t s

» » Lənkəranda ara qarışır: - İcra başçısı və oğlanlarının özbaşınalığına görə - ŞOK FAKTLAR

Lənkəranda ara qarışır: - İcra başçısı və oğlanlarının özbaşınalığına görə - ŞOK FAKTLAR

4-02-2016, 01:42 Yazar:  Əsmər Baxılıb: 397 Çap et
Lənkəranda ara qarışır: - İcra başçısı və oğlanlarının özbaşınalığına görə - ŞOK FAKTLAR“Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”.

Dəfələrlə məmur və övladlarına xəbərdarlıq edən Azərbaycan Prezidenti “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da bu mövqeyini bir daha sərgilədi.

Təəssüf ki, Prezidentin bu çağırışından nəticə çıxarmayan məmurlar, xüsusilə “rayon padşahları” az deyil. Onlar və övladları müxtəlif qalmaqallarla gündəmə gəlirlər. Azerinfo.org-un iddiasına görə, belə məmurlardan biri Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O və övladları müntəzəm olaraq, medianın gündəmindədirlər.

Belə ki, Lənkəran rayon icra başçısının oğlanları bu günədək müxtəlif məqamlarlarla bağlı gündəmə gəlib. Beləki yayılan məlumatlara görə T.Qaraşovun oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib. Həmin məlumatda deyilir ki, icra başçısının «Hacı» ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir. Belə ki, dövlət büdcəsindən ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun bu məqsədlə bir neçə şirkət yaratdığı deyilir. Amma o şirkətlərin heç birinin ona və ya ailə üzvlərinin adına olmadığı da vurğulanır. Həmin şirkətlərdən birini kənardan oğlu idarə edir ki, ona da Lənkəranın bütün tikinti işləri, torpaq alqı-satqısını həvalə edib.

Verilən məlumatda vurğulanır ki, hal hazırda Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan realizə edilə bilməz. Üstəlik, teder yolu ilə «qalib» gəldiyi işləri də həyata keçirməkdə davam edən Lənkəranın «Hacı» balası icra başçısının müavinləri ilə birlikdə rayonun mərkəzindəki yeni bazarın dükanlarını da satmaqla məşğuldur. Təbii ki, bu qədər imkana sahib olan birinin bahalı maşın sürməsi elə də təəccüblü deyil. Elə buna görədir ki, Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.

Qeyd edək ki, Seymur Qaraşovun adı son olaraq, Lənkəran Gənclər Mərkəzi ilə bağlı gündəmə gəlib. Mətbuatın yazdığına görə, “Lənkərandakı Gənclər Mərkəzinin mülkiyyəçisi kimi adı keçən başçı oğlu Seymur Qaraşov mülkiyyətində olan həmin mərkəzə isə icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin oğlunun rəhbər təyin edilməsi nəzərdə tutulub. Daha doğrusu, başçının müavininin bu məqsədlə 30 min dollarından keçdiyinə dair iddialar var. Dövlət vəzifələrinin pulla satışı təcrübəsini Lnkəranda geniş yayıldığı bildirilir ki, bu siyahıda da ilk yeri kənd icra nümayəndəlikləri tutur. Kəndin əhalisinin sayı və sosial vəziyyətindən, torpaq sahəsindən asılı olaraq bu vəzifəyə təyinat 10 min manatdan başlayır. Ancaq son zamanlar manatın məzənnəsinin düməsi bu “alver sahəsini də “dollarlaşdırıb””.

Taleh Qaraşovun digər oğlu Vüsal Qaraşov da polis olsa da, adı biznes qalmaqallarında hallanır. Belə ki, ən son onun Beyləqan bazarını aldığına dair xəbərlər yayılıb. Xəbərlərdə deyilir ki,

Beyləqan rayonunda yeni tikilən bazar iş adamı İlham Qasımovun aldığı bildirilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, həmin bazara iş adamı 600 min manat xərc çəkərək alıb. Məlumatlarda o da göstərilir ki, iş adamının bazardakı şəriki Lənkəran icra başçısı Taleh Qaraşovun oğludur. Belə ki, alınan bazarın pulunun xərcinin yarsını məhz icra başçısının oğlu verib. Amma icra başçısının oğlu ilə iş adamının bazar sevdası hələ tam reallaşmayıb. Çünki rayonda sovetlər dönəmindən qalan kolxoz bazarı fəaliyyətini davam etdirir və əhali əsasən bu bazara üstünlük verir. Aldığımız məlumatda deyilir ki, hazırda bazar məsələsi ilə bağlı Beyləqanda ciddi narazılıq var. T.Qaraşovun oğlu ilə onun şəriki İ.Qasımov isə bu rayonda başqa böyük obyektləri də almaq niyyətindədirlər.

Qeyd edək ki, İlham Qasımov icra başçısının oğlunun Türkiyədə şərikli biznes işləri ilə məşğul olması, həmçinin paytaxtın Nəsimi rayonunda hündürmərtəbəli bina tikintisi həyata keçirtdikləri deyilir. Bu biznes ortaqlarının adları isə son illərdə bir sıra qalmaqallarda hallanıb. İcra başçısının oğlu ilə iş ortağının Tiflisdəki macəraları ilə bağlı müxtəlif məlumatlar dolaşır. V.Qaraşov v polis rəisi olmaqdan daha çox geniş imkanlara malik biznesmen kimi tanınır və həm atasının, həm də özünün pullarını biznes ortağı İ.Qasımov vasitəsilə müxtəlif sahələrə yatırır.

***

Məsələ burasındadır ki, Qaraşovların macəraları oğullarla bitmir. Elə icra başçısının özü də illərdən bəri dövlət büdcəsini “dədə malı” olaraq bilir. Virtualaz.org saytının verdiyi xəbər bunu deməyə əsas verir. Yazını qısa ixtisarla nəzərinizə çatdırırıq: “Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib. Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib və onlar həmin informasiyanı bizimlə bölüşüblər.

Məlumatda deyilir ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni, icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.

Məlumata görə, icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.

Ailənin otel xərclərini hesablamaq çətin deyil. Amma buna bilirsinizmi nə qədər xərclənib? 251 min dollar!

T.Qaraşovun Çexiyadakı digər xərcləri barədə danışmağa lüzum görmürük. Lakin Lənkəranın icra başçısına sual etmək lazımdır: o, bu qədər pulu haradan və necə qazana bildi ki, Karlovı Varıda üç həftənin içində təxminən yarım milyon manatı asanlıqla xərclədi?”/azerinfo




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az