t s

» » TAP çərçivəsində Azərbaycandan alınacaq qazın satış qiymətinin aşağı salınması mümkün deyil - SOCAR

TAP çərçivəsində Azərbaycandan alınacaq qazın satış qiymətinin aşağı salınması mümkün deyil - SOCAR

16-02-2015, 14:22 Yazar:  Anar Baxılıb: 644 Çap et
TAP çərçivəsində Azərbaycandan alınacaq qazın satış qiymətinin aşağı salınması mümkün deyil - SOCAR

"Yunanıstanın Trans-Adriatik qaz kəməri (TAP) layihəsi çərçivəsində Azərbaycandan alacağı qazın satış qiymətinin aşağı salınması kimsə istəsə belə, mümkün deyil".

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

"Bu, qəbul edilən beynəlxalq təcrübənin tələblərinə uyğun gəlmir. Yunanıstanla 25 il müddətinə müqavilə bağlanılıb. Müqaviləyə görə tərəflər qazın alış və ya satış qiymətinin dəyişdirilməsi ilə bağlı danışıqların aparılması mümkünlüyü barədə müddəalar var. Bu da bazar vəziyyətində kəskin dəyişiklərin olduğu zaman baş verən bilər. Amma bu proses qazın tədarükündən sonra baş tuta bilər. Yunanıstan tərəfi hələlik qaz almadığı üçün hər hansı qiymətin dəyişdirilməsindən söhbət gedə bilməz", - deyə E. Nəsirov bildirib.

Vitse-prezident deyib ki, bundan başqa, qazın qiymətinin düşməsi nə Yunanıstan, nə Azərbaycan, nə də ki SOCAR-dan asılı deyil: “Qiymətlə bağlı müqavilə Yunanıstan şirkəti ilə Yunanıstana qaz tədarük edəcək 7 şirkətin daxil olduğu konsorsium tərəfindən imzalanıb. Bununla bağlı mexanizm Yunanıstan tərəfi və qazı tədarük edəcək və danışıqları həyata keçirən qrup tərəfindən işlənilib. Müqavilə imzalandıqdan sonra bu qrup öz fəaliyyətinə xitam verib. Məhz buna görə, qazın qiymətin aşağı salınması ilə bağlı danışıqları aparılacaq heç bir tərəf yoxdur”.

E. Nəsirov Yunanıstan tərəfinin Azərbaycan qazını TAP layihəsi çərçivəsində nəql ediləcəyi tranzit haqlarının artımı ilə bağlı irəli sürdüyü tələbə də aydınlıq gətirib. O bildirib ki, bu məsələ birbaşa Avropa İttifaqına ünvanlanacaq məsələdir, lakin "Avropa İttifaqının şərtlərinə uyğun deyil".

O qeyd edib ki, bütün bu şərtlərin qarşılığında SOCAR-ın Yunanıstan tərəfindən əsas tələbi tədarük ediləcək təbii qaza görə vaxtında ödənişin edilməsi və kəmərin tikintisinin gecikməməsidir.

E. Nəsirovun sözlərinə görə, SOCAR mütəmadi olaraq Yunanıstanın yeni hökuməti ilə əlaqədədir: “Əgər Yunanıstan iqtisadiyyatı TAP-ın mövcudluğundan daha intensiv templərlə inkişaf edəcəksə, biz bu layihəyə istənilən dəstəyimizi verməyə hazırıq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:11 “Ukrayna böhranından sonra Azərbaycan alternativ qaz ölkəsinə çevrilib” Toğrul İsmayıl: “Bizim qaz ehtiyatlarımızın Avropanın enerji təminatında yerinin nə qədər olacağı bir çox amildən asılıdır...” Xəbər verdiyimiz kimi, fevralın 12-də Bakıda "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib. Görüşdə prezident İlham Əliyev də iştirak edib.
00:52 "Qərb Putinin heç bir sözünə inanmır” “Normandiya dördlüyü” - Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb. Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmasının müddəaları da açıqlanıb. Politoloqlar isə
12:25 Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub “Azərbaycan səhvə yol verib”. Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur və Azərbaycan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr kimi qəbul edəndə səhvə yol verib. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisdə
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin
11:05 Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək? Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir" Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az