t s

» » Nazirlikdən qanlı banan açıqlaması - Rəsmi

Nazirlikdən qanlı banan açıqlaması - Rəsmi

2-02-2016, 21:30 Yazar:  Günel Baxılıb: 292 Çap et
Nazirlikdən qanlı banan açıqlaması - RəsmiSon günlər mətbuat satışdakı bananlarda rast gəlinən qeyri-adi qırmızı ləkələri meyvələrin daxilinə yeridilmiş qan kimi qələmə verir. Bu hallar insanlar arasında ciddi narahatlığa səbəb olur.

Mediaxeberleri.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib.

O, qeyd edib ki, Dövlət Xidmətinin müfəttişləri tərəfindən idxal olunan banan meyvələrinə karantin baxışı keçirilən zaman bu tip meyvələrə rast gəlinməyib: "Məsələnin aktuallığını nəzərə alaraq, Dövlət Xidməti tərəfindən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış məntəqələrində fitosanitar monitorinqlər həyata keçirilib və bitki mənşəli xəstəliklərlə yoluxma ehtimalı olan banan meyvələrindən laboratoriya analizləri məqsədilə nümunələr götürülüb. Məsələ ilə bağlı Dövlət Xidmətinin “üzərində qan ləkəsi olması ehtimal edilən banan meyvələrinin xidmətə təqdim edilməsi...” barədə açıqlamasından sonra quruma vətəndaşlar tərəfindən də ekspertiza üçün bir neçə banan nümunələri təqdim edilib".

Camal Quliyev onu da əlavə edib ki, Dövlət Xidmətinin Respublika Bitkilərin Karantin Ekspertiza Mərkəzində banan nümunələrinin müvafiq ekspertizaları keçirilib: "Ekpertiza zamanı yalnız pərakəndə satış məntəqələrində uzun müddət əlverişsiz şəraitdə saxlanılan banan meyvələrində və vətəndaşlar tərəfindən təqdim edilmiş iki nümunədə qanabənzər ləkələr aşkar edilib. Müvafiq ekspertizalar nəticəsində banan meyvələri daxilində müşahidə edilən qana bənzər ləkələrin bakterial mənşəli olduğu, “bananın qan xəstəliyi” bakteriyası (Pseudomonas celebensis Gaumann, 1929) tərəfindən törədildiyi, lakin bitki mənşəli bu xəstəliklə bağlı çoxsaylı xarici elmi ədəbiyyatlar təhlil edilməsi nəticəsində xəstəliyin insana və digər bitkilərə keçmədiyi, insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilib".

Bu xəstəliyə nadir hallarda rast gəlindiyini söyləyən Dövlət Xidməti rəisi, bakteriyanın ilk dəfə 1920-ci illərdə İndoneziyanin Sulavesi (keçmiş Celebes) bölgəsində cır banan üzərində aşkar edildiyini diqqətə çatdırıb: "Bakteriyalar əsasən məhsul düzgün saxlanılmadıqda xaricdə heç bir əlamət görünmədən, bir neçə həftə ərzində sirayətlənmiş meyvə daxilində inkişaf edə bilir. Bu səbəbdən də yetişməmiş halda yığılan və idxal edilən banan meyvələrində aşkar edilmir. Xəstəlik torpaq, yağış suları və tozlandırıcı həşarat vasitəsi ilə yayılır. Yalnız banan bitkisi üzərində müşahidə olunur və digər bitkilər üçün fitosanitar risk daşımır. Banan meyvələri satış məntəqələrində əlverişsiz şəraitdə saxlanıldıqda xəstəlik inkişaf edərək, meyvələrin xarab olmasına səbəb olur. Eyni zamanda, Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində götürülmüş nümunələr ətraflı təhlil edilib və aparılan analizlər nəticəsində banan nümunələrində pestisidlər, nitrat və nitritlər, ağır metallar və mikotoksinlər aşkar edilməyib".

DFNX rəisi sonda vurğulayıb ki, bu xəstəlik insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli deyil: "Vətəndaşlara satış məntəqələrində əlverişsiz şəraitdə uzun müddət saxlanılan banan və digər meyvə-tərəvəzləri almamaları tövsiyyə olunur. Onu da qeyd edim ki, 2016-cı ilin yanvar ayı ərzində Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib və keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 10517 kq meyvə-tərəvəz məhsulu dövriyyədən çıxarılaraq məhv edilib. Məhv edilmiş meyvələrin 101,5 kiloqramını banan meyvələri təşkil edir".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:21 Bananda yolxucu xəstəlik qorxusu "İnternetdə banana iynə ilə xəstəlik, qan yeridilməsi barədə məlumatlar gördüm. [/b]Buna o qədər də inanmırdım. Lakin özüm şahidi olduqdan sonra qorxuya düşdüm. Yaxşı ki, yeməmişdən öncə meyvəni kəsmişəm". Bunu Çinarə Hümbətova adlı iki uşaq anası deyir. Neçə vaxtdır sosial şəbəkələrdə bananla
08:25 Fitosanitar Xidmətində rüşvət bataqlığı: - “tarif şurası” kimlərdir? Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən şikayətlərin ardı-arası kəsilmir. Bu qurumun rüşvət bataqlığında boğulması sahibkarları da özü ilə çirkaba çəkməkdə davam edir. İş adamlarından prezident İlham Əliyevə kütləvi şəkildə müraciətlər ünvanlanmasına baxmayaraq,
22:30 Geni dəyişdirilmiş meyvələri necə tanıyaq? Əvvəlcə, qeyd edək ki, 2011-ci ilin dekabrında qəbul edilən “Mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi haqqında” qanuna əsasən genetik ehtiyatların, yəni geni dəyişdirilmiş bitkilərin ölkəyə gətirilməsi qadağan edilib. Eləcə də Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı,
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az