t s

» » “PKK Laçına köçür”

“PKK Laçına köçür”

4-02-2016, 08:47 Yazar:  Aynur Baxılıb: 383 Çap et
“PKK Laçına köçür”Azərbaycan Kürdləri Birliyinin rəhbərindən PKK-nın Azərbaycan ərazilərinə keçəcəyi barədə xəbərlərə münasibət bildirildi
PKK-nın Qəndildəki düşərgəsini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürməyə başladığı barədə xəbərlər yayılır. Bu cür informasiyaları Türkiyədəki politoloqların dilindən son günlər eşitməkdəyik.
Məsələn, türkiyəli politoloq Ömür Çelikdönmez publika.az-a açıqlamasında deyib ki, İrana qarşı sanksiyaların aradan qaldırılması, Yaxın Şərqin yenidən bölünməsi uğrunda savaş, Şimali İraq kürd muxtariyyətinin müstəqillik əldə etməsi ehtimallarının güclənməsi kimi mühüm siyasi proseslər PKK-nın gələcək taleyini sual altına qoyur: “Yaxın Şərqdə İraq və Suriyanın parçalanması gündəmdədir. Şimali İraq Kürdüstan Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani iraqlı kürdlərin müstəqil bir dövlətə sahib olmalarına çox yaxın olduğunu bildirdi və Yaxın Şərq xəritəsini müəyyənləşdirən ”Sukes-Picot" anlaşmasının hökmünü itirdiyini bildirdi. O, bölgədə yeni beynəlxalq anlaşmaya ehtiyac olduğunu dilə gətirib. Bu, önümüzdəki günlərdə İngiltərənin layihəsi olan sünni İraq torpaqlarında üçüncü bir dövlətin ortaya çıxması deməkdir. Birincisi kürdlər, ikincisi İŞİD. Yeni mərhələdə Qəndilin başqa yerə daşınması gündəmə gəlir. Çünki Türkiyəyə qarşı hücumlarda birinci dərəcəli məsuliyyət daşıyan İraq hökumətidir. Qəndil nə qədər Şimali İraq kürd muxtariyyətinin ərazisinə daxil olsa da, İraq dövlətinin sərhədləri içindədir. Türkiyə sərhəd kənarlarında PKK-ya qarşı əməliyyatlar keçirəndə bu, birbaşa Bağdad hökumətinə aid idi. Şimali İraq müstəqilliyini elan etdikdən sonra Türkiyənin PKK-ya qarşı keçirəcəyi əməliyyatlar Ərbilə aid olacaq. Peşmərgənin PKK ilə müharibə aparmayacağı dəqiqdir. Gözləniləndir ki, PKK-nın Türkiyəyə qarşı hücumları dayandırması və Qəndildən çəkilməsi tələb olunsun. PKK Türkiyənin hərbi əməliyyatlarının hədəfində olan Qəndili boşaltmaq məcburiyyətində qalacaq".
Politoloqun sözlərinə görə, PKK-nın Qəndili boşaltmasının digər səbəbi Türkiyə hökumətinin Hakkari vilayət mərkəzini Yüksekovaya, Şırnak vilayət mərkəzini Cizrəyə köçürmək qərarıdır: “PKK Suriyada və qismən İraqda əldə etdiyi uğuru İran və Qafqazda təkrarlamağı düşünür. İki od arasında qalmaq istəməyən PKK Qəndili Ermənistana köçürmək istəyir. Hazırda Ermənistandakı yezidi kürdlər daha çox Azərbaycanla sərhəd bölgələrində yaşayırlar. PKK-nın da Ermənistanda özünə yeni ”yuva" qurması fikri təzə deyil. İndiyə qədər buna bənzər fikirlər söylənilib. İndi hoybun-daşnak əməkdaşlığı ənənələrini davam etdirmək istəyən PKK-nın erməni diasporunu bəzi üzvləri ilə təmaslar qurduğu haqda informasiyalar Türkiyə kəşfiyyatı tərəfindən əldə edilib. Plana görə, PKK mənsubları əvvəlcə Avropanın hansısa ölkəsinə gedəcək, daha sonra oradan Qafqaza gələcəklər. PKK Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində, xüsusən də Laçında düşərgə qurmaq niyyətindədir. PKK mərkəz olaraq Azərbaycanın işğal olunmuş Laçın şəhərini seçib. Məqsəd Laçın koridorundan istifadə edərək, Ermənistan və Azərbaycanda fəaliyyət göstərməkdir. Cənubi Qafqaza qaçmaq istəyən PKK-çılar bu bölgədə özlərinə dəstək axtarışına çıxıblar".
Azərbaycan Kürdləri İctimai Birliyinin rəhbəri Tahir Süleyman isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, PKK-nın indiyə qədər fəaliyyət göstərdiyi ərazilərdən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə köçəcəyi barədə iddialar sayaqlamaqdan başqa bir şey deyil: “Belə iddiaları irəli sürənlərin savadına, bölgədən xəbərdar olmasına şübhə edirəm. Ən azından heç olmasa xəritəni göz önünə gətirsinlər. PKK bir papka deyil ki, kimsə qoltuğuna vurub istədiyi yerə aparsın. PKK kürdlərin sıx yaşadığı ərazilərdə, həmin ərazilərə coğrafi baxımdan bitişik yerlərdə uzun illərdir fəaliyyət göstərir. O ərazilərdən PKK hansı məntiqlə Qarabağa yerləşər? PKK məgər bilmir ki, gec-tez Azərbaycan öz ərazilərini azad etmək üçün müharibəyə başlayacaq? PKK-nın Azərbaycanla, Azərbaycan xalqı ilə heç bir problemi yoxdur. Onların dilindən indiyə qədər Azərbaycanın əleyhinə kimsə bircə cümlə də olsun eşidib? PKK-nın başında dayananlar da yaxşı bilirlər ki, Azərbaycanda kürdlərlə azərbaycanlılar arasında əsirlərə dayanan qardaşlıq, dostluq var. Belə hesab edirəm ki, son vaxtlar hansısa məkrli qüvvələr Azərbaycanla kürdlərin münasibətlərini pozmağa, araya nifaq toxumu səpməyə çalışırlar. PKK-nın işğal olunmuş Azərbaycan ərazilərinə köçəcəyi kimi dezinformasiyaların da yayılması çox güman ki, bunun üçündür”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
08:53 Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə ...”Şuşanı, Laçını qoyub qaçdılar” -deyərək 1988-ci ildən bəri o yurdlarda döyüşənləri, dinc insanları, qoca, savadsız kişiləri, qoyun otaranları günahlandırmaq çox asandı. 23 il bundan əvvəlki qarmaqarışıq ictimai-siyasi və hərbi olaylar burulğanının içindən keçən insanlar bəzi gerçəkləri
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az