Masallı rayonunda yeddi il əvvəl itkin düşən Cəfərova Səidə Fərhad qızının öldürüldüyü məlum olub. Mediaxeberleri.Az “Report”a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar qadının əmisi oğlu, Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Əfrayıl Əlisa oğlu Cəfərov şübhəli şəxs qismində saxlanılıb.