Media Xəbərləri > Çap üçün versiya > Aslan Aslanovun həbs siyahısı

Aslan Aslanovun həbs siyahısı

Aslan Aslanovun həbs siyahısı

Müdhiş qətllə bağlı bir çox məqamlar üzə çıxıb.

“Lamiyə işi” gündəmə gələn gündən az qala 1 aya yaxın vaxt ötür.

Mediaxeberleri.az xəbər verir ki, “Yeni Müsavat” bu iş ilə bağlı növbəti materialı dərc edib. Həmin yazının bir hissəsini təqdim edirik.

“2003-cü ildə Şəmkirin o vaxtkı icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə suçlanaraq həbs edilən Lamiyə Quliyevanın məhbəsdə uşaq dünyaya gətirməsi ictimailəşdikdən sonra 12 öl öncəki müdhiş qətllə bağlı bir çox məqamlar üzə çıxdı.

Mətbuat bu məsələni araşdırdıqca daha dəhşətli və sensasion faktlar bəlli olmağa başladı.

Həmin qətlin iştirakçılarından biri, Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyev hadisədən sonra həbs olunanlar haqda vəkili Adəm Məmmədova danışdıqlarını təqdim edirik. Hazırda ömürlük həbsdə saxlanılan V.Əliyev vəkilinə bunları deyib:

“Aslan Aslanov oğlu Ruslanın ölümünə görə saxta ittihamlarla mənə ömürlük, atam İsmayılov İbrahim Əli oğluna 4 il, anam İsmayılova Məlahət Ədil qızına 3 ay, qardaşım Əliyev Elnur İbrahim oğluna 3 ay, xalam İsmayılova Məsmə Ədil qızına 3 ay, xalam oğlu Ələkbərov Ceyhun Vəli oğluna 1 il 8 ay cəza verdirməklə həbs etdirib.

Dayım Məmmədov Ədalət Ədil oğluna 2 il, xalam Məmmədova Sevil Ədil qızına 4 il şərti cəza verdirilməsinə nail olub. Keçmiş nişanlım Quliyeva Lamiyə Sahib qızına 10 il, şər-böhtan və iftiralarla anası Əliyeva Kifayət Şixəli qızına 3 ay, xalası oğlu Farizə 6 il 6 ay və mənim dostuma 6 ay həbs cəzası verdirib”, - deyə, Yeni Müsavat yazır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=97

© 2014 www.mediaxeberleri.com