“Fight Nigts Global” şirkəti Azərbaycan təmsilçisi Elnar İbrahimovla döyüşdən sonra təxribata yol verən erməni döyüşçü Vartan Asatryanla müqaviləni pozub. Mediaxeberleri.az xəbər verir ki, Report-un qurumun saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Asatryana rəsmi bildiriş göndərilib.