t s

» » Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm

Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm

15-02-2015, 11:15 Baxılıb: 2635 Çap et
Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm

“Uşağın atası toxumlarının müqabilində Lamiyədən pul almayıb”.

Məhkum Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağının atası ailəlidir.

Mediaxeberleri.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov deyib.

O, Lamiyənin həbsxanada dünyaya gətirdiyi uşağın atasını müəyyənləşdirmək məqsədi ilə aparılan DNT analizlərinin nəticəsindən danışıb. Bildirib ki, L. Quliyeva ilə uşağın atası Rəsulov Elnur Məmmədrəsul oğlu canlı cinsi əlaqədə olmayıblar:

Ombudsman nümayəndəsi ilə görüşən uşağın atası evli olduğunu, Lamiyə olayına görə ailəsini dağıtmaq istəmədiyini qeyd edib:

“Biz uşağın atası ilə görüşdük. Uşağın atası dedi ki, süni mayalanma Kürdəxanıdakı təcridxanda baş verib. Onlar eyni təcridxanda qalırlarmış. Uşağın atası bizə bildirdi ki, toxumlarını Lamiyəyə özü göndərib. O, bunu Lamiyənin xahişi ilə etdiyini söylədi.

Lamiyənin uşağının atası evlidir, ailəsi var. Həmin şəxs ailəsinin dağılmaması üçün bu məlumatların gizli saxlanılmasını istəyir. Heç bir tibbi personalın bu işdə rolu olmayıb. Uşağın atası toxumlarının müqabilində Lamiyədən pul almayıb”.

Qeyd edək ki, ötən gün mətbuatda yayılan məlumatlarda Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirlənidirilən Lamiyə Quliyevanın övladının atasının adının Rəsulov Elnur Məmmədrəsul oğlu olduğu qeyd olunub.

O, 1984-cü ildə Ağsu rayonunda anadan olub. Onun özü də şübhəli şəxs qismində Kürdəxanı istintaq təcridxanasında saxlanılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:20 Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var Qəzetimizin ötən saylarında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər Ərazi İnzibati vahidi üzrə nümayəndəsi Azil Aslanovun yarıtmaz fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunub. Qeyd etmək lazımdır ki, bu gün də redaksiyamıza daxil olan məlumatlarda Azil Aslanovun öz
14:10 Ağsuda evdə uşaq dünyaya gətirən qadın öldü Qadının dünyaya gətirdiyi oğlan uşağı sağdır. Ağsu rayonunda faciəvi hadisə baş verib. Mediaxeberleri.az-ın Lent.az-a istinadən məlumatına görə, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib. Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının
12:29 Fazil Məmmədovla Oqtay Əsədov üz-üzə Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək. Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra
12:09 Uşaq quyuya "zırpaket" atdı, havaya uçdu (VİDEO) Partlayışın gücündən uşaq havaya qalxaraq yerə çırpılıb Çində kanalizasiya quyusuna "zırpaket" atan uşaq ölümdən dönüb. Mediaxeberleri.az-ın məlumatına görə, hadisə dünən Çinin Şançyu dairəsində olub. Uşağın kanalizasiya quyusuna "zırpaket" atması bir andaca partlayışla nəticələnir. Partlayışın
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az