t s

» » "Facebook"un yaradılmasından 12 il ötür

"Facebook"un yaradılmasından 12 il ötür

4-02-2016, 14:53 Yazar:  Sabina Baxılıb: 116 Çap et
"Facebook"un yaradılmasından 12 il ötür"Facebook" sosial şəbəkəsinin yaradılmasından 12 il ötür. İKT.lent.az-ın xəbərinə görə, "Facebook" 2004-cü il fevralın 4-də fəaliyyətə başlayıb.

Adının ingilis dilindən hərfi tərcüməsi "Şəxs kataloqu" mənasını verən bu sosial şəbəkə amerikalı proqramçı Mark Zukerberq tərəfindən yaradılıb. Bu sosial şəbəkənin layihələndirilməsi kifayət qədər uzun zaman kəsiyində başa gəlib. Adına gəlincə isə, "Facebook" Zukerberqin təhsil aldığı "Philips Exeter" akademiyasının bütün tələbələrinin adları yazılmış ümumi jurnalın adıdır.

M.Zukerberq sosial şəbəkə yaratmaq ideyası ilə ilk olaraq təhsil aldığı Harvard Universitetinin rəhbərliyinə müraciət edir, lakin rədd cavabı alır. Buna rəğmən, o, təslim olmur. Bir qədər sonra universitetin məlumat bazasına giriş əldə edərək "Facemash" adlı internet portal yaradır. Həmin sayt tələbələrin şəkillərini bir yerə toplayaraq, onların arasından daha uğurlu bir fotonu seçmək məqsədilə yaradılır.

Həmin vaxtdan 2004-cü ilədək Mark Zukerberq haqqında hər hansı bir məlumat olmur. Məhz 2004-cü ilin fevral ayının 4-də Harvard Universitetinin tələbə yataqxanasında o zaman hələ az tanınan "Facebook" sosial şəbəkəsi işə salınır.

"Facebook"un yaradılmasında M.Zukerberqlə yanaşı dostları Dastin Moskovits, Kris Hyuz və Eduardo Saver də yaxından iştirak edir. Tezliklə bu yeni sosial şəbəkə Harvard Universiteti tələbələrinin aparıcı ünsiyyət vasitəsinə çevrilir. İstifadəçilərin rəğbətini qazanan "Facebook" qısa zamanda Amerika Birləşmiş Ştatları, ardınca isə bütün dünyada populyarlıq qazanır.

Bu gün artıq "Facebook" dünya üzrə 500 milyon istifadəçisinin olduğu beynəlxalq sosial şəbəkədir. 2010-cu ildə "Facebook" sosial şəbəkəsi ziyarətçi sayına görə hətta "Google" axtarış sistemini də kölgədə qoyub.

“Facebook” ölkəmizdə də kifayət qədər populyarlıq qazana bilib. Hazırda Azərbaycanda bu sosial şəbəkə istifadəçilərinin sayı 1 milyon 250 mini ötüb. “SocialBakers”in məlumatına görə, Azərbaycan “Facebook” istifadəçilərinin sayına görə tərtib edilmiş reytinqdə 82-ci yerdə qərarlaşaraq, bu göstəriciyə görə Gürcüstan, Ermənistan, Belarus, Latviya, Albaniya və Sloveniyanı qabaqlayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az