşadığı qadına növbəti dəfə həmin ilin oktyabrın 5-də işgəncə verib. Həmin gün saat 21 radələrində Rövşən Novruzov yaşadığı evdə olarkən Samirənin ona xəyanət etməsini bəhanə gətirib. O, qadının bədənin müxtəlif nahiyələrinə xəsarət yetirib.

İşgəncə və seksual xarakterli hərəkət

Rövşən Novruzov bundan sonra da cinayət əməlini davam etdirib. O, oktyabrın 6-da, saat 22 radələrində yaşadığı evə gəlib. Kirayədə yaşadıqları evin yataq otağında Samirə Mehdiyevanı yumruqla, təpiklə və dəri kəmərlə döyüb.

Bu hərəkəti ilə Rövşən Novruzov qadına yenə də xəsarətlər yetirib. Rövşən bu hərəkəti ilə yanaşı, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Rövşən Novruzov yaşadığı qadına növbəti dəfə oktyabrın 7-də işgəncə verib.

O, həmin gün saat 13 radələrində yaşadığı evin yataq otağında alışqanla Samirə Mehdiyevanın hər iki döş vəzilərini yandırıb.

Qadının saçlarını kəsdi və zorladı

Rövşən daha sonra həmin gün saat 14 radələrində Samirə Mehdiyevanı yataq otağından çıxarıb və həyətdə olan yardımçı otağa aparıb. Orada Rövşən Samirə Mehdiyevanın qayçı ilə saçını kəsib, sonra yenidən qadını yataq otağına gətirib.

Rövşən Novruzov yataq otağında Samirə Mehdiyevaya zor tətbiq edib və onu itələyərək çarpayıya yıxıb. Rövşən Samirə Mehdiyevanı öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələyib. O, qadının müqavimətini sındırıb və zorla onunla cinsi əlaqədə olub.

3 maddəli cinayət işi

Rövşən Novruzov Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham edilib.

8 il cəza

Rövşən Novruzovun barəsində toplanmış cinayət işi üzrə material baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Rövşən Novruzov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rövşən Novruzov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Rövşən Novruzovun apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətini araşdıran hakim kollegiyası onun şikayətini əsassız hesab edib və təmin etməyib.

Rövşən Novruzov cəzasının ləğv edilməsi üçün kasasiya şikayəti də verib. Ali Məhkəmədə şikayətə baxan hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rövşən Novruzovun kasasiya şikayəti təmin edilməyib. Teleqraf.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
02:41 Samuxda ata doğma qızını arvadının gözü qarşısında zorladı - ŞOK TƏFƏRRÜATLAR 10 il cəza alan atanın doğma qızından bir oğul övladı olub Gəncə Ağır Cinayətlər Məhkəməsində zorlama cinayətində təqsirli bilinən Samux rayon sakini, 1972-ci il təvəllüdlü A. N. nin cinayət işi üzrə məhkəmə başa çatıb. Qoca anasına baş çəkmək adı ilə qızını yarmcıq tikilidə zorladı
09:25 Bacısı ilə cinsi əlaqədə olan oğlan: Onun hərəkətlərindən ehtiraslandım “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”. Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Araşdırmalara görə, hadisə 2012-ci ildə baş verib. Həmin ilin
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az